Rasim Əliyevin ölümündə suçlanan şəxs bəraət istəyir

Şrift : |
Tarix :13-06-2018, 20:03
Bölmə : Cəmiyyət
Kömək :    
Baxılıb : 144 dəfə
Like :
Like :

    Rasim Əliyevin ölümündə suçlanan şəxs bəraət istəyir
    Jurnalist Rasim Əliyevin döyülüb öldürülməsində suçlanaraq 9 il həbs cəzası almış Samir Mustafayev təqsirsiz olduğunu deyir. O, bəraət almaq üçün kassasiya şikayətiylə Ali Məhkəməyə müraciət edib. Onun şikayətini Tahir Kazımovun sədrlik etdiyi hakimlər kollegiyası araşdırır.
    Samirin vəkili Bəxtiyar Hacıyev deyir ki, onun haqqındakı hökm əsassızdır: "Samir Mustafayev Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma - ölümə səbəb olduqda) maddəsi ilə təqsirli bilinərək 9 il azadlıqdan məhrum edilib. Bu adamın əməlində cinayət tərkibi yoxdur. O, nə Rasim Əliyevi tanıyıb, nə də qarşı tərəfi. Onlarla heç bir əlaqəsi olmayıb. Onun döyülməsində də iştirak etməyib. Təhlükəsizlik kameralarının qeydə aldığı görüntülərdən də aydın olur ki, əksinə, Rasim Əliyevə yardım edir, onu yerdən qaldırır".
    Amma kameranın yazısı bunu təstiq etmir.
    Məhkəmədə zərərçəkmiş tərəf - mərhum jurnalistin anası Teyfurə Əliyeva və vəkili iştirak etməyib.
    Jurnalistin ölüm işi üzrə məhkəmə avqustun 29-da davam edəcək.
    Jurnalist R.Əliyevi futbolçu Cavid Hüseynovla Facebook şəbəkəsində yaşadığı insident zəminində, 2015-ci ilin avqustun 8-də bir qrup şəxs döymüşdü. Bir gün sonra isə o, Kliniki Tibbi Mərkəzdə vəfat etmişdi.
    Bu hadisə ilə əlaqədar Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu C.Hüseynov tutulub. İstintaqın sonunda C.Hüseynov haqqında cinayət işi ayrılıb.
    Cinayəti bilib xəbər verməməkdə suçlanan C.Hüseynov 2016-cı il mayın 31-də Səbail Rayon Məhkəməsinin hökmü ilə 4 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi 2016-cı il oktyabrın 12-də onun cəzasını 1 il 2 aya endirib və o, azadlığa buraxılıb.
    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K.Mədətov və S.Mustafayevin hər biri 9 il, C.Məmmədov 11 il , A.Əliyev 12 il 6 ay, E.İsmayılov isə 13 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi də bu hökmü qüvvədə saxlayıb.
    Jurnalistin valideynləri və onların müdafiəçiləri verilmiş hökm və qərarlarla razılaşmırlar. Onlar hesab edir ki, jurnalistin ölümünə görə vəfat etdiyi xəstəxananın həkimləri də məsuliyyətə cəlb edilməli idi. Üstəlik, onlar düşünürlər ki, futbolçu C.Hüseynovun bu məsələdə məsuliyyəti yalnız cinayəti bilib gizlətməkdən ibarət deyildi.
    Prezident İlham Əliyev 2016-cı il sentyabrın 20-də Aİ-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin üzvlərini qəbul edərkən bildirdi ki, jurnalist tənqid etdiyi futbolçunun qohumları və fanatları tərəfindən döyüldükdən sonra xəstəxanada faciəvi şəkildə dünyasını dəyişib. Turan.az


Xəbər lenti

''Xəstəxananın direktoru işçiləri alçaldır''

''Bədənimə hərəsi 3 dəqiqə olmaqla 5 dəfə tok verdilər''

MİLLİ MƏCLİS ƏHLİ KEYF ELƏYİR! – Biri çəkir, biri içir, ağsaqqal da rəqs eləyir! (VİDEO)

DİN-də ciddi kadr dəyişikliyi baş verib

Bakı Nəqliyyat Agentliyi xüsusi rejimdə fəaliyyətini davam etdirir

"Mehman Hüseynova və digər siyasi məhbuslara azadlıq" tələbilə aclıq davam edir

Azərbaycan hakimiyyəti misli görünməmiş təzyiqə məruz qoyulub

"Ölkədə hər şeyi dəyişmək lazımdır. Həm siyasi sistemi, həm iqtisadi sistemi, həm sosial-təminat, təhsil, səhiyyə və s."-A.Qasımlı

"Yalnız güclü və israrlı beynəlxalq kampaniya Azərbaycan hökumətini Mehman Hüseynovu azad etməyə və ölkədə qalan sonuncu tənqidi jurnalistlərin təqibinə son qoymağa məcbur edə bilər"

Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları məhkəmə qarşısına çıxarılıb

"Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq" tələbi ilə aclıq aksiyası davam etdirilir

Qırmızı Xaç Komitəsinin nümayəndələri 13 saylı koloniyada aclıq edən siyasi məhbuslara baş çəkiblər

Azərbaycanda 24 min 117 məhbus var

Elnur Cəfərov Vidadi Səmədovun mobil telefonlarını və pulunu niyə qaytarmır? (Audio)

Məhbus xanımı Litvada aksiya keçirib

"Meqa-Siti Holdinq" MMC-in qurbanının aqibəti necə olacaq? (Audio)

F. Fərəməzoğlunun işində də zərərçəkmiş şəxs həbs edilib

Polis bölməsi qarşısında özünü yandıran şəxsin vəziyyəti ağırdır

Penitensiar Xidmət həbsxanalarda aclıq aksiyası keçirilməsi barədə məlumatı təkzib edir

Dörd fəal həbsxanada müddətsiz aclıq elan edib

Aclıq aksiyası davam etdirilir

E.Məmmədyarov və Z.Mnatsakanyan görüşəcək

Emin Hüseynov: “Mehman güclü təzyiq altındadır”

Təqvim

«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!