Hakimiyyət şərləyib həbs etdiyi siyasi məhbusları həbsdən buraxmaq istəmir

Şrift : |
Tarix :18-10-2018, 19:31
Bölmə : Cəmiyyət
Kömək :    
Baxılıb : 71 dəfə
Like :
Like :

    “Hakimiyyətin 10 illərlə normal yaşıllıq yarada bilmədiyi, cəhənnəmi xatırladan CÇM- də Mehman Hüseynovu ittiham edirlər ki, niyə 1 ildə abadlıq işlərində iştirak etməyib”- bu sözləri tanınmış hüquq müdafiəçisi Oktay Gülalıyev özünün feysbuk səhifəsində paylaşıb.

    7GUN.az həmin paylaşımı olduğu kimi təqdim edirik:

    "Hakimiyyətin həbsdə olan siyasi məhbuslara qarşı kin- küdrəti, qisasçı münasibəti davam edir. NİDA-çı Elgiz Qəhrəmanlının timsalında onları "kars"- a salıb incidir, Məmməd İbrahimin simasında haqq etmədiyi cəza müddəti bitsə də həbsdən çıxmağa qoymur, Fuad Əhmədlinin şəxsində cəzasının çox hissəsini çəkməsinə baxmayaraq vaxtından əvvəl azadlığa qovuşmaq istəyini bəhanələrlə rədd edir. Eyni zamanda bu ssenarinin davam etməsi və həbsdə olan siyasi məhbuslara qarşı yeni təxribatların hazırlanmasına dair məlumatlar var...

    Bu gün isə tanınmış video- bloger Mehman Hüseynovun həbsdən azad olunmasının qarşısını süni bəhanələrlə alırlar. 2 ilə yaxındır ki, şərlənib həbs olunan, haqq etmədiyi cəzanı çəkən Mehman bəyin vaxtından əvvəl azadlığa çıxmaq istəyini Apelliyasiya məhkəməsi də rədd etdi. Sən demə daş karxanalarının arasında, toz- toprağın içində yerləşən kol- kosun bitmədiyi 14 saylı CÇM- də o, abadlıq işlərinin aparılmasında yaxından iştirak etməyib (!?). Hakimiyyətin 10 illərlə normal yaşıllıq yarada bilmədiyi, cəhənnəmi xatırladan CÇM- də Mehman Hüseynovu ittiham edirlər ki, niyə 1 ildə abadlıq işlərində iştirak etməyib. Çox absurd yanaşma və külünc bəhanədir...

    Mehman Hüseynov bacarıqlı video- bloger olaraq oğru, harın məmurların bədnam, korrupsioner əməllərini ifşa etdiyinə görə şərlənib həbs olunub. Ona qarşı olanlara anası dözməyərək vəfat edib. Qardaşı Emin Huseynovu ölkədən didərgin salıblar. Digər qardaşı Naxçıvanda xidmət edir. Yaşlı atası tək- tənha qalıb. Onun Mehmana, Mehmanın da ona ehtiyacı var. Eyni zamanda Mehman haqsız yerə həbs olunsa da həbsdə olduğu müddətdə bir dəfə də olsun intizam tənbehinə məruz qalmayıb və s. Amma bütün bunlara baxmayaraq onu müxtəlif bəhanələrlə hətta həbsdən çıxmasına bir neçə ay qalmasına baxmayaraq azadlığa buraxmırlar...

    Baş verənlər onu göstərir ki, dövlət büdcəsini talan edənləri, oğruları, korrupsionerləri, cinayətkarları çox asanlıqla azadlığa buraxan hakimiyyət şərləyib həbs etdiyi siyasi məhbusları həbsdən buraxmaq istəmir. Ona görə də gəlin onları- həbsdə olan dostlarımızı daha sıx, daha güclü müdafiə edək!

    Azadlıq onların haqqıdır!"


Xəbər lenti

Fransa Dağlıq Qarabağ Respublikasını tanımır

17 noyabr Milli Dirçəliş Günüdür

Əli Kərimli və Cəmil Həsənli həbs edildi - VIDEO

Badamdar bələdiyyəsinin Həbib Əsədov problemi

Siyasi məhbuslara işgəncə verən vəzifəli şəxlərin qara siyahısı hazırlanır

"Azərbaycanda həlli tələb olunan əsas uzunmüddətli problemlərdən biri odur ki, ölkədə əhali üzrə adambaşına düşən vəkillərin nisbəti ən aşağıdır": K.Puarel

BDU rektorunun işdən çıxarılmasının səbəbi qalmaqal salmasıdır (yenilənib)

"Sədərək" ticarət mərkəzində yanğın

Zaur Rövşənlinin apellyasiya şikayəti təmin olunmayıb

Məmməd İbrahimin işi üzrə növbəti məhkəmə prosesi başlayır

Səhiyyə nazirinin qocalar evinə atılan xalası qızı müalicə oluna bilmir

"Arada olan bu insanlar məmur adına da ləkə gətirir”- Adil Əliyev

Azərbaycan Cümhuriyyəti müvəqqəti parlaman rəisindən Ənvər paşaya məktub

"Mən Mətbuat Şurasının üzvü olmaya-olmaya bunu niyə Mətbuat Şurası araşdırmalıdır? "- Dəyanət Babayev

" Yalnız cahillər və Azərbaycanın düşmənləri narahat olmaya bilər" Arif Hacılı

Gözəl Bayramlının cəzası 2 ay azaldılıb

Təhsil ocağında öz oduna yanan direktor kimdir?

Dindar məhbus hüquqlarının bərpa edilməyəcəyi təqdirdə aclıq aksiyasına başlayacaq

Zamirə Hacıyevanın növbəti məhkəmə iclasının tarixi müəyyənləşib

"Ukrayna səfirliyi kor-peşman şəkildə tədbiri noyabrın 15-də səfirlik binasında keçirəcək” Elxan Şahinoğlu

Şəhid ailələrinə yardım ödənilməməsi haqqında vəziyyətə aydınlıq gətirilməyib

AXCP üzvlərinin həbs müddəti uzadilib

“Gilan” holdinq işçilərin əmək haqlarını ödəyə bilmir

Təqvim

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!