"Xəyal Həsənov Murad Ədilovu intihar həddinə çatdırıb" - Natiq Ədilov

Şrift : |
Tarix :2-11-2018, 02:18
Bölmə : Cəmiyyət
Kömək :    
Baxılıb : 95 dəfə
Like :
Like :

    Natiq Ədilov həbsdə olan qardaşı Muradın kömək üçün müraciət etdiyini bildirib

    10 saylı Cəzaçəkmə Müəssisəsində məhbusluq həyatı yaşayan Murad Ədilov böyük nəzarətçi Xəyal Həsənovun sərt təzyiqləri ilə üzləşdiyini bildirib.

    M.Ədilovun sözlərinə görə, ona son bir neçə gündə 3 töhmət verilib.

    Bu barədə Murad Ədilov anası ilə telefon əlaqəsi saxlayaraq deyib.

    Məlumatı onun mühacirətdə olan qardaşı Natiq Ədilov yayıb.

    Natiq Ədilov bildirib ki, Xəyal Həsənov Murad Ədilovu intihar həddinə çatdırıb:

    "Qardaşım anama belə deyib. Xəyal Həsənov qardaşımdan rüşvət istəyir. Biz qardaşımın üzləşdiyi özbaşınalıqla bağlı Prezident Administrasiyasına, Ədliyyə Nazirliyinə, Ombudsman aparatına və diplimatik korpuslara müraciət edəcəyik”.

    Meydan TV Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr rəsmisi Mehman Sadıxovla əlaqə saxlayıb.

    M.Sadıxov deyib ki, əgər məhbus incidildiyini iddia edirsə, məhkəməyə və Penitensiar Xidmətə müraciət edə bilər: "Müraciətə baxılacaq. Mən bu məsələni şərh edə bilmərəm. Çünki Murad Ədilov digərləri kimi sıravi məhbusdur”.

    Murad Ədilov 2014-cü il avqustunda həbs olunub. Onun üzərindən narkotik tapıldığı iddia edilir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilən M.Ədilov narkotik ittihamını rədd edir və qardaşı N.Ədilovun fəaliyyətinə - hökuməti tənqid edən yazı və çıxışlarına görə cəzalandırıldığını bildirir.

    N.Ədilov AXCP mətbuat xidmətinin rəhbəri, "Azadlıq” qəzetinin və "Azərbaycan saatı” televiziya proqramının əməkdaşıdır.

    Yerli və beynəlxalq insan haqları müdafiəçiləri də M.Ədilovun həbsini siyasi motivli sayır. "Amnesty İnternational” M.Ədilovu "vicdan məhbusu” elan edib.

    /meydan.tv/


Xəbər lenti

Araşdırmaçı jurnalist həbs olunmaq təhlükəsi ilə üzləşdiyini bildirir

"Jurnalistlərə qarşı zorakılıq bu il misli görünməmiş həddə çatıb və vəziyyət kritikdir" Kristof Deluar

Demokratiya və Rifah Uğrunda Hərəkatın fəalı Hüseyn Məlikin şikayəti təmin edilməyib

Şəhid ailələri Toğrul Qocayevin azad edilməsini tələb edirlər

Oktay Gülalıyev:"Müalicəyə ehtiyacı olan məhbusları müalicə edin"

"Sosial mediada əxlaqa zidd məsələlər təbliğ olunur" Mübariz Qurbanlı

Baş redaktorun işi məhkəməyə göndərilib

"Şəhidlərin vərəsələrinə 11 min manat vəsaitin verilməsi zamanı ədalət prinsipi əsas olmalıdır"

"İcra hakimiyyəti heç kəsdən pul almayıb” Ş.İbadov

Mingəçevirə yeni başçı təyin edilib

Polislə insident zamanı sürücü özünü yandırmağa cəhd edib

Brakonyerlər maral vurublar

Sərhəddə narkotik qaçaqmalçıları saxlanılıb

MSŞT Koalisiyasının növbəti Ümumi Yığıncağı keçirilib

“Bu sahə nifrət olunası bir sistemdir” Əli Əsgərov

Deputat sərxoş halda Bakının mərkəzində dava saldı

20 Yanvar Şəhidlər gününə qədər oğlumun “qan pulu” verilməsə, Şəhidlər Xiyabanında özümü oğlumun məzarı üstündə benzinlə yandıracam

Əli Kərimli Avropa Məhkəməsinə üz tutacaq

Əbülfəz Sadıqbəyliyə ailəsi ilə görüşə icazə verilmir

Azərbaycan jurnalistlərin həbsdə olduğu ölkələr sırasındadır

Müxalifət çirkli pulların yuyulması faktlarının araşdırılmasını tələb edir

Şəhid oğlunun həbs müddətini azaldıb

Hüseynqulu Bağırov jurnalisti həbs etdirmək istəyir

Təqvim

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!