"Hakimiyyətin maşası olub kimdənsə MƏDƏT ummayın"

Şrift : |
Tarix :30-09-2018, 22:01
Bölmə : Cəmiyyət
Kömək :    
Baxılıb : 685 dəfə
Like :
Like :

    Oqtay Gülalıyev təmsil etdiyi təşkilata hücum edənlərə cavab verdi

    "Rejimi tənqid edənlərə qarşı hakimiyyətin apardığı repressiyaları çılpaqlığı ilə özündə əks etdirən tutarlı sənəddir"

    7GUN.az xəbər verir ki, bu sözləri tanınmış hüquq müdafiəçisi Oktay Gülalıyev şəxsi feysbok səhifəsində paylaşıb. Həmin yazını diqqətinizə çatdırırıq:

    "Son zamanlar təmsil etdiyim Siyasi Məhbusları Müdafiə Mərkəzi (SMMM) və hazırladığımız “Avropa işi” hesabatı ilə bağlı bəziləri stəkanda fırtına yaratmaq eşqinə düşüblər. Bəzi dostları da çaşdırmağa çalışırlar. Onsuz da nəyəsə nail olmasalar da hakimiyyətin “Səs”, “Kaspi” və s. qəzetləri, trolları haqqımızda ağıllarına, ağızlarına gələn şər- böhtanları dayanmadan tirajlayırlar. Kimlərsə onların yolunu davam etdirmək, sifarişlərini yerinə yetirmək istəyirlərsə buyursunlar…

    Amma istərdim gerçək dostlar və maraqlananlar üçün bəzi məqamları qeyd edim. Hazırladığımız “Avropa işi” hesabatı son bir ildə geniş araşdırmaların və gərgin əməyin nəticəsi olaraq meydana gəlib. Və 5 ay öncə Hesabatın Bakıda və Düsseldorfda (Almaniyada) təqdimatı oldu. Azərbaycan, ingilis və alman dillərində yerli və beynəlxalq ictimaiyyətə təqdim edildi. 5 ay öncə təqdim olunmuş hesabatın müzakirəsinin indi də davam etməsi yaxşı haldır. Hesabat müəlliflərindən biri kimi aldığım məlumatlardan, gördüyüm münasibətlərdən deyə bilərəm ki, hesabat kifayət qədər maraqla qarşılanıb. Əhəmiyyətli sənəd kimi istinad olunur. Avropada yaşayan mühacirlərimizin fəaliyyətindən dolayı onların ailə üzvlərinə qarşı həyata keçirilən repressiyaları özündə əks etdirən dolğun sənəddir. Bu sənəd mühacirlərimizə həm də dəstəkdir. Rejimi tənqid edənlərə qarşı hakimiyyətin apardığı repressiyaları çılpaqlığı ilə özündə əks etdirən tutarlı sənəddir. Bu sənəddən yalnız Azərbaycan hakimiyyəti və onun monopoliyasında olanlar narahat olublar və yenə narahatdırlar.

    Hesabatı gözdən salmaq üçün bəziləri öz aləmlərində kapmaniya aparırlar. Söz tapa bilmirlər deyə irad tuturlar ki, hesabatı ingiliscəyə və almancaya kim tərcümə edib (!?). Cavid Cabbarlı - Alıshov SMMM- in Avropa koordinatorudur və s.? Adama deyərlər heç sizə dəxli var? İşiniz- gücünüz yoxdur?

    Sayğıdəyər dostlar üçün qeyd edim ki, hesabatı ingiliscəyə Bakıda yerli dostlarımız, almancaya isə Almaniyada yaşayan mühacir dostlarımız (Elmir Shireliyev, Elnur Mirze, Fuad Akbarov, Elshan Abdullayev, Camal Seyidli, Sevinc İsgandarova və digərləri) öz daxili imkanları hesabına tərcümə ediblər. Hesabata ailə üzvləri təzyiqlərə məruz qalan 50- yə yaxın mühacir haqqında məlumatlar daxil edilib. Avropada bu məlumatların toplanması və onlarla əlaqənin yaradılmasında əməyi keçənlərdən biri Cavid Cabbarlı olub. O, hesabatın Berlində təqdimatından tutmuş, keyslərin toplanması, tərcümə işi və beynəlxalq təşkilatlara təqdim olunmasına qədər bütün bu işləri təmannasız görüb . Onun adı Hesabatda yoxdur və ümumiyyətlə hesabatla, bizim təşkilatla bağlı marağı, təmannası olmayıb. Mühacir dostların təklifi və mənim xahişimlə o bu işləri görüb. Azərbaycanda olduğu müddətdə onu yaxından tanıdığıma görə xahiş etmişəm ki, mən Almaniyada olmadığıma və ola bilmədiyimə görə hesabatla bağlı bu kimi zəruri işləri əlaqələndirsin, görsün. O da sağ olsun, bunları edib. Vəssalam. Bizim aramızda nə vəzifə, nə də başqa təmanna söhbətləri olmayıb.

