Bakıda xəyanətə uğramış ər arvadının başını qırxıb VİDEO

Şrift : |
Tarix :3-12-2018, 02:07
Bölmə : Cəmiyyət
Kömək :    
Baxılıb : 25 dəfə
Like :
Like :

    Qadının telefonunda çoxsaylı gənc kişilərlə intim görüntüləri aşkarlanıb...

    Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə əri tərəfindən başı qırxılan gənc qadının videosu yayılıb. Kişi həyat yoldaşının başını qırxıb, sonra isə onu videoya çəkərək sosial şəbəkədə yayıb. Hələlik adı və soyadı məlum olmayan kişi bu addımı qadının xəyanətini aşkarladığına görə atdığını, qadının isə Mingəçevirdə yaşadığını iddia edib.

    Musavat.com-a özəl mənbələrdən olayın təfərrüatları ilə bağlı ilginc məlumatlar daxil olub. İlkin məlumat ondan ibarətdir ki, hadisə iddia edildiyi kimi, Azərbaycanda yox, Kislovodsk şəhərində baş verib. 3 ay əvvəl yaşanan hadisə indi bizim ölkədə yayılmağa başlayıb. Xəyanətdən xəbər tutan və həyat yoldaşını bu cür cəzalandırmağa çalışan kişi onun videosunu çəkərək, yaxınlarına, qohumlarına göndərib. Əldə etdiyimiz məlumata görə, videonu sosial şəbəkələrdə namuszədə ər yaymayıb. Ailə hazırda videonu yayanın kimliyini tapmağa çalışır. Ehtimal edilir ki, video qısa zamanda ailənin yaxın ətrafı arasında yayılıb və sonunculardan kimsə ailənin icazəsini almadan onu yayıb.

    Xəyanətə uğrayan kişi əslən Gəncədən, həyat yoldaşı isə Mingəçevirdəndir. Kişinin anası öz qohumlarından olan bu qızı oğlu ilə evləndirib. Bir müddət sonra ailə Kislovodska köçməli olub. Amma sənədlərində yaranan problemlərə görə gəlin 5 yaşlı qızı ilə Bakıda qalmalı olub. Kişinin qohumlarının iddiasına görə, xəyanət halları da məhz bu ərəfədə baş verib. Onun üstünün açılması isə çox çəkməyib. Gəlinin telefonla çox oynaması, ona daim şübhəli zənglərin gəlməsi, davamlı mesajlaşması diqqət çəkib. Bunu aydınlaşdırmaq üçün əri onun telefonunun kartını yoxlatdırıb. Telefonda qadının yad kişilərlə çəkilmiş xeyli intim foto-videoları yer alıb. İddialara görə, qadın bir yox, çoxlu sayda kişi ilə parallel görüşür və hər bir görüşünü özü telefonla çəkərək, yaddaşda saxlayırmış.

    Bundan başqa, anası ilə qalan 5 yaşlı qızı da atasına, nənəsinə anasının tanımadığı kişilərlə görüşdüyünü təsdiqləyib. Bundan sonra da kişi bu cür intiqam formasına əl atıb.

    Hazırda ailə boşanıb, uşaq anasından alınıb və atası ilə birgə yaşayır. Qadının isə Mingəçevirə geri qayıtdığı iddia olunur. Məlumatlarda həmçinin qeyd olunur ki, xəyanətə uğrayan ər olduqca imkanlıdır, böyük biznesi var. Amma söyüşlərlə müşayiət olunan videosu barədə yaxınları deyirlər ki, ümumiyyətlə, kişinin ailəsi olduqca söyüşcüldür və bu cür danışıq tərzi aralarında qəribə qarşılanmır.

    Musavat.com xatırladır ki, Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi məsələyə münasibət bildirib. Komitədən bildirilib ki, hadisədən xəbərdardırlar. Məsələ onların nəzarətindədir və hadisə ilə bağlı yaşayış yeri üzrə monitorinq komissiyası tərəfindən iş aparılır.

    Tərəflərin mövqeyini dinləməyə və işıqlandırmağa hazırıq.



Xəbər lenti

Araşdırmaçı jurnalist həbs olunmaq təhlükəsi ilə üzləşdiyini bildirir

"Jurnalistlərə qarşı zorakılıq bu il misli görünməmiş həddə çatıb və vəziyyət kritikdir" Kristof Deluar

Demokratiya və Rifah Uğrunda Hərəkatın fəalı Hüseyn Məlikin şikayəti təmin edilməyib

Şəhid ailələri Toğrul Qocayevin azad edilməsini tələb edirlər

Oktay Gülalıyev:"Müalicəyə ehtiyacı olan məhbusları müalicə edin"

"Sosial mediada əxlaqa zidd məsələlər təbliğ olunur" Mübariz Qurbanlı

Baş redaktorun işi məhkəməyə göndərilib

"Şəhidlərin vərəsələrinə 11 min manat vəsaitin verilməsi zamanı ədalət prinsipi əsas olmalıdır"

"İcra hakimiyyəti heç kəsdən pul almayıb” Ş.İbadov

Mingəçevirə yeni başçı təyin edilib

Polislə insident zamanı sürücü özünü yandırmağa cəhd edib

Brakonyerlər maral vurublar

Sərhəddə narkotik qaçaqmalçıları saxlanılıb

MSŞT Koalisiyasının növbəti Ümumi Yığıncağı keçirilib

“Bu sahə nifrət olunası bir sistemdir” Əli Əsgərov

Deputat sərxoş halda Bakının mərkəzində dava saldı

20 Yanvar Şəhidlər gününə qədər oğlumun “qan pulu” verilməsə, Şəhidlər Xiyabanında özümü oğlumun məzarı üstündə benzinlə yandıracam

Əli Kərimli Avropa Məhkəməsinə üz tutacaq

Əbülfəz Sadıqbəyliyə ailəsi ilə görüşə icazə verilmir

Azərbaycan jurnalistlərin həbsdə olduğu ölkələr sırasındadır

Müxalifət çirkli pulların yuyulması faktlarının araşdırılmasını tələb edir

Şəhid oğlunun həbs müddətini azaldıb

Hüseynqulu Bağırov jurnalisti həbs etdirmək istəyir

Təqvim

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!