Zaur Rövşənlinin apellyasiya şikayəti təmin olunmayıb


Noyabrın 15-də Bakı Apelyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə D18 Hərəkatının İdarə Heyətinin üzvü Zaur Rövşənlinin işi üzrə məhkəmə prosesi keçirilib.

Nizami Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti təmin olunmayıb.

7GUN.az xəbər vrir ki, bu barədə vəkil Cavad Cavadov "Amerikanın səsi"nə məlumat verib.

D18 Hərəkatının İdarə Heyətini üzvü Zaur Rövşənli noyabrın 7-də saxlanılıb.

Noyabrın 8-də Nizami rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə (Polisin qanunu tələbinə tabe olmamaq) günahlı bilinərək 10 sutka inzibati həbsə məhkum edilib.

Zaur Rövşənli məhkəmənin qərarını qərəzli sayır.