Mirmahmud Mirəlioğlunun “namus kriteriyası”...

Şrift : |
Tarix :13-09-2018, 23:52
Bölmə : Cəmiyyət
Kömək :    
Like :
Like :

    "Ötən 25 ildə Mirəlioğlu müxalifət partiyasının sədri olaraq işğal olunmuş torpaqlarımızın, əsir qız-gəlinlərimizin namusu ilə bağlı niyə ciddi mövqe qoymadı ortaya?"

    Bu barədə tanınmış hüquq müdafiəçisi Oktay Gualiyev öz şəxsi feysbuk səhifəsində yazı paylaşıb. 7GUN.az həmin yazını olduğu kimi təqdim edir:

    "KXCP Ali Məclisinin bir neçə gün öncə yetərsaysız keçən iclasında Mirmahmud Mirəlioğlu namus məsələsi ilə bağlı “analoqu” olmayan fikirlər irəli sürdü. Bildirdi ki, KXCP ilə bağlı məsələ namus məsələsidir, onu mətbuatda, facebook- da müzakirə etmək olmaz (!?). Edənlər cəzalandırılacaq. Məclisdə buna cəhd də etdi... Amma özü bizləri nəzərdə tutaraq “partiyada kənar səslər var” deyib hökümət saytlarına təşkilat daxili məsələlərlə bağlı həqiqəti təhrif edərək palaz- palaz müsahibələr verəndə nədənsə bu “namus” məsələsi yadına düşmürdü...

    Bəlkə də bir çox insanlar Rəsulzadə- Elçibəy irsinə iddia edən, avtoritarizmə qarşı mübarizə aparan milli- demokratik bir təşkilatda 18- ci əsr düşüncə tərzinə malik belə fikirlərin həmin təşkilatın sədri tərəfindən səsləndirilməsinə inanmazlar. Düz də edirlər. Çünki elementar savadı olan hər kəs bilir ki, siyasi partiyalar vətəndaş cəmiyyətinin bir hissəsidir. Qeyri- hökümət sektorudur. Həmin təşkilatlar cəmiyyət üçün, toplum üçün açıq olmalıdır. Əksər demokratik ölkələrdə, hətta Azərbaycanda da bir sıra təşkilatlar öz qurultaylarını, bəzən ali məclislərini mətbuatın iştirakı ilə canlı yayımla ictimaiyyətə təqdim edirlər və bu məsələdə maraqlı olurlar ki, xalq, seçici onları yaxından tanısın və qəbul etsin. Amma KXCP sədri iddia edir ki, partiya daxili məsələ namus məsələsidir, mətbuatda müzakirə olunmamalıdır. Maraqlıdır niyə? Sən partiyadaxili demokratiyanı, fikir prüalizmini bog, partiya üzvlərinin sorğularını cavablandırma, şikayətlərini dinləmə, iştirakı olmadan onları partiyadan və vəzifədən çıxart, hüquqlarını tapdala, təhqir et, aşağıla, heç kiniminlə məsləhətləşmədən sədr aparatını burax, təşkilatı iflic vəziyyətinə sal, qurultay keçirmə, iqtidarla açıq- gizli danışıqlara get, adını müxalifətçi, Elçibəyçi qoyaraq hakimiyyətə qarşı heç bir ciddi mübarizə aparma, əksinə dövlət başçısının satın aldığı media rəhbərlərini, vicdanın nə olduğunu bilməyən dindarları, mollaları tərbrik et, korrupsiya layihələrinə dəstək ver, qohumların hökümətlə şübhəli iş birliyində olsun, amma de ki, yox, bu məsələlər partiyanın namus məsələsidir- mətbuatda müzakirə oluna bilməz (!?). Görün nə qədər absurd və gülməlidir?

    Yaxşı, gəlin bir anlıq fərz edək ki, doğurdan da KXCP ilə bağlı məsələ Mirəlioğlunun dediyi kimi namus məsələsidir, mətbuatda müzakirə oluna bilməz. Elə isə maraqlı suallar ortaya çıxır. 25 ildir torpaqlarımız işğal olunub, yüzlərlə qız- gəlinlərimiz hələ də erməni əsirliyindədir. İşğal olunan torpaqlarımız, əsirlikdə olan qız- gəlinlərimiz bizim namusumuz deyilmi? Ötən 25 ildə Mirəlioğlu müxalifət partiyasının sədri olaraq işğal olunmuş torpaqlarımızın, əsir qız- gəlinlərimizin namusu ilə bağlı niyə ciddi bir mövqe qoymadı ortaya? Niyə KXCP Ali Məclisinin iclasında ayağa qalxıb yumruğunu sıxıb “KXCP ilə bağlı məsələ namus məsələsidir, mətbuatda müzakirə oluna bilməz” deyib sıravi üzvlərin üstünə yeridiyi kimi Milli Məclisin üzvü olarkən parlamentdə torpaqlarımızı işğalda, qız- gəlinlərimizi erməni əsirliyində saxlanmasına göz yuman hökümətin üzərinə getmədi? Niyə aləmə car çəkib xalqı döyüşə, təslimçi sülh danışıqlarına, sazişlərinə etiraza qaldırmadı, buna cəhd etmədi? Mitinq keçirmədi, yürüş etmədi? Yoxsa namus məsələsi Qarabağın işğalı ilə bağlı deyil, mətbuatda onun özünün 18 illik yarıtmaz, təslimçi siyasi fəaliyyəti tərəfimizdən tənqid ediləndə yadına düşdü?

