“Eurovision-2012”nin B planında yenidənqurma işləri qızışır

Şrift : |
Tarix :10-01-2012, 17:48
Bölmə : Mədəniyyət
Kömək :    
Baxılıb : 202 dəfə
Like :
Like :

    Tofiq Bəhramov adına stadionda musiqi yarışmasının keçirilib-keçirilməyəcəyi gələn ay müəyyənləşəcək


    Bakıda yerləşın Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisinə daxil olanda əvvəlcə çaşıb qaldım. İlk olaraq stadionun ərazisini nəhəng tikinti meydançası ilə səhv saldığımı güman etdim. Həqiqətən də Tofiq Bəhramov adına Respublika Stadionun ərazisi nəhəng ikinti meydanını xatırladırdı. Bir vaxtlar azarkeşlər və futbolçuların qaynaşdığı stadionun ərazisində indi fəhlələr vurnuxurdu. Hər yerdə qum, taxta parçaları, çınqıl və s. gözə dəyirdi. Bu da təsadüfi deyil. Axı ölkəmizin bir nömrəli idman qurğusunun əsaslı şəkildə təmir edilərək azarkeşlərin ixtiyarına verilməsi nəzərdə tutulub. Bunun üçün Azərbaycan respublikası prezidenti İlham Əliyevin sərəncamına əsasən 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə on milyon manat məbləğində vəsait ayrılıb.

    Stadionun direktoru Akif İsmayılovla söhbətimizdə stadionda işlərin tam sürətlə davam etdiyini öyrəndik. Akif İsmayılov ANS PRESS-ə açıqlamasında arenada söküntü işlərinin artıq başa çatdığını qeyd etdi.

    “Hazırda stadionda oturacaqların düzülməsi üçün tribunalarda betonlama işləri görülür. Bundan başqa, Tofiq Bəhramov adına Respublika Stadionunun tribunalarının üzərinin örtülməsi işlərinə də başlanılacaq. Bu yaxınlarda ölkəmizə stadionun yenidən qurulmasında lazım olacaq avadanlıqlarla dolu 10-a yaxın konteyner gələcək”, - deyə Akif İsmayılov bildirdi.

    Tofiq Bəhramov adına Respublika Stadionunda “Evrovision-2012”nin keçirilmə ehtimalı olduğunu bildiyimizdən Akif İsmayılovdan bunun nə dərəcədə real olub-olmaması ilə maraqlandım. Stadion direktoru məsələyə fevral ayının ortalarında aydınlıq gələcəyini bildirdi: “Bildiyiniz kimi stadionumuz “Evrovision-2012”nun keçirilməsi ilə bağlı B planına daxildir. Musiqi yarışmasının Bayraq Meydanında inşa olunan "Crystall Hall"da keçiriləcəyi bildirilsə də stadionumuz da buna iddialıdır. Bu yaxınlarda “Eurovision”nun təşkilat komitəsinin üzvləri stadionumuzda oldular. Onlar burada görülən işlərin keyfiyyəti və sürətindən razı qalıblar. Fevral ayının ortalarına kimi Bakıda təşkil ediləcək “Eurovision-2012”-in hansı arenada keçiriləcəyinə dair yekun qərar qəbul ediləcək. Bundan sonra isə biz stadionun “Eurovision”un təşkilatçılarının istəyinə uyğun quaracağımızı, yaxud da futbol oyunları üçün hazırlamağa başlayacağımızı müəyyənləşdirmiş olacağıq”.

    Akif İsmayılovla söhbətimizdə o da məlum oldu ki, stadionda təmir işlərinin başa çatdırılması martın 30-na planlaşdırılıb. Ancaq müəyyən səbəblərdən bu müddətin bir qədər də uzanması istisna olunmur.

    Respublika stadionunun təmirində Cənubi Koreyadan olan mütəxəssislər də iştirak edirlər. Bundan başqa maraqlı məqamlardan biri də budur ki, Tofiq Bəhramov adına Respublika Stadionunda Azərbaycana ilk dəfə olaraq ot örtüyünün altında qızdırıcı sistemin quraşdırılacağı nəzərdə tutulub. Bunun üçün Almaniyadan xüsusi qızdırıcı qurğu gətiriləcək. Bu qurğu vasitəsilə ilin soyuq vaxtlarında ot örtüyünün ideal vəziyyətdə qalmasına şərait yaranacaq.

