"Eurovision" qonaqları villa və gəmilərdə yaşayacaq

Şrift : |
Tarix :13-02-2012, 15:17
Bölmə : Mədəniyyət
Kömək :    
Baxılıb : 156 dəfə
Like :
Like :

    Qonaqlara 2 minə yaxın müxtəlif otaqlı mənzil və hər biri 5-6 otaqlı olan 60-70 villa kirayəyə verilə bilər

    Bu ilin may ayında Bakıda keçiriləcək “Eurovision 2012” mahnı müsabiqəsinə qatılmaq üçün gələn qonaqların bir hissəsi kirayə mənzil və villalarda, eləcə də gəmilərdə yerləşdiriləcək. Bu barədə APA-ya Azərbaycan Turizm Assosiasiyasının (ATA) sədri Nahid Bağırov bildirib.

    Onun sözlərinə görə, artıq Mədəniyyət və Turizm Nazirliyi və ATA bunun üçün hazırlıq işləri aparırlar. Kirayə verilən mənzillərin sayı, onların neçə otaqlı olması, yaşayış şəraiti baxımından standartlara uyğun gəlib gəlmədiyi dəqiqləşdirilir: "Baxılır ki, neçə 1 otaqlı, neçə 2 otaqlı mənzillər var, onlar standartlara cavab verirlərmi və s. Sonra bütün mənzillər bir bazaya toplanır".

    Bu işlər çərçivəsində müəyyən olunub ki, müsabiqə çərçivəsində gələn qonaqlara 2 minə yaxın müxtəlif otaqlı mənzil və hər biri 5-6 otaqlı olan 60-70 villa kirayəyə verilə bilər. N.Bağırov bildirib ki, bu evləri www.eurovision.az saytı vasitəsilə kirayəyə götürmək mümkün olacaq. Bunun üçün saytda müvafiq link yerləşdiriləcək. N.Bağırov müsabiqə çərçivəsində gözlənilən qonaqların spesifikasını nəzərə alaraq, onların daha ucuz yaşayış yerlərinə maraq göstərəcəyini bildirib: "Evdə qalmaq mehmanxanaya nisbətən daha ucuz olur. Üstəlik, “Eurovision” çərçivəsində gələnlərin əksəriyyəti fan klubların üzvləri və yeniyetmələrdir. Belələri qalmaq üçün dəbdəbəli hotel yox, yatmaq üçün ucuz yer, ucuz yemək axtarır, günü 20 avrodan otaq istəyirlər. Onu hansı mehmanxana verə bilər? Ona görə də belələri mənzillərə müraciət edəcəklər".

    Müsabiqə zamanı qonaqların bir hissəsinin gəmilərdə yerləşdirilməsi də nəzərdə tutulur. Bu məqsədlə, ehtiyac olarsa, Xəzərin sahilinə 2 gəminin gətirilməsi nəzərdə tutulur: "Gəmilərin hər birində 250 nəfərlik nömrələr nəzərdə tutulur. Onlar demək olar ki, startdadır və nə vaxt lazım olsa, 15-20 günə bura çatacaq. Amma bu üsuldan da o vaxt istifadə olunacaq ki, müsabiqə zamanı ölkəmizə gözləniləndən çox turist gəlsin. Yəni görsək ki, 20 minə yaxın turist gözlənilir, o halda gətiriləcək, yoxsa gətirilməyəcək. Yəni hər şeyə hazırlıq görülüb".


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

19.05.2012 ~ “Eurovision-2009” mahnı müsabiqəsinin qalibi Bakıda

19.05.2012 ~ Mobil telefon alarkən nələrə diqqət yetirmək lazımdır?

19.05.2012 ~ "Facebook"un səhmləri uğurla satılıb

19.05.2012 ~ Bakıda tələbə özünü 5-ci mərtəbədən atdı

18.05.2012 ~ Elgizlə Zaur yeni iş axtarmalı olacaq

18.05.2012 ~ Seksual qalmağın sirrini açıqladı

18.05.2012 ~ Şabranda ata ilə oğul iki qardaşı bıçaqladı

18.05.2012 ~ Fransa prezidentinin təyyarəsini ildırım vurdu

18.05.2012 ~ Avronun düşməsi Azərbaycana nə vəd edir?

18.05.2012 ~ 3 kollec akkreditasiyadan keçirilib

18.05.2012 ~ QMİ-dən gey-parad açıqlaması

18.05.2012 ~ Nazirlik jurnalistlər üçün müsabiqə elan etdi

18.05.2012 ~ Bakı üçüncü dəfə kuboku aldı

18.05.2012 ~ İndi də müğənnilik edəcək

17.05.2012 ~ Deputat Səttar Möhbalıyev kazinolara himayədarlıq edir -FOTO

17.05.2012 ~ MEDİA HÜQUQU İNSTİTUTU DÖVLƏT QURUMLARI BARƏDƏ HESABAT YAYDI - FOTOLAR

17.05.2012 ~ OMBUDSMAN ACLIQ EDƏNLƏRLƏ MARAQLANMIR

17.05.2012 ~ "İntim norma" nədir, onu necə tənzimləyək?

17.05.2012 ~ Məktəblərdə rüşvət necə yığılır?

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Fotoqalereya ~ Foto arxiv...

“Qurdlar vadisi”nin qəhrəmanları “uşaqlıqda”
“Qurdlar vadisi”nin qəhrəmanları “uşaqlıqda” -FOTO