"Təqib olunan jurnalistlərin real sayı məlumat verildiyindən daha çoxdur"- Sevinc Osmanqızı

Şrift : |
Tarix :3-11-2018, 00:44
Bölmə : Cəmiyyət
Kömək :    
Baxılıb : 443 dəfə
Like :
Like :

    Jurnalistlərə qarşı cinayətlərə görə cəzasızlıqla Beynəlxalq Mübarizə Günündə Vaşinqtonda Azərbaycanda media azadlığının vəziyyətinə həsr olunmuş tədbir keçirilib.

    Tədbirdə çıxış edən azərbaycanlı jurnalistlər (hazırda ABŞ və Avropada yaşayanlar) Azərbaycan hakimiyyətini ölkə həbsxanalarında saxlanılan 14 jurnalist və blogerin təhlükəsizliyinin təmin edilməsi üçün real addımlar atmağa çağırıblar. Azərbaycan Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun direktoru Emin Hüseynov bildirib ki, 2005-ci ildən jurnalistlərin qətlinin üstü açılmamış qalır. Belə ki, hökumət 2005-ci ildə güllələnmiş jurnalist Elmar Hüseynovun qətlinin üstünü aça bilməyib.

    "Tbilisi küçələrində jurnalisti oğurlamağı bacaran hakimiyyət Elmar Hüseynovun Gürcüstanda gizlənmiş qatillərini tapa bilmir", - jurnalist, region ölkələri üzrə mütəxəxsis Aleks Raufoğlu bildirib.

    "Jurnalistlərin qatilləri məhkəməyə cəlb olunmursa bu, təkcə qurbanlara qarşı ədalətsizlik deyil, həm də onun həmkarlarına böyük təhlükədir, - o əlavə edib.

    Women's Media Watch Azerbaijan təşkilatından Sevinc Osmanqızı diqqəti ona yönəldib ki Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Bakıda jurnalistlə söhbətində deyib ki, azərbaycanlı jurnalistlər xoşbəxtdir ki, Azərbaycan vətəndaşlarıdır, Səudiyyə Ərəbistanı yox.

    "Əslində özünü xoşbəxt hiss etmək üçün əsaslar çox deyil. Təqib olunan jurnalıstlərin real sayı məlumat verildiyindən daha çoxdur. İyul hadisələri - Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına sui-qəsd və ölkə boyunca elektrik enerjisi kəsildikdən sonra enerji böhranı müstəqil jurnalistlərə qarşı yeni təzyiq dalğasının başlanğıcı oldu", - o vurğulaylb.

    4 redaktora qarşı cinayət işi qaldırılıb, baş prokuror Zakir Qaralov isə bildirib ki, bəzi jurnalistlər, bloger və fəalların barəsində İnterpolun xəttilə axtarış elan edilib. "Gəncə hadisələri haqda danışanlar terrorçu kimi qələmə verilir", - S.Osmanqızı qeyd edib.

    "Hökumət hadisələrlə bağlı rəyini dəfələrlə dəyişib, jurnalistləri rəsmi xəttə əsaslanmamaqda ittiham edib", - o vurğulayıb.

    "2018-ci seçki ilində onlayn-təqiblər davam edib. Hökumətin sponsorluq etdiyi trollinq qorxutma, alçaltma, repressiya aləti olub. Hörmətli insanlar nifrət və şəxsi təhqir obyektinə çevriliblər.

    Bu yaxınlarda yaradılan "Real" TV media-resursu Azərbaycanın hüdudlarından kənardakı jurnalistlərə və blogerlərə açıq şəkildə hücum edərək onların ekstradisiyasına və həbsinə çağırıb.

    Televiziya kontentinə nəzarət etməli olan rəsmi qurum Milli Televiziya və Radio Yayım Şurası bütün bunlara göz yumur", - S.Osmanqızı vurğulayıb.


Xəbər lenti

“Araz-Alko” MMC-də Almaz Salmanovanın müəmmalı ölümü

İslahatların önündəki əngəllər və ya altdan-altdan iş görənlərin izi ilə...

"Mətbuatın daxili mübarizə alətinə çevrilməsi yolverilməzdir" – İlham Əliyev

"Hakimiyyət tərəfindən göstərilən bütün cəhdlər məni mövqeyimdən yayındırmayacaq" Cavid Şirəliyev

Cəfər Cəfərov məntəqə tipli CÇM-dən azad edildi

Sorğuya gecikmiş cavab

Masallının bəxtinə çıxan bəla - Rafil Hüseynov - FOTO-VİDEO

Məhkəmə prosesində ağılasığmaz biabırçılıq -hakim: "Mənim sizə heyfim gəlir..."

GDU-da əmək haqqı böhranı davam edir – MÜRACİƏT

Karat MTK vətəndaşın hüquqlarını pozur

DYP qəza törədib, hadisə yerindən qaçan xanım sürücünü niyə himayə edir?

Şəbnəm Tovuzlunun gizli kəbin kəsdirib, ailə qurduğu HƏCİ – Ramazan Mirzəyevlə bağlı sirlər açıldı

Baytar həkimlər Mehriban Bağırovanın iş metodundan beziblər - “Qoşqar Təhməzlinin bundan xəbəri yoxdur”

Vəkil Osman Kazımov: Polad Aslanov aclıq edir -AUDİO

Jurnalist aclıq aksiyasına başlayıb 

Milli Şura növbəti mitinqi 19 oktyabr saat 15:00-a təyin etdi -AÇIQLAMA

Milli Şura növbəti mitinqi 19 oktyabr saat 15:00-a təyin etdi -AÇIQLAMA

Masallı rayonu nə üçün sosial və iqtisadi inkişafdan məhrum edilib?!

İftixar Qurbanov Fuad Əhmədlinin vəziyyətinin stabil olduğunu bildirir

"Mən iki gələcək əsgər böyüdürəm, onlara nə deyəcəm?" -Aksiya iştirakçısı

Məhkum aclıq aksiyasına qərar verdi

"RUN GROUP" MMC-in "dəmir ledisi"

KXCP üzvləri sədrin istefasını tələb edir

Təqvim

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!