Əfqan Muxtarlının telefon danışıqlarının dinlənildiyi bildirilir

Şrift : |
Tarix :12-12-2018, 02:12
Bölmə : Cəmiyyət
Kömək :    
Baxılıb : 394 dəfə
Like :
Like :

    "Jurnalistə digər ailə üzvləri və qanuni maraq kəsb edən şəxslərlə danışmağa icazə verilmir''

    Hazırda məhbusluq həyatı yaşayan jurnalist Əfqan Muxtarlının ailəsi ilə telefon danışıqları dinlənilir.

    7GUN.az xəbər verir ki, bu barədə Meydan TV-yə danışan jurnalistin mühacirətdə olan həyat yoldaşı Leyla Mustafayeva bildirib ki, "Həbsdə saxlanılan şəxslərin hüquq və azadlıqlarının müdafiəsi haqqında” qanunda məhbusun telefon danışıqlarının dinlənilməsi qadağandır.

    O deyib ki, 16 saylı Cəzaçəkmə Müəssisəsinin əməkdaşı qanunun tələbinə məhəl qoymadan telefon nömrəsinin Əfqan Muxtarlı tərəfindən yığılmasına da qadağa qoyur və jurnalist telefonla danışdığı zaman onun yanında dayanaraq, dinləyir: "Əgər əvvəl Əfqan Muxtarlıya kartla danışığa icazə verirdilərsə, indi poçtla calaşdırır və ordan zəng etdirirlər. Bunun xərci isə 2 dəfə baha olur. Ən biabırçı hadisə isə mənim səsimi yazıb, Əfqanın zəng vuranda ona avtomatik qoşmalarıdır. Ancaq həyat yoldaşım bunu hiss edəndən sonra etiraz edib”.

    L.Mustafayeva bildirib ki, nömrənin cəmi bir dəfə yığılmasına icazə verilir, həmin vaxt telefona cavab verilməsə, təkrar nömrəni yığmağa icazə vermirlər: "Qanunda heç bir qadağanın olmamasına baxmayaraq məhbus jurnalistə digər ailə üzvləri və qanuni maraq kəsb edən şəxslərlə danışmağa icazə verilmir”.

    Onun sözlərinə görə, Əfqan Muxtarlı qarşılaşdığı bu hallarla əlaqədar Ədliyyə Nazirliyinə şikayət hazırlayıb: "Amma 16 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi şikayətin göndərilməsinə imkan vermir. Jurnalisti siyasi əhəmiyyət kəsb edən kitablardan da məhrum ediblər”.

    Gürcüstanda yaşayan jurnalist Əfqan Muxtarlı mayın 29-u Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək

    Azərbaycan tərəfinə təhvil verilib. Bu zaman cibinə 10 min avro pul qoyulub.

    Azərbaycan hökuməti isə jurnalisti Cinayət Məcəlləsinin Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən ona qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə maddəsi (315.2) ilə ittiham edib.

    Bundan başqa, ona dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə (318.1) və qaçaqmalçılıq (206.1) maddələri üzrə günahkar biliblər.

    Ə.Muxtarlıya məhkəmənin qərarı ilə 6 il müddəyinə azadlıqdan məhrumetmə cəzası verilib.

    Beynəlxalq hüquq müdafiə təşkilatları Əfqan Muxtarlını siyasi məhbus kimi tanıyır.


Xəbər lenti

Jurnalistin nazirliyə qarşı məhkəmə iddiası davam edir -FOTO

Mitinqə çıxanlar hakimiyyətdən insan haqlarını tələb edirdilər

Təhsilin inkişafından danışmaq olarmı, Ceyhun Bayramov?! -VİDEO

DAS-ın siyasi məhbuslara dəstək aksiyası davam edir -DÜNYA

“Araz-Alko” MMC-də Almaz Salmanovanın müəmmalı ölümü

İslahatların önündəki əngəllər və ya altdan-altdan iş görənlərin izi ilə...

"Mətbuatın daxili mübarizə alətinə çevrilməsi yolverilməzdir" – İlham Əliyev

"Hakimiyyət tərəfindən göstərilən bütün cəhdlər məni mövqeyimdən yayındırmayacaq" Cavid Şirəliyev

Cəfər Cəfərov məntəqə tipli CÇM-dən azad edildi

Sorğuya gecikmiş cavab

Masallının bəxtinə çıxan bəla - Rafil Hüseynov - FOTO-VİDEO

Məhkəmə prosesində ağılasığmaz biabırçılıq -hakim: "Mənim sizə heyfim gəlir..."

GDU-da əmək haqqı böhranı davam edir – MÜRACİƏT

Karat MTK vətəndaşın hüquqlarını pozur

DYP qəza törədib, hadisə yerindən qaçan xanım sürücünü niyə himayə edir?

Şəbnəm Tovuzlunun gizli kəbin kəsdirib, ailə qurduğu HƏCİ – Ramazan Mirzəyevlə bağlı sirlər açıldı

Baytar həkimlər Mehriban Bağırovanın iş metodundan beziblər - “Qoşqar Təhməzlinin bundan xəbəri yoxdur”

Vəkil Osman Kazımov: Polad Aslanov aclıq edir -AUDİO

Jurnalist aclıq aksiyasına başlayıb 

Milli Şura növbəti mitinqi 19 oktyabr saat 15:00-a təyin etdi -AÇIQLAMA

Milli Şura növbəti mitinqi 19 oktyabr saat 15:00-a təyin etdi -AÇIQLAMA

Masallı rayonu nə üçün sosial və iqtisadi inkişafdan məhrum edilib?!

İftixar Qurbanov Fuad Əhmədlinin vəziyyətinin stabil olduğunu bildirir

Təqvim

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!