Atası Mehman Hüseynovla görüşə buraxılmayıb

Şrift : |
Tarix :2-01-2019, 03:21
Bölmə : Cəmiyyət
Kömək :    
Baxılıb : 196 dəfə
Like :
Like :

    Yanvarın 1-də həbsdə olan bloger Mehman Hüseynovun atası Rafiq Hüseynov oğlu ilə görüşə buraxılmayıb. Bu barədə Rafiq Hüseynovun özü Turana deyib.

    "İndi Kürdəxanı təcridxansının (1 saylı Bakı İstinintaq Təcridxanası) qarşısındayam. Məni oğlumla görüşə buraxmadılar. Dedilər Mehman təcridxanaya üç gündür gətirilib, karantin keçəndən sonra görüş veriləcək. Dünən Mehman evə zəng etmişdi. İsti paltarlar və digər əşyalar gətiməyimi xahiş etdi. Oğlumla görüşə buraxmasalar da gətirdiyim paltarları və digər əşyaları qəbul etdilər", ata qeyd edib.

    O blogerin səhhəti ilə bağlı məlumatsız olduğunu deyib.

    "Təcridxana əməkdaşlarından oğlumun səhhətinin necə olması ilə bağlı soruşdum. Mənə hər hansı məlumat vermədilər. Amma, dünən Mehman zəng edəndə səhhətinin ağır olduğunu dedi. O səhhətinin ağırlaşdığı üçün iynə ilə bədəninə dərman yeridildiyini bildirdi. Ondan su içməsini təkrar-təkrar xahiş etdim", Rafiq Hüseynov bildirib.

    Təcridxana əməkdaşlarından oğlumun səhhətinin necə olması ilə bağlı soruşdum. Mənə hər hansı məlumat vermədilər. Amma, dünən Mehman zəng edəndə səhhətinin ağır olduğunu dedi.

    Amma Penitensiar xidmət blogerin atasının dediklərini təkzib edir.

    "Mehman Hüseynov qida və su qəbul edir. Onun səhhətində hər hansı problem yoxdur. Hüseynovun vəkilləri ilə mütəmadi görüşləri təqdim olunur. Eyni zamanda qanunvericliyə uyğun olaraq o telefon danışıqlarından istifadə edir." Bu barədə Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov yanvarın 1-də Amerikanın Səsinin sorğusunun cavabında bildirib.

    Sadıqov blogerin 1 saylı Bakı İstintaq Təcridxanasına (Kürdəxanı təcridxanası) köçürüldüyünü deyib.

    Öz növbəsində vəkillər Şəhla Hümbətova və Fuad Ağayev Amerikanın Səsinə Mehman Hüseynovla dekabrın 28-dən sonra görüşlərinin olmadığını bildirib.

    "Dekabrın 28-dən sonra bayram günləri başlayıb və bu günədək nə telefon vasitəsi ilə Mehman Hüseynovla əlaqəmiz olub, nə də görüş imkanı olmayıb", vəkil Şəhla Hümbətova Amerikanın Səsinə deyib.

    Vəkil Fuad Ağayev də Amerikanın Səsinə eyni fikirləri bildirib.

    "Sonuncu dəfə dekabrın 28-də Mehman Hüsenyovla görüşmüşük. Ondan sonra onunla hər hansı əlaqəm olmayıb. Bu səbəbdən də Hüsenyovun səhhəti və durumu ilə bağlı hər hansı məlumatım yoxdur. Amma, Mehman dünən ailəsinə zəng edib, deyib ki, aclığı davam etdirir. Söhbət əsnasında səhhətinin ağırlaşdığını, huşunu itidiyini bildirib. O ailə üzvlərinə vəziyyətinin ağırlaşdığına görə inneksiya yolu ilə bədəninə dərmanlar yeridildiyini deyib. Hüseynov ailə üzvlərinin tövsiyəsi ilə su içəcəyinə söz verib", Fuad Ağayev Amerikanın Səsinə deyib.

    Hüseynovun atası Rafiq Hüseynov dekabrın 31-də Amerikanın Səsinə bildirib ki, Mehmanın sağlamlıq durumu çox ağırdır, qida və sudan imtina edir.

    "Oğluma kömək lazımdır. Onu telefonla danışmaq üçün əllərində gətirmişdilər," Rafiq Hüseynov bildirib.

    Həbsdə olan bloger Mehman Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb. O, 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur. Bloger itthamın yalan və böhtan olduğunu bildirib. Dekabrın 26-dan etiraz olaraq quru aclığa başladığını vəkilləri vasitəsi ilə bəyan edib.

    Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib.

    Bloger həbsinin sosial şəbəkələrdə yaydığı ifşaedici videolarla bağlı olduğunu bildirib.

    Mehman Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksək vəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. Videolar geniş ictimai müzakirələrə yol açıb. Onun Facebook səhifəsinin 350 minə yaxın izləyicisi var.

    Öz növbəsində rəsmi Bakı bütün fundamental azadlıqların tam təmin edildiyini bəyan edir. Hökumət rəsmiləri insanların qanun qarşısında bərabər olduğunu, heç kimin ifadəsinə, siyasi yönümünə görə həbs edilmədyini bildirir.

    Bununla yanaşı yerli hüquq müdafiəçiləri 150 nəfəri siyasi məhbus kimi tanıyır. Beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanda 10 jurnalist və blogerin həbsdə olduğu qeyd edilir. Amnesty İnternational (Beynəlxalq Əfv) təşkilatı ölkədə ondan çox insanı vicdan məhbusu elan edib.


Təqvim

«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!