Məmməd İbrahimin işi üzrə növbəti məhkəmə prosesi başlayır

Şrift : |
Tarix :15-11-2018, 23:55
Bölmə : Cəmiyyət
Kömək :    
Baxılıb : 39 dəfə
Like :
Like :

    Gələn həftə Xalq Cəbhəsi Partiyasının sədrinin müşaviri Məmməd İbrahimin işi üzrə növbəti məhkəmə prosesi başlayır.

    Hazırlıq iclası Bakının Suraxanı rayon məhkəməsində noyabrın 19-na təyin edilib.

    7GUN.az bildirir ki, bu barədə Turan-a onun vəkili Cavad Cavadov bildirib.

    Məmməd İbrahim 30 sentyabr 2015-ci il tarixində həbs edilib və xuliqanlıq ittihamı ilə 3 il müddətinə mühakimə edilib.

    O, hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.

    Həbs müddətinin başa çatmasına bir gün qalmış ona qarşı yeni qadağan edilmiş əşyaların (bıçaq) qanunsuz saxlanılması ittihamı irəli sürülüb.

    Bu maddə ilə o, əlavə olaraq 6 aya qədər azadlıqdan məhrum edilə bilər. Sentyabrın 28-də Yasamal məhkəməsi onu 2 ay müddətinə həbs edib.

    Müdafiə tərəfi M.İbrahimin cinayət təqibinə xitam verilməsinə nail olmaq niyyətindədir.

    Bir müddət əvvəl onun oğlu Turan İbrahim bildirib ki, istintaq müxalifətçinin təqsirinin səhih dəlillərini təqdim etməyib.

    Onun sözlərinə görə, batıcı-kəsici alətin atasına məxsus olduğunun birbaşa dəlili yoxdur.

    "Vəkilin vəsatəti ilə bıçaqda atamın barmaq izlərinin olub olmamasının müəyyən edilməsi üçün ekspertiza təyin edilib. Ekspertlər bıçaqda atamın barmaq izlərinin olmadığı barədə rəy veriblər", - deyə T.İbrahim bildirib.


Xəbər lenti

Araşdırmaçı jurnalist həbs olunmaq təhlükəsi ilə üzləşdiyini bildirir

"Jurnalistlərə qarşı zorakılıq bu il misli görünməmiş həddə çatıb və vəziyyət kritikdir" Kristof Deluar

Demokratiya və Rifah Uğrunda Hərəkatın fəalı Hüseyn Məlikin şikayəti təmin edilməyib

Şəhid ailələri Toğrul Qocayevin azad edilməsini tələb edirlər

Oktay Gülalıyev:"Müalicəyə ehtiyacı olan məhbusları müalicə edin"

"Sosial mediada əxlaqa zidd məsələlər təbliğ olunur" Mübariz Qurbanlı

Baş redaktorun işi məhkəməyə göndərilib

"Şəhidlərin vərəsələrinə 11 min manat vəsaitin verilməsi zamanı ədalət prinsipi əsas olmalıdır"

"İcra hakimiyyəti heç kəsdən pul almayıb” Ş.İbadov

Mingəçevirə yeni başçı təyin edilib

Polislə insident zamanı sürücü özünü yandırmağa cəhd edib

Brakonyerlər maral vurublar

Sərhəddə narkotik qaçaqmalçıları saxlanılıb

MSŞT Koalisiyasının növbəti Ümumi Yığıncağı keçirilib

“Bu sahə nifrət olunası bir sistemdir” Əli Əsgərov

Deputat sərxoş halda Bakının mərkəzində dava saldı

20 Yanvar Şəhidlər gününə qədər oğlumun “qan pulu” verilməsə, Şəhidlər Xiyabanında özümü oğlumun məzarı üstündə benzinlə yandıracam

Əli Kərimli Avropa Məhkəməsinə üz tutacaq

Əbülfəz Sadıqbəyliyə ailəsi ilə görüşə icazə verilmir

Azərbaycan jurnalistlərin həbsdə olduğu ölkələr sırasındadır

Müxalifət çirkli pulların yuyulması faktlarının araşdırılmasını tələb edir

Şəhid oğlunun həbs müddətini azaldıb

Hüseynqulu Bağırov jurnalisti həbs etdirmək istəyir

Təqvim

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!