"Mehman Hüseynovu ölüm təhlükəsi gözləyir və biz onun taleyinə görə məsuliyyəti Azərbaycan hakimiyyətinin üzərinə qoyuruq" Y.Bir

Şrift : |
Tarix :1-01-2019, 01:28
Bölmə : Cəmiyyət
Kömək :    
Baxılıb : 410 dəfə
Like :
Like :

    Sərhədsiz Reportyorlar həbsxanada olan azərbaycanlı bloger Mehman Hüseynovun səhhətilə bağlı narahatdır. Ona qarşı açılmış yeni uydurma ittihama etiraz olaraq maye qəbul etmədiyinə və yemək yemədiyinə görə vəziyyəti kritikdir. Bu barədə Sərhədsiz Reportyorlar beynəlxalq təşkilatının dekabrın 31-də yaydığı bəyanatda deyilir.

    Təşkilat Azərbaycan hakimiyyətini yeni ittihamı götürməyə və blogeri dərhal azad etməyə çağırıb.

    "Yeni ittiham barədə ona məlumat verildikdən sonra başladığı aclıq nəticəsində M.Hüseynovun səhhəti hər gün pisləşir. O, maye qəbul etmir. 2019-cu ilin martında azaldığa buraxılmalıydı. Ancaq hazırda guya onu həbsxana mühafizəçisini döydüyünə görə əlavə olaraq yeddi il cəza gözləyir", - bəyanatda deyilir.

    Dekabrın 26-da karserə salındıqdan sonra vəkilləri dekabrın 28-dək ona baş çəkə bilməyiblər. O artıq zəifləyib, kənar yardım olmadan yeriyə bilmir. Vəkilləri bildiriblər ki, dekabrın 30-da ona iynə vurublar, ancaq iynənin mənşəyini aydınlaşdırmalıdırlar.

    "Mehman Hüseynovu ölüm təhlükəsi gözləyir və biz onun taleyinə görə məsuliyyəti Azərbaycan hakimiyyətinin üzərinə qoyuruq", - SR Şərqi Avropa və Mərkəzi Asiya şöbəsinin rəhbəri Yohan Bir deyib. "Biz blogerin təcili azad edilməsinə və onun üzərindən yeni ittihamların götürülməsinə çağırırıq. Beynəlxalq birlik bu məqsədə çatmaq üçün mümkün olan hər şeyi etməlidir", - Y.Bir əlavə edib.

    M.Hüseynov rejimi tənqid etməsi və yüksək səviyyədə korrupsiyanı ifşa etməsilə tanınır.

    O həmçinin hakimiyyət tərəfindən dəfələrlə təqiblərə məruz qalmış kütləvi informasiya vasitələrinin müdafiəsilə məşğul olan Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) prezidentidir.

    Hazırda RATİ-yə onun qardaşı və həmkarı, məcburi mühacirətdə olan Emin Hüseynov rəhbərlik edir. Ötən ilin avqustunda onların anası vəfat etdiyində Mehman Hüseynova onunla son dəfə görüşməyə icazə verməmişdilər, SR qeyd edir.

    Sərhədsiz Reportyorların 2018-ci il üçün Dünya Azadlıq İndeksinə görə, Azərbaycan 180 ölkə arasında 163-cü yeri tutur.

    * Mehman Hüseynov 2017-ci ilin martında həbs olunub və Nəsimi rayonu polis rəisinin böhtan iddiası əsasında 2 il azadlıqdan məhrum edilib.

    Dekabrln 26-da ona qarşı koloniya əməkdaşını döyməsilə bağlı yeni ittiham irəli sürülüb. O, etiraz əlaməti olaraq quru aclıq elan edib.

    Hüquq müdafiəçiləri hesab edirlər ki, M.Hüseynov yüksək vəzifəli şəxslər arasında korrupsiya farklarını ifşa etdiyinə, həmçinin hakimiyyəti tənqid etdiyinə görə təqib olunur.


Təqvim

«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!