"Bir neçə saat gözləyəndən sonra apardığımız sovqatı qəbul elədilər, görüşə isə buraxmadılar" - Kəmalə Rəhimli

Şrift : |
Tarix :21-09-2018, 08:04
Bölmə : Cəmiyyət
Kömək :    
Like :
Like :

    AXCP Gənclər Komitəsinin həbsdə olan üzvü Orxan Baxışlının anası deyir ki, sentyabrın 18-də oğlu haqqında hökm çıxarılandan sonra təcridxanada da bir sıra hüquqları məhdudlaşdırılıb.

    7GUN.az xəbər verir ki, Kəmalə Rəhimli bu barədə AzadlıqRadiosuna danışıb. Bildirib ki, hökmün ertəsi gün Orxanın saxlandığı Kürdəxanıdakı 1 Saylı Bakı İstintaq Təcridxanasına gediblər, amma onu oğlu ilə görüşməyə qoymayıblar: "Bir neçə saat gözləyəndən sonra apardığımız sovqatı qəbul elədilər, görüşə isə buraxmadılar. Səbəbini soruşanda əvvəl demədilər. Sonra bildirdilər ki, Orxan guya siyasi mövzuda söhbətlər eləyir. Onu araşdıracaqlar".

    K.Rəhimli deyir ki, əvvəllər təcridxanada dəfələrlə Orxanla görüşüb. Ona görə də anası istisna etmir ki, bu məhdudiyyət Orxanın Bakı Ağır Cinayətlər Məhkəməsində son sözündə səsləndirdiyi tənqidi fikirlərlə bağlı ola bilər.

    O.Baxışlı son sözündə siyasi sifarişlə həbs olunduğunu, AXCP üzvü olmasıyla fəxr etdiyini, ölkənin demokratikləşməsi uğrunda mübarizəsində üzləşdiyi məhrumiyyətlərə baxmayaraq, peşman olmadığını bildirmişdi. Gənc fəal 6 il azadlıqdan məhrum edilməsi barədə hökmə «Azadlıq!» şüarlarıyla reaksiya vermişdi.

    "Heç bir məhdudiyyət yoxdur"

    Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov isə AzadlıqRadiosuna deyib ki, O.Baxışlının qanunla nəzərdə tutulmuş hüquqlarının təmin olunmasında heç bir problem yoxdur: "Təcridxananın rəhbərliyi ilə danışmışam, ona qarşı heç bir məhdudiyyət tətbiq olunmayıb. Bir neçə gün əvvələ qədər həbs olunan şəxs idi, hökmdən sonra artıq məhkum olunmuş şəxsdir. Mövcud qanunvericiliyə uyğun olaraq, hüquqları da təmin olunacaq".

    AXCP Gənclər Komitəsinin üzvü O.Baxışlı mayın 7-də saxlanıb. Onun üzərindən 6 qram heroin tapıldığı iddia olunur. Gənc fəal ittihamı rədd edir, narkotiki cibinə polislərin atdığını deyir.

    AXCP-dən isə bildirilib ki, O.Baxışlı həbsindən bir neçə gün öncə - mayın 3-də Beynəlxalq Söz Azadlığını Müdafiə Günü ilə əlaqədar mərhum jurnalist Elmar Hüseynovun məzarı önündə etdiyi çıxışa görə cəzalandırılıb. Həmin çıxışda gənc fəal E.Hüseynovu bu hakimiyyətin qətlə yetirdiyini bildirib. Hakimiyyət rəsmiləri isə belə iddiaları yalanlayırlar və E.Hüseynovun qətilində günahkar olanların tapılıb cəzalandırılmasında maraqlı olduqlarını deyirlər. Həmin qətldən 13 il keçib.


Xəbər lenti

"Mənim “arxa-dayağım” komitəmizin sədri cənab Əhməd Əhmədzadədir" -Suvarma Sistemləri idarəsinin rəisi Vaqif Səlimov

Prezident İtaliyada səfərdədir -FOTOLAR

İnsan hüquqlarının vəziyyəti müzakirə olunacaq -ATƏT-in PA-da

“Biz tələsmirik, təzyiq kampaniyası davam edir” -ABŞ dövlət katibi

Rüşvət barədə xəbər yayan jurnalist qətlə yetirilib

İlham Əliyev yollarının tikintisi və yenidən qurulması üçün 4,9 milyon manat vəsait ayırdı -SƏRƏNCAM

Zakir Fərəcovun Fəzail Hüseynova bu boyda etimadının arxasında nə dayanır?

Cavid Şirəliyev hakimiyyətə çağırış etdi -BƏYANAT

Məhbub Zülfüqarlı Prezident İlham Əliyevə müraciət etdi

“Qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür” -Leyla Abdullayeva

Prezident Xalq rəssamını təltif etdi -SƏRƏNCAM

Seymur Həzi 16 fevral mitinqilə bağlı polisə çağırılıb

“Sərhədsiz Reportyorlar” seçki günü jurnalistlərə ən azı səkkiz hücum faktını qeydə alıb -BƏYANAT

MSK Hadı Rəcəblini və Hüseynbala Mirələmovu mandatdan məhrum etdi -QƏRAR

Arlem Dezir jurnalistlərlə bağlı hakimiyyətə çağırış etdi

Azərbaycan hökuməti hər iki fəala 72 min avro ödəməlidir

7GUN.az tezliklə yeni "Sual ver" layihəsinə başlayır -AÇIQLAMA

"24 saylı Birləşmiş Şəhər Xəstəxanasında tibbi xidmət normaldır" -Baş həkim Azər Məmmədov

"Vətəndaşların seçki hüquqlarının kobud şəkildə pozulması halları aşkar edilməyib" -Rusiya XİN

“Əsas vəzifəmiz yüksək professional musiqiçi kadrları yetişdirməkdir” - Əməkdar müəllim, pedaqoji elmlər namizədi, professor Nərminə Quliyeva

AzTU-nun nümayəndə heyəti Türkiyəyə səfər edib

"Bu seçkilər mətbuat və sərbəst toplaşmaq azadlıqlarının məhdudlaşdırılması ilə əlamətdar oldu" -ABŞ səfirliyi

Seçkilərdə rəqabət mühiti olmayıb -ATƏT DTİHB, ATƏT PA və AŞPA müşahidəçiləri

Namizədin ələ alınmasına cəhdlə bağlı beynəlxalq missiyaları məlumatlandırıb

"Oqtay Gülalıyevi artıq ayaq üstə qaldırırlar" -Firuzə Gülalıyeva

Təqvim

«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 

Bizi izləyin

Təsisçi və baş redaktor: Cavid Şirəliyev
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!
Mobil versiya