"Hakimiyyətin söz və ifadə azadlığına qarşı zorakılığı davam edir”-Arif Hacılı


“Basta” saytının baş redaktoru Mustafa Hacıbəylinin ölkədən çıxışına qadağa qoyulub.

Oktyabrın 31-də Müsavat başqanı Arif Hacılı və başqan müavini Səxavət Soltanlı ilə birlikdə Gürcüstana iki günlük beynəlxalq tədbirə getməyə hazırlaşan Mustafa Hacıbəylini Bakı hava limanından geri qaytarıblar.

Dövlət Sərhəd Xidmətinin əməkdaşı bildirib ki, onun ölkədən çıxışına Baş prokurorluq qadağa qoyub.

Müsavat başqanı Arif Hacılı Baş prokurorluğun bu qərarını “söz və ifadə azadlığına qarşı zorakılığın davamı” kimi qiymətləndirib.
“Bu gün Bakı Apellyasiya Məhkəməsi “bastainfo.com” saytının qeyri- qanuni bloklanması qərarını qüvvədə saxladı. İndi də saytın baş redaktoru Mustafa Hajibeylinin dəvət aldığı beynəlxalq tədbirdə iştirak üçün ölkədən çıxmasına imkan verilmədi. Hakimiyyətin söz və ifadə azadlığına qarşı zorakılığı davam edir”, – Arif Hacılı bildirib.

31-10-2018, 21:34