Hüseyn Məlik 25 sutka həbs cəzası alıb

Şrift : |
Tarix :5-12-2018, 09:14
Bölmə : Cəmiyyət
Kömək :    
Baxılıb : 30 dəfə
Like :
Like :

    Azərbaycan Demokratiya və Rifah Hərəkatı (ADR) İdarə Heyətinin üzvü Hüseyn Məlikə 25 sutkalıq həbs cəzası verilib. Bu barədə Hərəkat rəhbərliyinə məlumatlı mənbələrdən bəlli olub.

    Hərəkatın bəyanatında deyilir ki, bu gecə onun yaşadığı evə mülki geyimli şəxslər gələrək evin qapısını sındırıblar və onu zorla maşına mindirərək naməlum istiqamətə aparıblar.

    Hərəkat rəhbərliyi güman edir ki, fəal Binəqədi təcridxanasında saxlanılır, ancaq onun taleyi ilə bağlı rəsmi məlumat ala bilmir.

    Həbsin səbəblərinə gəlincə, çox güman ki, bu, H.Məlikin sosial şəbəkələrdə və ictimai həyatda siyasi fəallığı ilə bağlıdır.

    "Baş verənlər hakimiyyət tərəfindən insan oğurluğu və fərdi azadlıqların pozulmasıdır", - Hərəkatın bəyanatında deyilir.

    Həbsdən sonra H.Məlikin Facebook səhifəsində 29 may 2016-cı il tarixinə qədərki statusları silinib. "Bu sübut edir ki, məhkəmədə ona qarşı irəli sürülən ittiham formal xarakter daşıyır. Onun təqib olunmasının əsl səbəbi ictimai-siyasi fəaliyyəti ilə bağlıdır", - bəyanatda qeyd olunur.

    Hərəkat hakimiyyətin son dövrlər siyasi fəallara, açıq fikirli insanlara qarşı apardığı repressiv siyasəti pisləyir və Hüseyn Məlik də daxil olmaqla, bütün siyasi məhbusların tezliklə azad olunmasını tələb edir.

    Hər zaman olduğu kimi, bu dəfə də DİN baş verənlərdən xəbərsizdir və gecə vaxtı vətəndaşın qapısını sındırıb onu kimin və niyə həbs etdiyini bilmir.-16D-


Xəbər lenti

Araşdırmaçı jurnalist həbs olunmaq təhlükəsi ilə üzləşdiyini bildirir

"Jurnalistlərə qarşı zorakılıq bu il misli görünməmiş həddə çatıb və vəziyyət kritikdir" Kristof Deluar

Demokratiya və Rifah Uğrunda Hərəkatın fəalı Hüseyn Məlikin şikayəti təmin edilməyib

Şəhid ailələri Toğrul Qocayevin azad edilməsini tələb edirlər

Oktay Gülalıyev:"Müalicəyə ehtiyacı olan məhbusları müalicə edin"

"Sosial mediada əxlaqa zidd məsələlər təbliğ olunur" Mübariz Qurbanlı

Baş redaktorun işi məhkəməyə göndərilib

"Şəhidlərin vərəsələrinə 11 min manat vəsaitin verilməsi zamanı ədalət prinsipi əsas olmalıdır"

"İcra hakimiyyəti heç kəsdən pul almayıb” Ş.İbadov

Mingəçevirə yeni başçı təyin edilib

Polislə insident zamanı sürücü özünü yandırmağa cəhd edib

Brakonyerlər maral vurublar

Sərhəddə narkotik qaçaqmalçıları saxlanılıb

MSŞT Koalisiyasının növbəti Ümumi Yığıncağı keçirilib

“Bu sahə nifrət olunası bir sistemdir” Əli Əsgərov

Deputat sərxoş halda Bakının mərkəzində dava saldı

20 Yanvar Şəhidlər gününə qədər oğlumun “qan pulu” verilməsə, Şəhidlər Xiyabanında özümü oğlumun məzarı üstündə benzinlə yandıracam

Əli Kərimli Avropa Məhkəməsinə üz tutacaq

Əbülfəz Sadıqbəyliyə ailəsi ilə görüşə icazə verilmir

Azərbaycan jurnalistlərin həbsdə olduğu ölkələr sırasındadır

Müxalifət çirkli pulların yuyulması faktlarının araşdırılmasını tələb edir

Şəhid oğlunun həbs müddətini azaldıb

Hüseynqulu Bağırov jurnalisti həbs etdirmək istəyir

Təqvim

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!