    Təşkilatımızı, Hesabatlarımızı və bizləri gözdən salmağa çalışanlara tövsiyyəm budur ki, gedib faydalı işlərlə məşğul olsunlar. Müxalifətçi olduqlarını iddia edirlərsə gedib bu yarıtmaz hakimiyyətə qarşı səmimi mübarizə aparsınlar. Hərgah onların fəaliyyətində və facebook səhifələrində bu görünmür. Yox, hakimiyyətin maşası rolunda çıxış edib kimdənsə MƏDƏT umurlarsa özləri bilərlər. Son illər təmsil etdiyim SMMM qədər Azərbaycanda faydalı işlər görən, siyasi məhbusları və mühacirləri müdafiə edən, bu istiqamətdə konkret sənədlər hazırlayan 2- ci müstəqil ictimai təşkilat yoxdur. Bizə çamurların niyə atıldığının fərqindəyik. Bizi daxili didişmələrinizə, intriqalarınıza qatmağa cəhd etməyin. Bizim bu istiqamətdə, xüsusən siyasi məhbusların və mühacirlərin hüquqlarının müdafiəsi istiqamətində fəaliyyətimiz davam edəcək. Bunu hamı bilsin və dostlar da narahat olmasın.

    Yola davam!"


Xəbər lenti

“Araz-Alko” MMC-də Almaz Salmanovanın müəmmalı ölümü

İslahatların önündəki əngəllər və ya altdan-altdan iş görənlərin izi ilə...

"Mətbuatın daxili mübarizə alətinə çevrilməsi yolverilməzdir" – İlham Əliyev

"Hakimiyyət tərəfindən göstərilən bütün cəhdlər məni mövqeyimdən yayındırmayacaq" Cavid Şirəliyev

Cəfər Cəfərov məntəqə tipli CÇM-dən azad edildi

Sorğuya gecikmiş cavab

Masallının bəxtinə çıxan bəla - Rafil Hüseynov - FOTO-VİDEO

Məhkəmə prosesində ağılasığmaz biabırçılıq -hakim: "Mənim sizə heyfim gəlir..."

GDU-da əmək haqqı böhranı davam edir – MÜRACİƏT

Karat MTK vətəndaşın hüquqlarını pozur

DYP qəza törədib, hadisə yerindən qaçan xanım sürücünü niyə himayə edir?

Şəbnəm Tovuzlunun gizli kəbin kəsdirib, ailə qurduğu HƏCİ – Ramazan Mirzəyevlə bağlı sirlər açıldı

Baytar həkimlər Mehriban Bağırovanın iş metodundan beziblər - “Qoşqar Təhməzlinin bundan xəbəri yoxdur”

Vəkil Osman Kazımov: Polad Aslanov aclıq edir -AUDİO

Jurnalist aclıq aksiyasına başlayıb 

Milli Şura növbəti mitinqi 19 oktyabr saat 15:00-a təyin etdi -AÇIQLAMA

Milli Şura növbəti mitinqi 19 oktyabr saat 15:00-a təyin etdi -AÇIQLAMA

Masallı rayonu nə üçün sosial və iqtisadi inkişafdan məhrum edilib?!

İftixar Qurbanov Fuad Əhmədlinin vəziyyətinin stabil olduğunu bildirir

"Mən iki gələcək əsgər böyüdürəm, onlara nə deyəcəm?" -Aksiya iştirakçısı

Məhkum aclıq aksiyasına qərar verdi

"RUN GROUP" MMC-in "dəmir ledisi"

KXCP üzvləri sədrin istefasını tələb edir

Təqvim

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!