 |
Şrift : |
|
 |
Tarix : | 9-01-2012, 17:12 |
Bölmə : |
Mədəniyyət |
Kömək : |
|
Baxılıb :
| 260 dəfə |
Like : |
|
Like : |
|
|
XIX əsrdə icad edilən detal XVI əsrə necə düşüb?
Ən baxımlı seriallardan olan, Osmanlı tarixinin tanınmış simalarından biri Sultan Süleyman Qanuninin dövründən bəhs edən "Muhteşem Yüzyıl" serialında daha bir xətaya yol verilib.Serialda bu dəfə XIX əsrdə ixtira edilən paltar zamoku XVL əsrin paltarlarına tikilib.
Paltarla bağlı olan xəta Parqalı İbrahim Paşa və onun həyat yoldaşı Xədicə Sultan arasında olan söhbət zamanı üzə çıxıb. Belə ki, cütlük arasında mübahisə yaşanır. Çox keçmədən Xədicə Sultan haqsız olduğunu düşünür və Parqalıdan üzr istəyir. Bu zaman o, həyat yoldaşını qucaqlayır və başını onun çiyninə qoyur. Kamera yaxın plan zamanı Sultanın paltarının arxasındakı zamok aydın görünür. Kostyumları hazırlayanlar bu detalı ciddi cəhdlə gizlətməyə çalışsalar da buna nail ola bilməyiblər.
Bunun əvəzində isə rolu ifa edən Selma Ergeçin uzun saçlarını arxasına atsalardı bəlkə XIX əsrin icadını XVI əsrə keçirməzdilər.
|