Aclıq aksiyası davam etdirilir

Şrift : |
Tarix :13-01-2019, 23:58
Bölmə : Cəmiyyət
Kömək :    
Baxılıb : 224 dəfə
Like :
Like :

    Müsavat Partiyasının qərargah-mənzilində bloger Mehman Hüseynovun və bütün siyasi məhbusların azad edilməsi tələbi ilə aclıq aksiyası davam etdirilir.

    Aksiya iştirakçılarından biri, Müsavat Partiyasının idarə heyətinin üzvü Tofiq Yaqublunun bazar ertəsi Turan-a verdiyi məlumata görə, ondan başqa daha 3 nəfər - Natiq İsrafilli, Sənubər Heydərova və Şamil Nəsirli aksiyanı davam etdirir.

    Partiyanın qərargah-mənzilində aksiya yanvarın 7-dən davam edir. Amma Yaqublu hələ yanvarın 4-dən aksiyaya başlayıb.

    Aksiya cəzaçəkmə müəssisəsinin əməkdaşını döymək barədə yeni ittiham irəli sürülməsinə etiraz olaraq dekabrın 26-da aclıq elan edən bloger Mehman Hüseynovla həmrəylik əlaməti olaraq keçirilir.


Təqvim

«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!