Şəhid oğlunun həbs müddətini azaldıb

Şrift : |
Tarix :14-12-2018, 22:46
Bölmə : Cəmiyyət
Kömək :    
Baxılıb : 44 dəfə
Like :
Like :

    Ötən gün Bakı Apellyasiya Məhkəməsində Toğrul Hacıyevin inzibati həbsindən şikayətinə baxılıb. O, dekabrın 11-də şəhid ailələri üzvlərinin etiraz aksiyası zamanı saxlanılıb.

    Həmin gün T.Qocayev polisə tabe olmamaq ittihamı ilə 30 sutkalığa həbs olunub. O, məhkəmədə deyib ki, qanun pozuntusuna yol verməyib, sadəcə, digər şəhid ailələri ilə birlikdə prezidentin sərəncamı ilə onlara müəyyən edilmiş kompensasiyanın ödənilməsini tələb edib. O, müqavimət göstərməyib, onu mülki geyimli şəxslər açıqlama vermədən saxlayıblar.

    Bununla belə, hakim Əmir Bayramov T.Qocayevə iradını bildirib: "Atan canını ona görə fəda eləməyib ki, sən gedib kimlərəsə qoşulasan". Bununla da hakim T.Qocayevin etirazda iştiraka görə həbs olunduğunu faktiki olaraq etiraf edib.

    Sonra deyib ki, əgər dövlət orqanlarına müraciət edibsə, cavabı gözləmək lazımdır. T.Qocayev isə cavabında deyib ki, 16 oktyabrda yazdıqları ərizəyə hələ də cavab almayıblar.

    Sonda hakim yüngülləşdirici hallar nəzərə alınaraq T.Qocayevin həbs müddətinin 30 sutkadan 15 sutkaya endirilməsi barədə qərar qəbul edib

    T.Qocayevin anası hakimə oğlunun himayəsində iki azyaşlı uşağı olduğunu söyləyərək onun azadlığa buraxılmasını xahiş edib. Hakimin cavabı belə olub: "Mənim gücüm ancaq buna çatdı".

    Xatırladaq ki, bu ilin yazında prezident İlham Əliyev 1991-97-ci illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olanların və itkin düşənlərin ailələrinə 11 min manat məbləğində birdəfəlik kompensasiyanın verilməsi barədə sərəncam imzalayıb.

    Kompensasiyaların verilməsinə oktyabrın 9-dan başlanılıb. Lakin ailələrin çoxuna verməyərək bildiriblər ki, onlar əvvəllər bu vəsaiti alıblar. Narazı vətəndaşlara məhkəməyə müraciət etməyi tövsiyə ediblər. Lakin məhkəməyə müraciət etmək üçün mərhumun ailəsi dövlət orqanlarından rəsmi imtina almalıdır, ancaq rəsmi sənədi vermirlər.

    "Azərsığorta" Dövlət Şirkətindən bildiriblər ki, 1990-cı illrədə hərbçilərin icbari sığortası haqqında qanun çərçivəsində bəzi ailələrə kompensasiya ödənilib. O zaman kompensasiyanın məbləği denominasiya edilməmiş 50000-200000 edirdi ki, indiki 10-40 manata bərabərdir.


Xəbər lenti

Hüquq müdafiəçisi KXCP üzvlərini 19 yanvar mitinqinə çağırdı

Avtomagistrallarda sürət həddi əvvəlki vəziyyətə qaytarıldı

“Sədr kimi vəzifədən getmişəmsə...” - Arif Alışanov

"Son illər autizm xəstəliyi çox təhlükləli bir hal alıb" - Q.Paşayeva

Rusiya XİN Azərbaycanla qalmaqalı qızışdırır

Ədliyyə Nazirliyində ixtisar olacaq?

Fəalların təzyiqə məruz qaldığını bildirilir

''Xəstəxananın direktoru işçiləri alçaldır''

''Bədənimə hərəsi 3 dəqiqə olmaqla 5 dəfə tok verdilər''

MİLLİ MƏCLİS ƏHLİ KEYF ELƏYİR! – Biri çəkir, biri içir, ağsaqqal da rəqs eləyir! (VİDEO)

DİN-də ciddi kadr dəyişikliyi baş verib

Bakı Nəqliyyat Agentliyi xüsusi rejimdə fəaliyyətini davam etdirir

"Mehman Hüseynova və digər siyasi məhbuslara azadlıq" tələbilə aclıq davam edir

Azərbaycan hakimiyyəti misli görünməmiş təzyiqə məruz qoyulub

"Ölkədə hər şeyi dəyişmək lazımdır. Həm siyasi sistemi, həm iqtisadi sistemi, həm sosial-təminat, təhsil, səhiyyə və s."-A.Qasımlı

"Yalnız güclü və israrlı beynəlxalq kampaniya Azərbaycan hökumətini Mehman Hüseynovu azad etməyə və ölkədə qalan sonuncu tənqidi jurnalistlərin təqibinə son qoymağa məcbur edə bilər"

Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları məhkəmə qarşısına çıxarılıb

"Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq" tələbi ilə aclıq aksiyası davam etdirilir

Qırmızı Xaç Komitəsinin nümayəndələri 13 saylı koloniyada aclıq edən siyasi məhbuslara baş çəkiblər

Azərbaycanda 24 min 117 məhbus var

Elnur Cəfərov Vidadi Səmədovun mobil telefonlarını və pulunu niyə qaytarmır? (Audio)

Məhbus xanımı Litvada aksiya keçirib

"Meqa-Siti Holdinq" MMC-in qurbanının aqibəti necə olacaq? (Audio)

Təqvim

«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!