    Bu hakimiyyət ölkəmizdə çox şeyləri işğal edib. Təkcə bizim dövlətimizi, hüquqlarımızı, yer altı- yer üstü sərvətlərimizi deyil, qız gəlinlərimizi Dubay yollarında qoymaqla, xaricilərə satmaqla namusumuzu da işğal edib. Elə bu yaxınlarda məlum oldu ki, Əliyev rejimi ölkədə apardığı repressiyalara göz yummaq üçün Avropalı deputatlara pul, hədiyyə, kürü və s.- lə yanaşı Azərbaycan qadınlarını da təklif edirmiş. Bu xəbər ölkə gündəmində bomba kimi partladı. Demək olar ki, əksər siyasilər və qeyri- siyasilər, vətəndaş cəmiyyəti fəalları bu biabırçılığa sərt reaksiya verdilər. Amma KXCP sədri Mirmahmud Mirəlioğlu susdu. Niyə onda “namus cəfakeşi” olaraq o bu biabırçılığa etirazda bulunmadı, hakimiyyətdən izahat tələb etmədi? Bəyəm xaricilərə hədiyyə olunan Azərbaycan qadınları bizim anamız, bacımız deyildimi?

    ... Hakimiyyət mübariz Azərbaycan xanımlarını Leyla Yunusu, Xədicə İsmayılı, Nigar Hezini, hazırda isə Gozel Bayramlinı şərləyib həbs etdi. Onlara böhtan atdı, aşağıladı, işgəncə verdi. Xalqın namusuna dil uzatdı. Niyə Mirmahmud Mirəlioğlu həmin xanımların müdafiəsi ilə bağlı etiraz səsini qaldırmadı, ciddi bir mövqe sərgiləmədi? Niyə onların məhkəməsində bir dəfə də olsun iştirak etmədi, onların müdafiəsinə qalxmadı? Axı o xanımlar bəzi kişi siyasətçilərdən fərqli olaraq məhz hakimiyyətə satılmadıqları, cəsarətli mübarizə apardıqlarına görə şərlənib həbs olunmuşdular. Məgər o xanımların namusu bizim namusumuz deyilmi? Niyə onlar həbs olunanda, böhtana, qeyri- insani münasibətə məruz qalanda Mirəlioğlunun səsi çıxmadı? Niyə haqqını tələb etmək üçün mitinqə gələn xanımları, oğul itirmiş əsgər analarını polis küçədə yerlə sürüyüb təhqir edəndə “Elçibəy mənim mənəvi atamdır” deyən şəxs mənəvi atasına uyğun cəsarət, mərdlik nümayiş etdirmədi?

    ... Mən öz fəaliyyətimdə heç zaman ayrı- ayrı fərdləri rəqib və hədəf seçməmişəm. Bu gün də seçmirəm. Bizim üçün bir rəqib və hədəf var- o da bu hakimiyyətdir. Amma bəzən elə hadisələr baş verir ki, bu hadisələrə reaksiya vermədən ötmək mümkün olmur. KXCP sədri Mirmahmud Mirəlioğlunun Rəsulzadə- Elçibəy ideyalarına sadiq bir təşkilatın 18 ildir sədri vəzifəsini zəbt edib partiyanı zəif, dişsiz, hakimiyyətə sərf edən rəzil bir vəziyyətə salması, problemdən çıxış üçün 2015- ci ildə son qurultyada söz verdiyi kimi sədrlikdən gedib təşkilatda nəsl dəyişkliyinə şərait yaratmaq əvəzinə mübariz insanları partiyadan dışlamaq, qanunları və nizamanməni kobud şəkildə pozaraq milli- demokratik dəyərləri ayaqlar altına atması, üzvlərə qarşı mənəvi, fiziki, psixoloji təzyiqlər, diskriminasiya etməsi və s. məni bu yazını yazmağa məcbur etdi.

