Jurnalist və hüquq müdafiəçisi ilə bağlı Avropa məhkəməsinə müraciət edildi

Şrift : |
Tarix :25-09-2018, 21:46
Bölmə : Cəmiyyət
Kömək :    
Baxılıb : 64 dəfə
Like :
Like :

    Jurnalistləri Müdafiə Komitəsi digər beynəlxalq QHT-lərlə birlikdə azərbaycanlı jurnalist və hüquq müdafiəçisi Emin Hüseynovun hüquqi şikayətinin dəstəklənməsilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə amicus curiae brief (kənar müdaxilə) təqdim edib.

    Amicus curiae brief (kənar müdaxilə) beynəlxalq məhkəmə instansiyalarında yayılmış hüquqi institut, məhkəmənin diqqətini işə aidiyyatı olan rəyə cəlb etməklə ona yardım göstərilməsini nəzərdə tutur.

    Əsasən JMK-nın təşəbbüs göstərdiyi sənədi International меdia support (Mediaya beynəlxalq dəstək), IFEX (Söz azadlığının müdafiəsi üzrə beynəlxalq assosiasiya) və International Senior Lawyers Project (Aparıcı hüquqşünasların beynəlxalq layihəsi) dəstəkləyib.

    İsveçrədə mühacirətdə olan Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun direktoru Emin Hüseynov 2015-ci ildə Avropa məhkəməsinə şikayət verib. Şikayətdə qeyd olunur ki, hakimiyyətin hərəkətlərini tənqid etməsinə cavab olaraq Azərbaycan hökuməti qanunsuz olaraq onu vətəndaşlıqdan məhrum edib.

    Müraciətdə qeyd edilir ki, vətəndaşlıqdan məhrumetmə AİHM üzvü ölkələri arasında “jurnalistlər üçün ən pis həbsxanalardan” biri olan Azərbaycanda siyasi təqiblər və narazıların səsini batırmaq üçün alət kimi istifadə olunur.

    “Azərbaycan dünyada jurnalistlər üçün ən pis həbsxanalardan biridir. Hakimiyyətin jurnalistlərə və KİV fəallarına, o cümlədən Emin Hüseynov və onun qardaşı, jurnalist fəaliyyətinə görə hazırda həbsdə olan Mehmana qarşı istifadə etdiyi repressiv metodlar beynəlxalq mühakiməyə verilməlidir. Məhkəmə Emin Hüseynovun xeyrinə qərar qəbul etməlidir və azadlıqdan məhrumetmə kimi vasitələrin köməyilə tənqidi səsləri susmağa məcbur etməklə amansız davranışa üzv dövlətlərin dözməyəcəyilə bağlı siqnal göndərməlidir”, – CPJ-nin Avropa və Mərkəzi Asiya üzrə əməkdaşı Gülnoza Səid bildirib.

    Azərbaycan hökunəti ölkədə fundamental insan azadlıqlarının tam təmin edildiyini bildirir. Dövlət rəsmiləri insanların qanun qarşısında bərabər olduğunu, fikir, söz, media, toplaşmaq azadlığına görə təqiblərin olmadığını bəyan edir.

    Bununla yanaşı yerli hüquq müdaifə təşkilatları ölkədə 160 siyasi məhbusun olduğunu bildirir. Amnesty İnternational təşkilatı Azərbaycanda ondan çox insanı “vicdan məhbusu” elan edib.

    /bastainfo.com/


Xəbər lenti

Masallı rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Nadir Abıyev rüşvət alaraq dələduzluq edib?!

Baş həkim Mehriban Abasquliyeva naziri niyə biabır edir?

“Bu gün məmləkətimizdə kasıbçılığın sürətlə inkşaf etdiyi bir vaxtda, məmur qohumları günbəgün varlanırlar

Hakimiyyətin siyasi məhbuslara qarşı kin- küdrəti, qisasçılıq hissi nə qədərdir?

Şəhid Ailələri və Qarabağ döyüşçülərinin torpağını qanunsuz ələ keçirən "Atlas" MMC-ni himayə edən kimdir? FOTO-VİDEO

Badamdardakı sürüşmə zonasında gərginlik qalmaqdadır.

“Nazmehr” quru yük gəmisində zəhərlənənlər xəstəxanadan buraxılıblar

"Qafqaz Sahil Hotel” bağlandı

Bakı Apellyasiya Məhkəməsi Azad Həsənovun həbsilə bağlı şikayəti təmin etməyib

"Hökumətlər arasında insan hüquqları üzrə dialoqun bərpası Azərbaycan hökumətinin insan hüquqlarının pisləşməkdə olan vəziyyətinin nizamlanmasına təşviq edilməsində mühüm addımdır"

Araz Ağalarovun hesabları qapadılıb

Prokurorluq MTN-in vəzifəli şəxslərinin vaxtından əvvəl azadlığa buraxılmalarnı "qəti şəkildə təkzib edib"

Hakimiyyət şərləyib həbs etdiyi siyasi məhbusları həbsdən buraxmaq istəmir

ABŞ səfirliyi Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Nazirlər Kabinetində iki vəzifəli şəxsin dövlət qulluğuna xitam verilib.

MTN generalları yenidən hakim qarşısında

Badamdarda sürüşmə ilə əlaqədar ETSN tərəfindən Qərargah yaradılıb

Azərbaycan prezidenti ilə Türkmənistan XİN başçısının görüşündə əməkdaşlıq perspektivləri müzakirə edilib

Rəşid Meredov Azərbaycana səfərə gəlib

Azərbaycanda Dövlət Müstəqilliyi Gününün 27-ci ili qeyd edilir

Müsavat Partiyası A.Həsənovun siyasi motivlərlə təqib olunduğunu bildirir

Xətai rayonunda 24 yaşlı gənc intihar edib

7GUN.az Prezidentə və hüquq mühafizə orqanlarının rəhbərlərinə müraciət etdi

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!