Əsgərin ölümündə ittiham olunan hərbçilər həbs edilib

Şrift : |
Tarix :16-08-2018, 22:13
Bölmə : Cəmiyyət
Kömək :    
Baxılıb : 495 dəfə
Like :
Like :

    Əsgərin ölümündə ittiham olunan hərbçilər həbs edilib

    Azərbaycan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri Fəhmin Əbilovun ölümü ilə bağlı cinayət işi üzrə üç hərbçi həbs edilib. Bu barədə cümə günü Baş Prokurorluğun yaydığı məlumatda deyilir.


    Mənbənin məlumatına görə, 2018-ci il avqustun 8-də Müdafiə Nazirliyinin N saylı hərbi hissəsindən Qarabağ Hərbi Prokurorluğuna məlumat daxil olub ki, həmin hərbi hissənin əsgəri Fəhmin Əbilov avtomat silahdan atəş açaraq özünü öldürüb.

    Qarabağ Hərbi Prokurorluğunda fakt üzrə CM-in 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

    Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin araşdırmalarının obyektivliyi ilə bağlı mərhumun valideynlərində və yaxınlarında yaranan şübhələrlə əlaqədar istintaq Baş Prokurorluğun rəhbərliyi altında xüsusi nəzarətə götürülüb.

    İstintaqa rəhbərlik hərbi prokurorun müavininə həvalə edilib.

    Avqustun 9-da Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzində mərhumun cəsədi təcrübəli eksperlər tərəfindən təkrar müayinə edilib.

    İlkin istintaqla müəyyən edilib ki, əsgər F.Əbilov xidmət müddətində müxtəlif vaxtlarda post başçısı gizir Elmir Xəlilov və həmin postun əsgərləri Sənan Tanrıverdiyev və Rəşad Arazov tərəfindən zorakı və qanunsuz hərəkətlərə məruz qalıb.

    Avqustun 8-də saat 11:45-də növbədə olan əsgər S.Tanrıverdiyev xidmət yerindən vaxtından əvvəl çıxıb silahını nəzarətsiz qoyub, bundan istifadə edən əsgər F.Əbilov həmin silahı götürüb özünü öldürüb.

    Aparılmış ilkin istintaqla kifayət qədər sübutlar toplandığı nəzərə alınaraq üç hərbi qulluqçu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.

    S.Tanrıverdiyevə CM-in 230 (odlu silahı diqqətsiz saxlama), 332.2.1, 332.2.3 (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma), 338.1 (döyüş növbəsi çəkmə qaydalarını pozma) və 341.3-cü (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə), R.Arazova CM-in 332.2.1 və 332.2.3-cü, gizir E.Xəlilova isə həmin məcəllənin 331.2, 341.2.3 və 341.3-cü maddələri ilə ittiham irəli sürülüb. Onların barəsində həbs qətimkan tədbiri seçilib. /Turan/


Xəbər lenti

Ehtiram Xəlilov aksizli malların qaçaqmal yolu ilə ölkyə gətirilməsini, həmçinin satışına nəzarəti həyata keçirilir

"İstəyirsiniz öldürün, ancaq bu yolun geriyə dönüşü yox" -Nigar Həzi

"Elvin istintaq zamanı dəhşətli işgəncələrə məruz qalıb" Şəbnəm Nəzərova

Əvəz Zeynallının ölkədən çıxışına qadağa qoyuldu

Hüquq müdafiəçisinin vəziyyətində dəyişiklik yoxdur

Masallı rayon Məşğulluq İdarəsinin sabiq rəisi kimə arxalanıb?

Məhbub Zülfüqarlını maşınla vurmağa cəhd ediblər -İmişli rayonunda

"Haqqımız uğrunda döyüşənləri görməməzdən gəldik" -Elşən Əlisoy

Əziz Orucov: “Məni əvvəlcə şərləyib 30 gün inzibati həbs cəzası vermişdilər"

“Türkiyəli həkimlər Oqtayın Türkiyəyə aparılmasını təklif ediblər" -Firuzə Gülalıyeva

Azərbaycanda İnternet qeyri-azaddır -Freedom House

Ədalət istəyirik! Hüquq müdafiəçisi Taleh Xasməmmədov həmkarı Oqtay Gülalıyevin avtomobillə vurulmasından yazdı

Hüquq müdafiəçisi Oktay Gülalıyevin avtomobillə vurulması təsədüf, yoxsa sui-qəsddir? Əlövsət Sadıqlı yazır

Təbii ki, hakimiyyətin bu işdə əli yoxdursa... -VİDEO

Oqtay Gülalıyevi xilas edərkən... -FOTO

HRHF Oqtay Gülalıyevin zərər çəkdiyi qəzanı araşdırmağa çağırdı 

Dövlət fərdlərin təhlükəsizliyinə, azadlığına qarant olmalıdır

Cəmil Həsənli: "Ölkədə söz və mətbuat azadlığı yoxdur"

Jurnalist xuliqanlıq ittihamı ilə 30 gün müddətinə həbs edilib

Oqtay Gülalıyevə yardım məqsədilə Beynəlxalq Bankda hesab açılıb -FOTO

Oqtay Gülalıyevin həyatı hələ də təhlükə altındadır

Hüquq müdafiəçisinin vəziyyəti ağır stabildir

Xətai rayon Məhkəməsinin Seymur Həzi ilə bağlı qərarı dəyişdirilmədi

Təqvim

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Bizi izləyin

Təsisçi və baş redaktor: Cavid Şirəliyev
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!