    Akif İsmayılovdan uzaqlaşaraq stadionda təmir işləri ilə yerində tanış olmaq üçün idman qurğusunun içərisinə daxil olduq. Stadionun ərazisində bir neçə texnika işləyirdi. Stadionda azərbaycanlı fəhlələrlə yanaşı, koreyalı işçilər də gözə dəyirdi. Oradan uzaqlaşaraq təmir işləri ilə tanışlığı davam etdiririk. Bu dəfə stadionun qaçış zolağına düşürük. Burada iş bir qədər də qızğın gedir. İşçilər stadionun ot örtüyünün alt qatına qum səpərək onu hamarlayırlar. Stadionda təmir işlərinin yekunlaşmasına hələ çox qaldığı hiss olunsa da işlərin sürət tempi nikbinliyə əsas verirdi. Get-gedə hava da qaralmağa başlamışdı. Biz stadionun ərazisini yavaş-yavaş tərk eməyimizə baxmayaraq fəhlələr əvvəlki həvəslə çalışmaqda idilər.

    Qeyd edək ki, yenidənqurma işlərindən sonra stadionda VİP lojalar quraşdırılacaq və belə yerlərin sayı minə çatdırılacaq. Stadionda oturacaqlarən ümumi sayınagəldikdə isə, yenidənqurma zamanı onların yeniləri ilə əvəzlənməsi nəzərdə tutulub. Hazırda stadion 30 minə yaxın tamaşaçı tutumuna malikdir. Ancaq bu rəqəmin 40 minədək arırılması mümkündür. Hər şeyə “Eurovision-2012”-nin harada keçirilməsi ilə bağlı məsələyə aydınlıq gəldikdən sonra qərar veriləcək.

    Ümid edirik ki, Tofiq Bəhramov adına Respublika Stadionunda “Evrovision-2012”nin keçirilib-keçirilməməyindən asılı olmayaraq işlər ən tez zamanda və yüksək keyfiyyətlə görülərək yekunlaşacaq.


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

19.05.2012 ~ “Eurovision-2009” mahnı müsabiqəsinin qalibi Bakıda

19.05.2012 ~ Mobil telefon alarkən nələrə diqqət yetirmək lazımdır?

19.05.2012 ~ "Facebook"un səhmləri uğurla satılıb

19.05.2012 ~ Bakıda tələbə özünü 5-ci mərtəbədən atdı

18.05.2012 ~ Elgizlə Zaur yeni iş axtarmalı olacaq

18.05.2012 ~ Seksual qalmağın sirrini açıqladı

18.05.2012 ~ Şabranda ata ilə oğul iki qardaşı bıçaqladı

18.05.2012 ~ Fransa prezidentinin təyyarəsini ildırım vurdu

18.05.2012 ~ Avronun düşməsi Azərbaycana nə vəd edir?

18.05.2012 ~ 3 kollec akkreditasiyadan keçirilib

18.05.2012 ~ QMİ-dən gey-parad açıqlaması

18.05.2012 ~ Nazirlik jurnalistlər üçün müsabiqə elan etdi

18.05.2012 ~ Bakı üçüncü dəfə kuboku aldı

18.05.2012 ~ İndi də müğənnilik edəcək

17.05.2012 ~ Deputat Səttar Möhbalıyev kazinolara himayədarlıq edir -FOTO

17.05.2012 ~ MEDİA HÜQUQU İNSTİTUTU DÖVLƏT QURUMLARI BARƏDƏ HESABAT YAYDI - FOTOLAR

17.05.2012 ~ OMBUDSMAN ACLIQ EDƏNLƏRLƏ MARAQLANMIR

17.05.2012 ~ "İntim norma" nədir, onu necə tənzimləyək?

17.05.2012 ~ Məktəblərdə rüşvət necə yığılır?

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Fotoqalereya ~ Foto arxiv...

“Qurdlar vadisi”nin qəhrəmanları “uşaqlıqda”
“Qurdlar vadisi”nin qəhrəmanları “uşaqlıqda” -FOTO