Mehmandar Seyidov departament rəhbəri oldu

Şrift : |
Tarix :7-09-2018, 00:30
Bölmə : Cəmiyyət
Kömək :    
Like :
Like :


    İctimai Televiziya və Radio Yayımları Şirkətində bir sıra vəzifələr üzrə kadr təyinatı rəsmiləşib.

    7GUN.az xəbər verir ki, qurumun İctimaiyyətlə əlaqələr departamentindən "Report”a verilən məlumata görə, sentyabrın 4-də İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının iclasında şirkətin baş direktoru Balakişi Qasımovun təqdimatına əsasən, yeni vəzifələr üzrə kadr təyinatı və struktur dəyişikliyi müzakirə olunub.

    Yayım Şurasının qərarı ilə Rəhim Bağır oğlu Həmidov baş direktorun müavini, Günel Aslan qızı Osmanova Kadrlar və xüsusi işlər departamentinin direktoru, Könül Arif qızı Şükürova Səhər proqramları departamentinin direktoru, Tsurkov Maksim Sergeyeviç Beynəlxalq əlaqələr departamentinin direktoru, Mehmandar Ənvər oğlu Seyidov Hüquq departaentini direktoru, Məmmədəli Nazim oğlu Məmmədov Radionun proqram direktorluğu departamentinin direktoru, Kənan Eldar oğlu Hakimov İdman departamentinin direktoru, Minijə Cəmşid qızı Cəfərli isə Televiziyanın Proqram direktorluğu departamentinin direktoru vəzifələrinə təyin olunublar.

    Adının açıqlanmasını istəməyən İTV əməkdaşının sözlərinə görə, təyinatlar xeyli vaxt əvvəl verilib, yalnız indi rəsmiləşdirilib. Departament direktorlarından Könül Şükürova prodüsser, bəstəkar kimi tanınan Murad Arifin bacısıdır. Mənbə əvvəllər İTV-də aparıcılıq edən Könül Arifqızının qardaşına görə bu vəzifəyə gətirildiyini deyir: "Murad Balakişi Qasımovla dost olduğu üçün bacısına vəzifə verildi”.

    Minijə Cəfərli isə ANS-in Proqram departamentində çalışıb. Mənbənin sözlərinə görə, o, bu vəzifəyə B.Qasımovun televiziya üzrə müavini Murad Hüseynovun məsləhəti ilə gətirilib.

    Hüquq departamentinə direktor təyin edilən Mehmandar Seyidov isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovun oğludur. Ənvər Seyidovun adı bir çox qalmaqallı məhkəmə proseslərinə sədrlik etmiş hakim kimi keçir. Sonuncu yadda qalan proseslər sırasında onun gənc fəal Qiyas İbrahimi 10 il azadlıqdan məhrum etməsi haqda prosesə hakimlik etməsi idi.

    Son aylarda İTV-də kütləvi ixtisarların aparılmasına dair məlumatlar var.

    İxtisara düşənlər arasında AzTV sədri Arif Alışanovun göstərişi işini itirənlərin olduğu da deyilir. Onlardan biri – İsmayıl Balacanov şəkər xəstəliyindən əziyyət çəkir, öhdəsində azyaşlı, əlilliyi olan uşaq var. Anası isə onkoloji xəstədir. Ailənin yeganə qazanc gətirən üzvüdür.

    Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərinə əsasən, yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən və əmək qabiliyyətini müvəqqəti itirən işçilərin, işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə, həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə, öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya I qrup əlil ailə üzvü olan işçilərin, məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin müəssisənin ləğv edilməsi və əmək müqaviləsinin müddətinin qurtarması halları istisna olmaqla, işəgötürənin tərəfindən əmək müqaviləsinin ləğv edilməsi qadağandır.


Xəbər lenti

Bələdiyyə sədri doğum tarixini niyə dəyişdirib? -FOTOLAR

"İfadə verməkdən imtina edirəm" -Polad Aslanov

"Oqtay Gülalıyev Azərbaycanda onsuz da məhv edilmiş hüquq müdafiə sisteminin azsaylı nümayəndələrindən biridir" -Rüfət Səfərov

"Azad və ədalətli seçkilər bu ölkəni irəli apara bilər" -Li Litzenberqer

"Oqtay Gülalıyev bu ölkənin vətəndaşıdır" -MÜRACİƏT

Beynəlxalq təşkilatlar vəkillərlə bağlı çağırış edib

Seçki oyunu -VİDEO

"Oktayın ağ ciyərində, qanında infeksiya olduğuna görə aintibiotiklər vurulurdu" -Firuzə Gülalıyeva

AİHM Rafiq Tağının işi üzrə qərarı elan edib

AİHM Bəybala Əbillə bağlı qərarını elan etdi

Masallı rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verildi

Oqtay Gülalıyevlə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına çağırış olundu

"RUN Group" MMC-nin xanım rəhbəri niyə susur? -VİDEO

Xəstələrə əzab verən Müalicə Müəssisəsi -VİDEO

"Cahid Hilaloğlu" mükafatı təqdim edildi -FOTOLAR

10 AA 322 seriyalı avtomobil sürücüsü mövcud qanunvericiliyin tələblərinə niyə riayət etmir? -VİDEO

"İşıq xətti qəfil qırılıb düşə bilər" -Qəbələ rayonundan FOTOLAR

"Bizə dedilər 6 aydan sonra müraciət edə bilərsiniz" -Vüqar Qurdqanlı

Masallı rayon Maliyyə İdarəsi faizə otuzdurulub?

"Dövlət, hökumət başçıları özünü kral, şah zənn etməsinlər, xalqa xidmət etsinlər" -Əli Kərimli

Cəlilabadda süqut edən təhsil sistemi : İTTİHAM

Elxan Hüseynov “köhnə bazara yeni qiymətlər”gətirib? -Sumqayıt Dövlət Universitetində problem

Vəkil:"Mən o qədərmi axmağam ki, o icraat gedə-gedə üzvlük haqqı ödəməyim?"

Prezidentin köməkçisinə general-polkovnik rütbəsi verildi

Məhkəmə jurnalisti cərimələdi : "Sifarişli qərardır"

Təqvim

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Bizi izləyin

Təsisçi və baş redaktor: Cavid Şirəliyev
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!
Mobil versiya