    Biz ölkədə vəziyyəti dəyişmək istəyir. Bunun üçün ilk növbədə öz baxışlarımız dəyişməli, təşkilatımız yenilənməlidir. İnsanlarımızın səmimi, dürüst, mübariz olmasını istəyiriksə öncə özümüz bu prinsiplərə əməl etməliyik. KXCP başda olmaqla rəhbərliyi yıpranmış bütün milli- demokratik təşkilatlarda yenilənmə, nəsl dəyişkənliyi olmalıdır. Partiyaların rəhbərliyinə gündüz müxalifət gecə iqtidar olanlar, səriştəsiz, bacarıqsız, qapalı şəxslər deyil, sözü ilə əməli uyğun gələn, ölkədə gerçəkdən də dəyişiklik istəyən və bu yöndə səmimi şəkildə prinsipial mübarizə aparan intelektual, dürüst və cəmiyyətə açıq insanlar gəlməlidir...

    Ölkədə vəziyyətin dəyişməsi xalqımızın təşkilatlanmasından keçir. Xalqı təşkilatlandırmaq istəyiriksə öncə özümüz təşkilatlanmalıyıq. Milli- demokratik partiyalar təşkilatlanmalıdır. Təşkilatlanmaya mane olan bütün sədlər aradan qaldırılmalıdır. Fəaliyyətimiz xalqla birlikdə, xalqa doğru olmalıdır. “Ölkədə dəyişikliyin yeganə gücü və mənbəyi xalqdır” məntiqindən və düstüründan çıxış edilməli, fəaliyyət bu yöndə qurulmalıdır. Belə olacağı təqdirdə uğur və qələbə uzaqda olmayacaq..."


Xəbər lenti

"Mənim “arxa-dayağım” komitəmizin sədri cənab Əhməd Əhmədzadədir" -Suvarma Sistemləri idarəsinin rəisi Vaqif Səlimov

Prezident İtaliyada səfərdədir -FOTOLAR

İnsan hüquqlarının vəziyyəti müzakirə olunacaq -ATƏT-in PA-da

“Biz tələsmirik, təzyiq kampaniyası davam edir” -ABŞ dövlət katibi

Rüşvət barədə xəbər yayan jurnalist qətlə yetirilib

İlham Əliyev yollarının tikintisi və yenidən qurulması üçün 4,9 milyon manat vəsait ayırdı -SƏRƏNCAM

Zakir Fərəcovun Fəzail Hüseynova bu boyda etimadının arxasında nə dayanır?

Cavid Şirəliyev hakimiyyətə çağırış etdi -BƏYANAT

Məhbub Zülfüqarlı Prezident İlham Əliyevə müraciət etdi

“Qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür” -Leyla Abdullayeva

Prezident Xalq rəssamını təltif etdi -SƏRƏNCAM

Seymur Həzi 16 fevral mitinqilə bağlı polisə çağırılıb

“Sərhədsiz Reportyorlar” seçki günü jurnalistlərə ən azı səkkiz hücum faktını qeydə alıb -BƏYANAT

MSK Hadı Rəcəblini və Hüseynbala Mirələmovu mandatdan məhrum etdi -QƏRAR

Arlem Dezir jurnalistlərlə bağlı hakimiyyətə çağırış etdi

Azərbaycan hökuməti hər iki fəala 72 min avro ödəməlidir

7GUN.az tezliklə yeni "Sual ver" layihəsinə başlayır -AÇIQLAMA

"24 saylı Birləşmiş Şəhər Xəstəxanasında tibbi xidmət normaldır" -Baş həkim Azər Məmmədov

"Vətəndaşların seçki hüquqlarının kobud şəkildə pozulması halları aşkar edilməyib" -Rusiya XİN

“Əsas vəzifəmiz yüksək professional musiqiçi kadrları yetişdirməkdir” - Əməkdar müəllim, pedaqoji elmlər namizədi, professor Nərminə Quliyeva

AzTU-nun nümayəndə heyəti Türkiyəyə səfər edib

"Bu seçkilər mətbuat və sərbəst toplaşmaq azadlıqlarının məhdudlaşdırılması ilə əlamətdar oldu" -ABŞ səfirliyi

Seçkilərdə rəqabət mühiti olmayıb -ATƏT DTİHB, ATƏT PA və AŞPA müşahidəçiləri

Namizədin ələ alınmasına cəhdlə bağlı beynəlxalq missiyaları məlumatlandırıb

"Oqtay Gülalıyevi artıq ayaq üstə qaldırırlar" -Firuzə Gülalıyeva

Təqvim

«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 

Bizi izləyin

Təsisçi və baş redaktor: Cavid Şirəliyev
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!
Mobil versiya