Heydər Parkında sakinlərin sevimli guşəsi olan bu yer söküldü

Şrift : |
Tarix :28-08-2018, 00:50
Bölmə : Cəmiyyət
Kömək :    
Baxılıb : 37 dəfə
Like :
Like :

    Sumqayıtda nə meydançalar, nə də idman üçün pulsuz qurğular var.

    AzEuroNews.com xəbər verir ki, sakinlər şikayətində belə qeyd edib.

    Onların sözlərinə görə, 400 mindən çox əhalisi olan şəhərdə uşaqların oynaması üçün meydançalar, insanların sağlam həyat tərzini sürməsi üçün ictimai, pulsuz idman meydançaları, idman qurğuları salınmır, quraşdırılmır.

    Şəhərdə işsizlik böyük problem olduğundan sakinlərin əksəriyyətinin pullu idman komplekslərinə getməyə imkanı çatmır, uşaqlarını çoxsaylı pullu və bahalı uşaq-əyləncə mərkəzlərinə apara bilmir.

    Sumqayıtda uşaqlar üçün bir-iki meydançalar, sürüşkənlər, yelləncəklər varsa belə, ya sovet dövründən qalıb, ya da keçmiş icra başçısı Eldar Əzizovun vaxtında salınıb.
    2011-2014-cü illərdə şəhərin keçmiş icra başçısının vaxtında Sumqayıtda aparılan abadlıq-quruculuq işlərinə aid olan layihələrdən biri də heç olmasa şəhərdə nümunəvi məhəllə və mikrorayonların yaradılması oldu.

    Şəhər sakinlərinin arzuları nəzərə alınaraq, mikrorayonların abadlaşdırılması üzrə xüsusi proqram qəbul edildi. Əhalinin sıxlıq təşkil etdiyi yaşayış massivlərində – 18, 13 və 10,2, 17, 9-cu və digər mikrorayonlarda, qəsəbələrdə müvafiq infrastruktura malik belə məhəllələr yaradılaraq insanların ixtiyarına verildi.

    Məhəllənin girəcəyində yaraşıqlı müasir standartlara cavab verən futbol meydançaları inşa edildi. Kiçik yaşlı uşaqlar üçün də xüsusi meydançalar tikildi. Amma indi bu tikililərin yalnız xarabalıqları qalıb. Yeniləri də tikilmir. Üstəlik olanlar da sökülüb.

    Məsələn Heydər Parkında uşaqlar üçün pulsuz karusellər, yelləncəklər, qala və sairə qurğular, sakinlərin idman etməsi üçün idman qurğuları, müxtəlif trenajorlar var idi.

    Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov

    Bu internetdə çıxan videolarda da öz əksini tapıb. Amma yeni icra başçısı Zakir Fərəcov gələndən sonra Heydər Parkında sakinlərin sevimli guşəsi olan bu yer söküldü.

    İndi burada yalnız uşaqlar üçün pullu yelləncəklər var. Hətta adi, primitiv, elektrik enerjisi tələb etməyən yelləncəyin belə 5 dəqiqəsi 50 qəpikdir. Yəni həm Heydər Parkında, həm də Sumqayıt bulvarında uşaqlar olan bütün qurğular tam pulludur. Şəhərdə olan Olimpiya və Paralimpiya İdman Kompleksində hər şey pulludur.

    Sumqayıtda binaların həyətləri, hətta arxa tərəfləri belə qarajlarla, marketlərlə zəbt olunub. Təbii ki, bu sahələr məmurlar tərəfindən böyük pullara satılıb.

    Hər il Sumqayıtın büdcəsinə milyonlarla pul ayrılır və hər halda məhəllərdə, parklarda uşaqlar üçün meydançalar salmaq olar.

    İcra Hakimiyyətindən məsələyə münasibət bildirilməyib.


Xəbər lenti

“Əməliyyatda heç bir məsuliyyətsizlik olmayıb"- Modern hospitaldan açıqlama

“Mirəlioğlu partiyanı ata malı bilir, nə gəldi edir"

Azad Həsənova qarşı narkotik ittihamı irəli sürülür

İlham Əliyev Astara və Lerikə səfər edib

Jurnalist Əfqan Muxtarlı karserə salınıb

MTN-in keçmiş İstintaq İdarəsinin şöbə rəisi vaxtından əvvəl azadlığa buraxılıb

Deputat "Bakı Lift-Təmir” İB-nin işdən qovulan sabiq rəisi ilə bağlı açıqlama verib

"Hansısa bir cinayət əməli törətsə və ona görə tutulsa idim işə götürülməyimdə problem olmayacaqdı" Zaur Qurbanlı

Milli Dövlətçilik Partiyasının sədri həbs olunub

Vətəndaş cəmiyyətinin hazırki vəziyyəti və vəziyyətdən çıxış yolları müzakirə olunub

Müsavat Partiyasının fəalına cinayət işi açılıb

“Heç kim bizim adımızdan öz oyunlarında, siyasi vətənşüvənliyində istifadə etməsin” Zümrüd Yağmur

Şamaxıda direktor müavinindən 15 yaşlı şagird hamilə qaldı

Ali baş komandanın fərmanına bu cür yanaşma “Kapitalbank”a başucalığı gətirmir və sayğısızlıqdı

Rüşvət BDYPİ-nin Qeydiyyat-imtahan şöbəsində açıq alverin həddi-hüdudu bilinmir

Qazaxda hansı qanunlar işləyir bilmirəm

Azərbaycan Respublikasının prezidenti Xızı və Qubada açılışlar edib

''Yeni rəis gələni Mehman Hüseynov və Elgiz Qəhrəmana qarşı kobudluq edilir''

Cahangir Hacıyevə qarşı açılan ikinci cinayət işi "mənimsəmə, külli miqdarda törəldildikdə" maddəsi ilə irəli sürülüb

"Çünki bizdə başçı müqəddəsdir, bütdür... ona yaxın düşmək olmaz..."

Con Bolton regiona səfər etməyi planlaşdırır.

Müsavat Partiyasının fəalı Azad Həsənov saxlanılıb

Almaniyada bolqar jurnalistin ölümündə şübhəli bilinən bir nəfər saxlanılıb

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!