Arqument.az saytının əmlakına həbs qoyula bilər

Şrift : |
Tarix :23-08-2018, 04:48
Bölmə : Cəmiyyət
Kömək :    
Like :
Like :

    Səbail Rayon Məhkəməsinin icra şöbəsi arqument.az saytına xəbərdarlıq məktubu göndərib. Xəbərdarlıqda bildirilir ki, saytın əmlakına həbs qoyula bilər.

    7GUN.az xəbər verir ki, bu haqda saytın rəhbəri Şəmşad Ağa məlumat verib.

    İş burasındadır ki, arqument.az saytına qarşı hər hansı məhdudlaşdırıcı məzmunlu qanuni qüvvəyə minmiş məhkəmə hökmü yoxdur.


    "Avqustun 8-də Səbail Rayon Məhkəməsi rəhbəri olduğum sayta müraciətin məhdudlaşdırılması (blok) baərədə qərar qəbul etdi. Ancaq gözlənilmədən bizim şikayətimiz təmin olundu və 2 gün sonra, avqustun 10-da Bakı Apelyasiya Məhkəməsi rayon məhkəməsinin qərarını ləğv etdi", deyən jurnalist bu durumda Səbail Rayon Məhkəməsinin xəbərdarlığının anlaşılmaz olduğunu vurğulayıb.

    "Avqustun 21-i tarixi ilə məktub almışam. Səbail rayon İcra və probasiya şöbəsinin icra məmuru Tural Aşurov tərəfindən göndərilib. Məktubda deyilir ki, arqument.azsaytı barəsində Səbail Məhkəməsinin qərarı icraya yönləndirilib. 10 günə onlara cavab verməliyəm, əks halda əmlakımıza həbs qoyulacağı barədə xəbərdarlıq ediblər".

    Jurnalist hesab edir ki, görünür, məhkəmələrlə icra qurumları arasında rabitədə problem var. O, bayramdan sonra Bakı Apellyasiya Məhkəməsinin qərarını icra şöbəsinə təqdim edəcəyini qeyd edib.

    Səbail rayon İcra və probasiya şöbəsindən münasibət almaq mümkün olmayıb.

    Arqument.az portalına Azərbaycan ərazisindən girişə Səbail Rayon Məhkəməsi avqustun 8-də qadağa qoymuşdu. Qərarı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin iddia ərizəsi əsasında, hakim Elmar Rəhimov çıxarmışdı.

    Nazir arqument.az-ın orada yerləşdirilmiş iki materiala görə bloklanmasını istəmişdi. Saytın rəhbəri isə demişdi ki, hər iki material başqa saytdan götürülüb, istinadla verilib, üstəlik, yazıda bütün tərəflərin fikirləri də əks olunub: "Materiallardan biri Lerik rayonunun üç kəndində susuz qalan vətəndaşların prezidentə şikayətidir. Lerikin icra başçısının müavini, "Azərsu"ASC-nin mətbuat xidməti də öz rəyini bildirib. Tam obyektiv materialdır. Görünür, yuxarıdan göstəriş gəlib ki, bu sayt da bloklansın, gözlərinə görünən material bu olub, oxumadan onun adını iddiaya yazıblar. Orada böhtan varsa, orada adları çəkilən tərəflər məhkəməyə müraciət etməliydi. Biz susuz qalan insanların səsini çatdırmışıq", deyə o ilk məhkəmədən öncə vurğulamışdı.

    Avqustun 10-da isə Bakı Apellyasiya Məhkəməsi arqument.az saytının blok edilməsi ilə bağlı Səbail Rayon Məhkəməsinin qərarını ləğv etmişdi.

    Azərbaycan məhkəmələri saytın bloklanmasının qanunsuz sayılması barədə belə bir qərarı ilk dəfə çıxarmışdılar.


Xəbər lenti

"Saytın fəaliyyəti tezliklə bərpa olunacaq" -Rafiq Şahbazov

"Qızımın ölümündən aylarla vaxt ötdüyünə baxmayaraq, mən bu günə qədər ölüm kağızını almamışam" -Vüqar Nağıyev

"R.R.Konstuructions" MMC-ni Abidin Fərzəliyev himayə edir?

Pulsuz xəstələr baxımsızlıqdan əziyyət çəkir -VİDEO

Hüquq müdafiəçisi Oqtay Gülalıyevə 3500 avro təzminat veriləcək

Elşən Əlisoy Baş Prokurorluğa çağırıldı

Xalqxeber.Az xəbər portalının 8 yaşı tamam olub

"Biz yeni, hərtərəfli araşdırma aparılmasını, sifarişçilərin və icraçıların adlarının açıqlanmasını tələb edirik” -Mehman Əliyev

Öz biliyi ilə oxumaq həvəsində olanların qarşısına isə böyük əngəllər çıxardılır - Ağcabədi Müəllimlər İnstitutunun rəhbərinə qarşı ağır ittiham

“İnanıram ki, təhsil naziri Ceyhun Bayramov bu məsələnin araşdırılmasına tapşırıq verəcək” - Rəşad Əkbəroğlu

“Azərbaycan hakimiyyətinin Xədicəyə qarşı etdiyi haqsızlıq hələ bitməyib” -Amnesty İnternational

Elman Quliyev aclığa başlayıb

Vəzifəli şəxslər İranla sərhəddə -FOTO

"Abidin Fərzəliyevin himayə etdiyi işbazlar mənim mülkiyyət hüquqlarımı pozub" -Səbri Qədirov

Xarici İşlər Nazirliyi xəbərdarlıq etdi

Xəzər Müslümovun işədüzəltmə taktikası

Yeni İctimai Birliy təsis edildi

"Mənim “arxa-dayağım” komitəmizin sədri cənab Əhməd Əhmədzadədir" -Suvarma Sistemləri idarəsinin rəisi Vaqif Səlimov

Prezident İtaliyada səfərdədir -FOTOLAR

İnsan hüquqlarının vəziyyəti müzakirə olunacaq -ATƏT-in PA-da

“Biz tələsmirik, təzyiq kampaniyası davam edir” -ABŞ dövlət katibi

Rüşvət barədə xəbər yayan jurnalist qətlə yetirilib

İlham Əliyev yollarının tikintisi və yenidən qurulması üçün 4,9 milyon manat vəsait ayırdı -SƏRƏNCAM

Zakir Fərəcovun Fəzail Hüseynova bu boyda etimadının arxasında nə dayanır?

Cavid Şirəliyev hakimiyyətə çağırış etdi -BƏYANAT

Təqvim

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Bizi izləyin

Təsisçi və baş redaktor: Cavid Şirəliyev
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!
Mobil versiya