 |
Şrift : |
|
 |
Tarix : | 8-02-2012, 11:04 |
Bölmə : |
Mədəniyyət |
Kömək : |
|
Baxılıb :
| 153 dəfə |
Like : |
|
Like : |
|
|
Murat Boz gələn ay Azərbaycana gələcək
Məşhur türk müğənnisi Murat Boz gələn ay Bakıya gələcək. ANS PRESS-in məlumatına görə, müğənninin səfərinin məqsədi konsert proqramı ilə bakılılar qarşısında çıxış etməkdir. Populyar ifaçının konserti 9 martda Dəniz Vağzalının binasında keçiriləcək. O, sevənlərinin qarşısına 90 dəqiqəlik şou proqramla çıxacaq.
Xatırladaq ki, Murat Boz ilk dəfə 1998-ci ildə "Milliyet" dərgisinin təşkil etdiyi konsertdə çıxış edib. 1999-cu ildə Murad ali məktəbi caz vokalçısı ixtisası üzrə bitirib. O, təhsilini 2003-cü ildə İstanbul konservatoriyasında davam etdirib. Murat "Aşkı Bulamam Ben" adlı ilk sinqlını 2006-cı ilin yayında çıxarıb. Sinql uğur qazanır və Murad "Maksimum" adlı ikinci sinqlını çıxarır. Türk leyblı "Stardium" ilə müqavilə bağlayıb. 2008-ci ildə Murad "DSM" yeni leyblı altında yeni "Uçurum" sinqlını çıxarıb. İlk sinqldan sonra "Şans" adlı albom buraxır.
|