"Nə yaxşı ki, Azərbaycanda doğulmuşam" - Orxan Baxışlı yazır

Şrift : |
Tarix :26-08-2018, 23:30
Bölmə : Cəmiyyət
Kömək :    
Baxılıb : 70 dəfə
Like :
Like :

    Orxan Baxışlı

    Yaxud, ədalət hardadı?

    Bu çox mübahisəli mövzudur. Təbiətdə güclü heyvanlar gücsüzləri yeyir.Bəzi bitkilər yaşamaq üçün başqa bitkiləri məhv edir. Elə insan özü də. Zoologiyada yırtıcılar haqqında verilmiş tərifi də insanlar verib. Təxminən belə deyilir : Başqa canlı ilə qidalanan canlı yırtıcı adlanır. Bura aslandan, canavardan tutmuş, hörümçəyə qədər xeyli canlı daxildir. Ancaq nədənsə insan özünü unudur. Unudur ki, o da canlı heyvalarla qidalanır. Belə məlum olur ki, insan da yırtıcıdır. Ən böyük yırtıcı insan özüdür. Həyat mübarizə üzrənidə qurulub. Hətta həyat sözünü mübarizə sözünün sinonimi kimi qəbul edirəm. Söhbət ədalət uğrunda mübarizədən gedir. Bəli, məhz yaşamaq uğrunda, bitkilər də, heyvanlar da, insanlar da yaşamaq uğrunda mübarizə aparır. Allahın ən böyük ədaləti də budur ki, bütün canlılara yaşamaq uğrunda mübarizə imkanı verib. Bacarırsan yaşa, inkişaf et, nəsil artır, bacarmırsan başqalarına yem ol. Böyük mənada ədalət, canlılara yaşamaq uğrunda mübarizə imkanı verməkdir. Bunu nəzərə alsaq belə çıxır ki, dünya ədalət üzərində qurulub. Yəni, kim güclüdür yaşayacaq və qalib gələcək.

    Cinayət Məcəlləsində azadlıqdan məhrumetmə hər maddəyə görə fərqli illəri nəzərdə tutur. Mənim maddəm 234.4.3- dür. (külli miqdarda narkotik maddənin satış məqsədilə saxlanması). Qondarma bir cinayət işi başladılıb. Bu maddəyə əsasən mən 7 ildən, 12 ilədək azadlıqdan məhrum edilə bilərəm. Mənə maraqlı olan bu illərdən hansına tuş gələcəyim deyil. Maraqlı məqam budur ki, bu rəqəmlər arasında ədalətə xidmət edən məntiqli fərq nədən ibarətdir? Hakim bu rəqəmlər arasında hansı ədalətlə seçim edir?

    Mənə elə gəlir ki, dünya ədalət üzərində qurulsa da, insanlar arasında ədalət yoxdur. Nə ədalət var, nə də kifayət qədər ədalətli adamlar. Ədalət olsaydı, cinayət olmazdı. Əgər ədalətli hakimlər olsaydı, onlar cinayətin cəzasını vicdanlarının səsini dinləyərək, ədalətlə təyin edərdilər. Təbii ki, ən ədalətli qərarı zaman verir. Ona görə də mənimlə və mənim kimi şərlənərək həbs olunmuş adamlarla bağlı ən ədalətli qərarı zaman verəcək. Necə ki, vaxtilə “vətən xaini” damğası vurulmuş repressiya qurbanlarını, bugün qəhrəman kimi yad edirlər. Onlara “vətən xaini” damğası vuranların özləri isə əbədi lənətə layiq görülüblər.

