Ümumgürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri azad edilib

Şrift : |
Tarix :30-11-2018, 06:49
Bölmə : Cəmiyyət
Kömək :    
Baxılıb : 26 dəfə
Like :
Like :

    Ümumgürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Mirtağı Əsədov azad edilib"

    7GUN.az bildirir ki, "Turan" agentliyinin xəbərinə görə, bunu Ümumgürcüstan Müsəlmanları Ali Dini İdarəsindən bildiriblər.

    İdarədən deyiblər ki, bu gün, noyabrın 29-da Bakı Apellyasiya Məhkəməsi belə qərar verib. Məhkəmənin Mirtağı Əsədovdan daxil olan müraciətə baxdığı və onu azad etdiyi bildirilir.

    Həmin məlumatı Azadlıq Radiosuna Mirtağı Əsədovun həyat yoldaşı Şahanə Hacıyeva da təsdiqləyib. O, deyib ki, Mirtağı Əsədov hazırda Bakıdadır. Ancaq hələlik, onun özü ilə danışmaq mümkün olmayıb.

    Bakı Apellyasiya Məhkəməsi bir həftə əvvəl Mirtağı Əsədov-un vəkillərinin apellyasiya şikayətini rədd etmişdi.

    O vaxt Əsədovun 30 sutka inzibati həbs edildiyi deyilirdi. Onun cəza müddətinin gələn ayın 8-də başa çatacağı gözlənirdi.

    "Ümumgürcüstan Müsəlmanları Ali Dini İdarəsinin" sədri Mirtağı Əsədov-un noyabrın 7-də Azərbaycan-Gürcüstan sərhəd-buraxılış məntəqəsində saxlandığı bildirilirdi. Bu barədə həmin idarə açıqlama yaymışdı.

    Həmin açıqlamadan 4 gün sonra yaxınları bildirmişdilər ki, Mirtağı Əsədov inzibati qaydada 30 sutka həbs edilib.

    Həyat yoldaşı Şahanə Hacıyeva Mirtağı Əsədovun haqqında məhkəmə qərarını əldə etdiyini bildirmişdi. O, qərarı noybarın 8-də Nərimanov Rayon Məhkəməsinin qəbul etdiyini deyirdi. Həmin qərarda deyilirdi:

    "Gürcüstan vətəndaşı Əsədov Mirtağı 8 noyabr 2018-ci il tarixdə saat 12:30 radələrində Ə.Əlizadə küçəsi, ev 43 ünvanın yaxınlığında telefon ilə uca səslə nalayiq söyüşlər söyüb və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayıb. Bununla da onun barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 535.1 (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) və 510-cu (Xırda xuliqanlıq) maddələri ilə protokol tərtib olunub".

    "Hakim Samir Məmmədovun sədrlik etdiyi kollegiyanın qərarına əsasən, Mirtağı Əsədov İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib və barəsində 30 gün müddətinə inzibati həbs tədbiri seçilib", xanımı həmçinin vurğulayırdı.

    Mirtağı Əsədovun əvvəllər Azərbaycan vətəndaşı olduğu, 2 ilə yaxındır ki, vətəndaşlıqdan imtina etdiyi bildirilir. Onun həyat yoldaşı Azərbaycanda yaşayır. Verilən məlumata görə, o ildə bir neçə dəfə Azərbaycana səfər edib.


Xəbər lenti

Araşdırmaçı jurnalist həbs olunmaq təhlükəsi ilə üzləşdiyini bildirir

"Jurnalistlərə qarşı zorakılıq bu il misli görünməmiş həddə çatıb və vəziyyət kritikdir" Kristof Deluar

Demokratiya və Rifah Uğrunda Hərəkatın fəalı Hüseyn Məlikin şikayəti təmin edilməyib

Şəhid ailələri Toğrul Qocayevin azad edilməsini tələb edirlər

Oktay Gülalıyev:"Müalicəyə ehtiyacı olan məhbusları müalicə edin"

"Sosial mediada əxlaqa zidd məsələlər təbliğ olunur" Mübariz Qurbanlı

Baş redaktorun işi məhkəməyə göndərilib

"Şəhidlərin vərəsələrinə 11 min manat vəsaitin verilməsi zamanı ədalət prinsipi əsas olmalıdır"

"İcra hakimiyyəti heç kəsdən pul almayıb” Ş.İbadov

Mingəçevirə yeni başçı təyin edilib

Polislə insident zamanı sürücü özünü yandırmağa cəhd edib

Brakonyerlər maral vurublar

Sərhəddə narkotik qaçaqmalçıları saxlanılıb

MSŞT Koalisiyasının növbəti Ümumi Yığıncağı keçirilib

“Bu sahə nifrət olunası bir sistemdir” Əli Əsgərov

Deputat sərxoş halda Bakının mərkəzində dava saldı

20 Yanvar Şəhidlər gününə qədər oğlumun “qan pulu” verilməsə, Şəhidlər Xiyabanında özümü oğlumun məzarı üstündə benzinlə yandıracam

Əli Kərimli Avropa Məhkəməsinə üz tutacaq

Əbülfəz Sadıqbəyliyə ailəsi ilə görüşə icazə verilmir

Azərbaycan jurnalistlərin həbsdə olduğu ölkələr sırasındadır

Müxalifət çirkli pulların yuyulması faktlarının araşdırılmasını tələb edir

Şəhid oğlunun həbs müddətini azaldıb

Hüseynqulu Bağırov jurnalisti həbs etdirmək istəyir

Təqvim

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!