Nizami Gəncəvinin heykəli qarajda!

Şrift : |
Tarix :31-01-2012, 11:30
Bölmə : Mədəniyyət
Kömək :    
Baxılıb : 157 dəfə
Like :
Like :

    800 il əvvəl tərənnüm etdiyi şəhərdə dahi şairə qarşı hörmətsizlik

    Azərbaycan oxucusuna dahi Nizami Gəncəvinin kim olduğunu tanıtmaq istəyi absurddur. Təbii ki, biz də bu istəkdən uzağıq. Nizami özünün söz ordusu ilə bütün dünyanı fəth edən elə qüdrətli sərkərdədir ki, dünya durduqca yaşayacaqdır. Uzun əsrlərdir ki, bu söz sərrafının əqli, zəkası, müdrikliyi, həyata baxışı, bütün zamanlar üçün yeni olan fəlsəfəsi hər kəsi heyrətə gətirir.

    Dünya xəritəsində kiçik bir nöqtə olan Azərbaycan belə bir övladı ilə zaman-zaman fəxr edib, qürur duyub. Yaratdığı nadir sənət əsərləri ilə ölməzlik qazanan şairin adının parklara, küçə və prospektlərə, elm və təhsil ocaqlarına verilməsi, ölkənin müxtəlif şəhərlərində şairin əzəmətli heykəllərinin qoyulması qədirbilən xalqımız üçün bir təsəllidir.

    Çox təəssüf ki, Qarabağın mərkəzi sayılan Bərdədə Nizamisevərlərə xeyli vaxtdı ki, bir acı yaşatdırırlar. Buna səbəb şəhərin mərkəzində ucaldılmış şairin əzəmətli heykəlinin götürülməsidir...

    Dörd il əvvəl rayon mərkəzində yenidənqurma, abadlıq işləri bəhanəsilə şairin Nizami küçəsində ucalan heykəli rayon rəhbərliyinin istəyi ilə götürüldü. Bu yanlış addıma etiraz edənləri sakitləşdirmək üçün dedilər ki, heykəl tezliklə daha abad bir məkanda qoyulacaq. Artıq o vaxtdan illər keçir. Heykəl isə 18 nömrəli yol istismar idarəsinin qarajında dustaq ömrü yaşayır. Bir zamanlar şair Bərdəni tərənnüm edərək yazırdı:

    Bərdə nə gözəldir, necə qəşəngdir
    Yazı da, qışı da güldür, çiçəkdir...

    Bizi bağışla şair, sənin müqəddəs ruhun qarşısında günahkarıq. Sən səkkiz yüz il əvvəl Bərdəni nəzmə çəkib tərənnüm etdin, biz isə əndazəyə sığmayan sayğısızlıq göstərib sənin heykəlini götürdük. Bu utanc verən hadisədən illər keçsə də, özümüzdə güc toplayıb kifayət qədər böyük olan Bərdə şəhərində münasib bir yer tapıb sənin heykəlini yenidən ucalda bilmirik.

    Xalqın böyük oğlu Heydər Əliyev öz zəngin mənəviyyatına, millətsevərliyinə uyğun olaraq Nizami Gəncəvi irsinə həmişə sonsuz hörmət və ehtiramını bildirmişdir. Məhz xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə "Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında" 1979-cu il 6 yanvar tarixli qərar qəbul edilmişdir. Bu qərar Nizami irsinə dövlət səviyyəsində yeni münasibətin təməlini qoydu və şairin təbliğində yeni perspektivlər açdı.

    Bu gün də ölkəmizdə dünya şöhrətli Nizami Gəncəviyə dövlət səviyyəsində son dərəcə isti münasibət mövcuddur. Respublika Prezidenti İlham Əliyevin “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı 23 dekabr 2011-ci il tarixli sərəncam bütün Nizamisevərlərin böyük sevincinə səbəb olub. İndi respublikamızda bu əlamətdar yubileyə ciddi hazırlıq görülür. Şairin vətəni Gəncədə Nizami məqbərəsinin xüsusi zövqlə yenidən qurulması, böyük bir ərazidə məqbərənin ətrafının abadlaşdırılması əsl vətəndaşlıq mövqeyindən görülən alqışa layiq işlərdir. Təsadüfi deyil ki, bu yaxınlarda Gəncəyə səfər edən dövlət başçısı şəhərin qədimliyini qoruyub saxlamaqla burada həyata keçirilən genişmiqyaslı abadlıq, quruculuq işlərini yüksək qiymətləndirdi.

    Son aylar Bərdədə başlayan genişmiqyaslı quruculuq işləri yeni ümidlər doğurur. Yeni salınan parklar, abadlaşan küçələr, işlərin yaxşıya doğru dönüşü düşünməyə əsas verir ki, dahi şairimiz Nizami Gəncəvinin əzəmətli abidəsi qədim şöhrətli Bərdədə yenidən ucalacaq. Bu istəyin tezliklə reallaşması Bərdədə hər kəsin arzusudur. Çünki dahi şairin müqəddəs ruhu qarşısında günahlardan qurtulmaq, xəcalət yükündən xilas olmaq, yüngülləşmək gərəkdir.

    Bizi bağışla, şair! Məhəbbətlə tərənnüm etdiyin Bərdənin övladları sənə mənəvi borclarını layiqincə qaytara bilmədilər. Buraxılan səhvi düzəltmək, yol verilən günahı yumaq üçün göstərilən cəhd isə heç zaman gec deyil!


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

19.05.2012 ~ “Eurovision-2009” mahnı müsabiqəsinin qalibi Bakıda

19.05.2012 ~ Mobil telefon alarkən nələrə diqqət yetirmək lazımdır?

19.05.2012 ~ "Facebook"un səhmləri uğurla satılıb

19.05.2012 ~ Bakıda tələbə özünü 5-ci mərtəbədən atdı

18.05.2012 ~ Elgizlə Zaur yeni iş axtarmalı olacaq

18.05.2012 ~ Seksual qalmağın sirrini açıqladı

18.05.2012 ~ Şabranda ata ilə oğul iki qardaşı bıçaqladı

18.05.2012 ~ Fransa prezidentinin təyyarəsini ildırım vurdu

18.05.2012 ~ Avronun düşməsi Azərbaycana nə vəd edir?

18.05.2012 ~ 3 kollec akkreditasiyadan keçirilib

18.05.2012 ~ QMİ-dən gey-parad açıqlaması

18.05.2012 ~ Nazirlik jurnalistlər üçün müsabiqə elan etdi

18.05.2012 ~ Bakı üçüncü dəfə kuboku aldı

18.05.2012 ~ İndi də müğənnilik edəcək

17.05.2012 ~ Deputat Səttar Möhbalıyev kazinolara himayədarlıq edir -FOTO

17.05.2012 ~ MEDİA HÜQUQU İNSTİTUTU DÖVLƏT QURUMLARI BARƏDƏ HESABAT YAYDI - FOTOLAR

17.05.2012 ~ OMBUDSMAN ACLIQ EDƏNLƏRLƏ MARAQLANMIR

17.05.2012 ~ "İntim norma" nədir, onu necə tənzimləyək?

17.05.2012 ~ Məktəblərdə rüşvət necə yığılır?

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Fotoqalereya ~ Foto arxiv...

“Qurdlar vadisi”nin qəhrəmanları “uşaqlıqda”
“Qurdlar vadisi”nin qəhrəmanları “uşaqlıqda” -FOTO