"Rauf gəlib dedi ki, hamı Elnurla işləyib pul qazanır" - Həbib Axundov

Şrift : |
Tarix :20-09-2018, 22:36
Bölmə : Cəmiyyət
Kömək :    
Baxılıb : 52 dəfə
Like :
Like :

    Deputat Elmira Axundovanın oğlu Həbib Axundovun adı hallanan dələduzluqla bağlı məhkəmə prosesi sentyabrın 20-də davam etdirilib. H.Axundovun dostu, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə təqsirləndirilən Elnur Axundovun məhkəməsində zərərçəkmiş və şahidlər ifadə verib.

    7GUN.az-ın Meydan.tv-yə istinadən məlumatına görə, Rauf Bəşirov bildirib ki, 2009-2013-cü illərdə Yasamalda çay evi işlədib, deputatın oğlu ilə də orada tanış olub. Dediyinə görə, H.Axundov vasitəsilə tanıdığı E.İbrahimova 2012-ci ildə ilk dəfə 8 min manat, ümumilikdə isə 20 min pul verib. E.İbrahimov da hər həftə gətirib ona pul verib: "O, pulu iş qurmaq adı ilə almışdı. Demişdi ki, ucuz yolla katric alıb satır. Mən də pul verdim, çünki qazanc əldə etmək istəyirdim. Mənə bu işi Həbib deməyib, özüm girişmişəm. Dost-tanış da pul vermişdi, qazanc götürürdü".

    R.Bəşirovdan soruşublar ki, istintaqdakı ifadəsini təsdiqləyir? "Bəli" cavabını verib. Həmin ifadədə isə o, Elnurla birgə işə H.Axundovun təklifilə pul qoyduğunu bildirib. Onun ifadəsinə əsasən, H.Axundov onun qarşısında şərt də qoyub. Şərt isə beləymiş ki, həftəlik qazancın yarısını H.Axundova verməliymiş. İfadədə qeyd olunur ki, Elnurun həftəlik qazanc olaraq, ona verdiyi 600 manatın 300 manatını o da deputat oğluna verib.

    R.Bəşirov bu ifadəni təkzib etməyib. Bildirib ki, bir çox məsələləri xatırlamır.

    H.Axundov da şahidin ifadəsinə münasibət bildirib. O deyib ki, R.Bəşirov özü E.İbrahimovla işləmək istəyib: "Rauf gəlib dedi ki, hamı Elnurla işləyib pul qazanır. Məni də o işə qoş, pul qazanım. Mən də Elnurdan xahiş etmişəm".
    Daha sonra Orxan Xanbalayev ifadə verib. O, E.İbrahimova 50 min manat pul verdiyini deyib.

    İttihamda yazılıb ki, təqsirləndirilən E.İbrahimov zərərçəkmişlər - Elvin Vəliyev, Fərman Məmmədov, Sahib Ağayev, Zaur Səfərov, Şahin Məhərrəmov və digərlərini katric biznesi qurmaq adı ilə aldadaraq, ümumilikdə, onların 1 milyon manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib.

    H.Axundov da bu iş üzrə zərərçəkmiş qismində tanınıb. Cinayət işində E.İbrahimovun H.Axundovun 100 min manat pulunu ələ keçirdiyi qeyd edilir.

    H.Axundovla E.İbrahimov dost olublar. Hətta sosial şəbəkələrdə toyda E.İbrahimovun Elmira Axundova və oğlu ilə birlikdə rəqs etdiyi görüntülər də yayılıb.

    E.İbrahimovun işindəki zərərçəkmişlər pullarının mənimsənilməsinə görə H.Axundovu ittiham edirlər. Bildirirlər ki, onları bu işə H.Axundov cəlb edib, pulların da bir qismini şəxsən ona veriblər.


Xəbər lenti

Nazirlər Kabinetində iki vəzifəli şəxsin dövlət qulluğuna xitam verilib.

MTN generalları yenidən hakim qarşısında

Badamdarda sürüşmə ilə əlaqədar ETSN tərəfindən Qərargah yaradılıb

Azərbaycan prezidenti ilə Türkmənistan XİN başçısının görüşündə əməkdaşlıq perspektivləri müzakirə edilib

Rəşid Meredov Azərbaycana səfərə gəlib

Azərbaycanda Dövlət Müstəqilliyi Gününün 27-ci ili qeyd edilir

Müsavat Partiyası A.Həsənovun siyasi motivlərlə təqib olunduğunu bildirir

Xətai rayonunda 24 yaşlı gənc intihar edib

7GUN.az Prezidentə və hüquq mühafizə orqanlarının rəhbərlərinə müraciət etdi

Masallı sakini: "Əsgərlikdə xəstəlik tapdım, pensiya ala bilmirəm"

Hakimiyyət Badamdar qəsəbəsində sürüşmə zonasında evləri sökməyə hazırlaşır

Cahangir Hacıyev Dünyamin Xəlilovla birlikdə məhkəmə qarşısına çıxarılacaq

Baş həkim Cəlil Nəzərov oğurluq da edir?!

“Əməliyyatda heç bir məsuliyyətsizlik olmayıb"- Modern hospitaldan açıqlama

“Mirəlioğlu partiyanı ata malı bilir, nə gəldi edir"

Azad Həsənova qarşı narkotik ittihamı irəli sürülür

İlham Əliyev Astara və Lerikə səfər edib

Jurnalist Əfqan Muxtarlı karserə salınıb

MTN-in keçmiş İstintaq İdarəsinin şöbə rəisi vaxtından əvvəl azadlığa buraxılıb

Deputat "Bakı Lift-Təmir” İB-nin işdən qovulan sabiq rəisi ilə bağlı açıqlama verib

"Hansısa bir cinayət əməli törətsə və ona görə tutulsa idim işə götürülməyimdə problem olmayacaqdı" Zaur Qurbanlı

Milli Dövlətçilik Partiyasının sədri həbs olunub

Vətəndaş cəmiyyətinin hazırki vəziyyəti və vəziyyətdən çıxış yolları müzakirə olunub

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!