    Qayəsiz, məqsədsiz, mübarizəsiz keçən insan ömrü heyvan ömründən fərqli deyildir. Biz ideal eşq, ideal arzu yolunda ölümə getməyə də hazırıq. Mübarizəsiz həyat çox dadsız olardı. Qəhrəmanları ideal məhəbbət və arzular yetişdirir. Gəncliyimiz mübarizə yollarında şütüməklə keçir.Bununla fəxr edirəm. Nə yaxşı ki, Azərbaycanda dünyaya gəlmişəm. Vətənimi, xalqımı, gələcək nəsilləri xoşbəxt görmək istəyirəm və bunun üçün üzərimə düşəni etməyi borc bilirəm. Mən bu mübarizəyə şan-şöhrətə, var-dövlətə görə qoşulmamışam. Həyat özü məni bu yola atıb.Mən yüzminlərlə insanı zindandan, zəncirdən qurtarmağa cəhd etmişəm. Bəlkə də gələcək nəsillər mənim yaxşı vuruşa bilmədiyimi deyəcəklər. Amma məni heç zaman natəmiz əməllərdə, fikirlərdə ittiham edə bilməyəcəklər. Hər şeyi çürüdən zaman ləyaqətli ömrü, uca fikirləri çürütməkdə acizdi.

    Əziz dostlar, həqiqəti axtarın, onu qoruyun, haqq iş üçün özünüzü əsirgəməyin! Heç nədən qorxmayın! Azadlıq uğrunda vuruşun. Azadlıq sizə həm haqq-ədalət verər, həm də yaxşı həyat bəxş edər.

    Bir gün gələcək qartallar azad olub, qanad çalacaq. Xalq da məhz həmin vaxt azad olacaq. Mənə görə isə narahat olmayın. Biz bilirik ki, şərəfli yol həmişə çətin olur.

    6-cı korpus, 54-cü kameradan Orxan Baxışlı

    21.08.2018


Xəbər lenti

Nazirlər Kabinetində iki vəzifəli şəxsin dövlət qulluğuna xitam verilib.

MTN generalları yenidən hakim qarşısında

Badamdarda sürüşmə ilə əlaqədar ETSN tərəfindən Qərargah yaradılıb

Azərbaycan prezidenti ilə Türkmənistan XİN başçısının görüşündə əməkdaşlıq perspektivləri müzakirə edilib

Rəşid Meredov Azərbaycana səfərə gəlib

Azərbaycanda Dövlət Müstəqilliyi Gününün 27-ci ili qeyd edilir

Müsavat Partiyası A.Həsənovun siyasi motivlərlə təqib olunduğunu bildirir

Xətai rayonunda 24 yaşlı gənc intihar edib

7GUN.az Prezidentə və hüquq mühafizə orqanlarının rəhbərlərinə müraciət etdi

Masallı sakini: "Əsgərlikdə xəstəlik tapdım, pensiya ala bilmirəm"

Hakimiyyət Badamdar qəsəbəsində sürüşmə zonasında evləri sökməyə hazırlaşır

Cahangir Hacıyev Dünyamin Xəlilovla birlikdə məhkəmə qarşısına çıxarılacaq

Baş həkim Cəlil Nəzərov oğurluq da edir?!

“Əməliyyatda heç bir məsuliyyətsizlik olmayıb"- Modern hospitaldan açıqlama

“Mirəlioğlu partiyanı ata malı bilir, nə gəldi edir"

Azad Həsənova qarşı narkotik ittihamı irəli sürülür

İlham Əliyev Astara və Lerikə səfər edib

Jurnalist Əfqan Muxtarlı karserə salınıb

MTN-in keçmiş İstintaq İdarəsinin şöbə rəisi vaxtından əvvəl azadlığa buraxılıb

Deputat "Bakı Lift-Təmir” İB-nin işdən qovulan sabiq rəisi ilə bağlı açıqlama verib

"Hansısa bir cinayət əməli törətsə və ona görə tutulsa idim işə götürülməyimdə problem olmayacaqdı" Zaur Qurbanlı

Milli Dövlətçilik Partiyasının sədri həbs olunub

Vətəndaş cəmiyyətinin hazırki vəziyyəti və vəziyyətdən çıxış yolları müzakirə olunub

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!