"Ə.Sadıqbəyli uydurma ittihamla həbs olunub"

Şrift : |
Tarix :21-11-2018, 21:30
Bölmə : Cəmiyyət
Kömək :    
Baxılıb : 35 dəfə
Like :
Like :

    Müsavat Partiyası Gənclər Təşkilatının rəhbəri Əbülfəz Sadıqbəyli noyabrın 21-də Bakıda saxlanılıb. Bu gün Səbayel Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib. Fəala qarşı dələduzluq ittihamı irəli sürülüb. 7GUN.az bildirir ki, bu barədə Turan-a Müsavat Partiyasının rəhbəri Arif Hacılı bildirib.

    A.Hacılı hesab edir ki, Ə.Sadıqbəyli uydurma ittihamla həbs olunub. Onun məlumatına görə, Ə.Sadıqbəyli bir neçə il öncə "Nikoil Bank"dan aldığı və artıq ödənilmiş kreditlə bağlı cinayət işilə əlaqədar həbs edilib.

    "Kreditin qaytarılmasına dair sənədlər var. Lakin bank sənədləri saxtalaşdırıb. Əvvəlcə Əbülfəz Sadıqbəyli iş üzrə şahid kimi dindirilib, ancaq biləndə ki, Müsavat Partiyası Gənclər Təşkilatının sədridir, istintaq ona qarşı yönəlib", - A.Hacılı bildirib.

    O hesab edir ki, Ə.Sadıqbəyliyə qarşı cinayət işi onun siyasi fəaliyyətilə bağlıdır və Müsavat Partiyasının təqib olunması siyasətinin tərkib hissəsidir.

    Partiya Ə.Sadıqbəylinin dərhal azad edilməsini və əsl günahkarların məsuliyyətə cəlb olunmasını tələb edib.


Xəbər lenti

Araşdırmaçı jurnalist həbs olunmaq təhlükəsi ilə üzləşdiyini bildirir

"Jurnalistlərə qarşı zorakılıq bu il misli görünməmiş həddə çatıb və vəziyyət kritikdir" Kristof Deluar

Demokratiya və Rifah Uğrunda Hərəkatın fəalı Hüseyn Məlikin şikayəti təmin edilməyib

Şəhid ailələri Toğrul Qocayevin azad edilməsini tələb edirlər

Oktay Gülalıyev:"Müalicəyə ehtiyacı olan məhbusları müalicə edin"

"Sosial mediada əxlaqa zidd məsələlər təbliğ olunur" Mübariz Qurbanlı

Baş redaktorun işi məhkəməyə göndərilib

"Şəhidlərin vərəsələrinə 11 min manat vəsaitin verilməsi zamanı ədalət prinsipi əsas olmalıdır"

"İcra hakimiyyəti heç kəsdən pul almayıb” Ş.İbadov

Mingəçevirə yeni başçı təyin edilib

Polislə insident zamanı sürücü özünü yandırmağa cəhd edib

Brakonyerlər maral vurublar

Sərhəddə narkotik qaçaqmalçıları saxlanılıb

MSŞT Koalisiyasının növbəti Ümumi Yığıncağı keçirilib

“Bu sahə nifrət olunası bir sistemdir” Əli Əsgərov

Deputat sərxoş halda Bakının mərkəzində dava saldı

20 Yanvar Şəhidlər gününə qədər oğlumun “qan pulu” verilməsə, Şəhidlər Xiyabanında özümü oğlumun məzarı üstündə benzinlə yandıracam

Əli Kərimli Avropa Məhkəməsinə üz tutacaq

Əbülfəz Sadıqbəyliyə ailəsi ilə görüşə icazə verilmir

Azərbaycan jurnalistlərin həbsdə olduğu ölkələr sırasındadır

Müxalifət çirkli pulların yuyulması faktlarının araşdırılmasını tələb edir

Şəhid oğlunun həbs müddətini azaldıb

Hüseynqulu Bağırov jurnalisti həbs etdirmək istəyir

Təqvim

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!