Baş redaktor növbəti doğum gününü həbsxanada qarşılayır

Şrift : |
Tarix :20-11-2018, 22:59
Bölmə : Cəmiyyət
Kömək :    
Baxılıb : 89 dəfə
Like :
Like :

    7- ci ildir ki, qanunsuz həbs həyatı yaşayan jurnalist, siyasi məhbus Araz Quliyevin bu gün doğum günüdür. O, Masallıda yerləşən www.xeber44.com internet qəzetin baş redaktoru olub. Rəhbərlik etdiyi saytda hakimiyyətin yürtdüyü siyasəti həmişə tənqid edib. Buna görə o dəfələrlə polisə çağrılıb xəbərdarlığa məruz qalıb. Bütün bu xəbərdarlıqlar nəticəsiz qaldıqdan sonra 2012- ci ilin sentyabr ayında həbs olunub. Həbs edilən zaman və sonrakı dönəmlərdə həbsdə olduğu müddətdə işgəncələrə məruz qalıb.

    7GUN.az xəbər verir ki, bu sözləri tanınmış hüquq müdafiəçisi Oktay Gülalıyev özünün feysbuk səhifəsində yazıb.

    "Həbsdə olduğu müddətdə də haqsızlığa, qanunsuzluğa qarşı susmayıb. 2014- cü ildə onunla eyni 14 saylı CÇM- də saxlanılan məhbus Elşad Babayevin döyülərək öldürülməsinə qarşı kəskin etirazını bildirib. Bundan sonra onun özünə fiziki zor tətbiq edərək "kars"-a salıblar. Daha sonra onu digər bir neçə "etirazçı" məhbuslarla bir yerdə "tubzon" deyilən yerə aparıb günlərlə işgəncə veriblər. Ürəkləri bununla da soyumayıb onu Qobustan Qapalı həbsxanasına göndəriblər...

    Yazdıqlarım Araz Quliyevin üzləşdiyi dəhşətlərin bir hissəsidir. Amma o bütün təzyiqlərə, təhdidlərə, zorakalıqlara baxmayaraq sınmır, haqq bildiyi yoldan dönmür. Belə qardaşları müdafiə, doğum günlərini təbrik etməyi özümə mənəvi borc bilirəm...

    Gəlin, harda olmasından asılı olmayaraq dövrümüzün qəhrəmanlarını, mübariz insanlarını unutmayaq. Onları yada salaq, müdafiə edək!

    Araz bəyin doğum gününü bir daha təbrik edir, ona və onun timsalında bütün şərlənib həbs olunan məhbuslara azadlıq arzulayıram!"-deyə Oktay Gülalıyev bildirib.

    7GUN.az olaraq, biz də Araz Quliyevi təbrik edirik. Ona və digər siyasi məhbuslara azadlıq tələb edirik.


Xəbər lenti

Araşdırmaçı jurnalist həbs olunmaq təhlükəsi ilə üzləşdiyini bildirir

"Jurnalistlərə qarşı zorakılıq bu il misli görünməmiş həddə çatıb və vəziyyət kritikdir" Kristof Deluar

Demokratiya və Rifah Uğrunda Hərəkatın fəalı Hüseyn Məlikin şikayəti təmin edilməyib

Şəhid ailələri Toğrul Qocayevin azad edilməsini tələb edirlər

Oktay Gülalıyev:"Müalicəyə ehtiyacı olan məhbusları müalicə edin"

"Sosial mediada əxlaqa zidd məsələlər təbliğ olunur" Mübariz Qurbanlı

Baş redaktorun işi məhkəməyə göndərilib

"Şəhidlərin vərəsələrinə 11 min manat vəsaitin verilməsi zamanı ədalət prinsipi əsas olmalıdır"

"İcra hakimiyyəti heç kəsdən pul almayıb” Ş.İbadov

Mingəçevirə yeni başçı təyin edilib

Polislə insident zamanı sürücü özünü yandırmağa cəhd edib

Brakonyerlər maral vurublar

Sərhəddə narkotik qaçaqmalçıları saxlanılıb

MSŞT Koalisiyasının növbəti Ümumi Yığıncağı keçirilib

“Bu sahə nifrət olunası bir sistemdir” Əli Əsgərov

Deputat sərxoş halda Bakının mərkəzində dava saldı

20 Yanvar Şəhidlər gününə qədər oğlumun “qan pulu” verilməsə, Şəhidlər Xiyabanında özümü oğlumun məzarı üstündə benzinlə yandıracam

Əli Kərimli Avropa Məhkəməsinə üz tutacaq

Əbülfəz Sadıqbəyliyə ailəsi ilə görüşə icazə verilmir

Azərbaycan jurnalistlərin həbsdə olduğu ölkələr sırasındadır

Müxalifət çirkli pulların yuyulması faktlarının araşdırılmasını tələb edir

Şəhid oğlunun həbs müddətini azaldıb

Hüseynqulu Bağırov jurnalisti həbs etdirmək istəyir

Təqvim

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!