Dövlət Komissiyası “Azərenerji”nin işində ciddi nöqsanların olduğunu təsdiqləyib

Şrift : |
Tarix :4-09-2018, 07:53
Bölmə : Cəmiyyət
Kömək :    
Baxılıb : 356 dəfə
Like :
Like :


    Etibar Pirverdiyevin "Azərenerji" ASC-nin rəhbəri postundan çıxarılmasının rəsmi səbəbi iyulun əvvəlində Mingəçevir İES-də baş vermiş qəza və bunun nətəcəsində bütün ölkənin zülmətə qərq olmasıdır. Bu barədə Prezident Administrasiyasının məlumatında deyilir.

    Məlumatda xatırladılır ki, iyulun 3-də sözügedən elektrik stansiyasındakı transformatorlardan birində qəza baş verib. Nəticədə ölkənin enerji sistemində ciddi problemlər yaranıb, Bakı və Gəncə də daxil olmaqla, ölkənin 39 şəhər və rayonu işıqsız qalıb.

    Həmin gün qəzanın səbəblərinin araşdırılması üçün prezidentin göstərişi ilə Dövlət Komissiyası yaradılıb.

    Yerli və xarici ekspertlərin, həmçinin müvafiq dövlət qurumlarının mütəxəssislərinin cəlb edilməsilə Dövlət Komissiyası qəzanın səbəblərini araşdırıb və hərtərəfli rəy hazırlayıb. Rəydə ölkənin enerji sistemində nasazlığa səbəb olan nöqsanlar göstərilib.

    Səbəblərdən biri "Azərenerji"nin qəzalı vəziyyətlərə hazır olmaması, qurumun fəaliyyətində texniki və bəzi digər nöqsanlar, fövqəladə hallara adekvat reaksiya vermək qabiliyyətində olmaması göstərilib.

    Komissiyanın rəyi ilə tanış olan dövlət başçısı E.Pirverdiyevi "Azərenerji" ASC-nin rəhbəri postundan azad edib, məlumatda deyilir. /Turan.a\


Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!