"Bəli mən bir qızı sevirəm"
“Həmişə məndən sevgilimin olub-olmaması barədə soruşurlar. Artıq buna açıqlama vermək istəyirəm. Bəli mən bir qızı sevirəm. Amma sevgilim bilmir ki, mən onu sevirəm”. Bunu “Eurovision-2011” mahnı müsabiqəsinin qaliblərindən biri olan Eldar Qasımov ekskuliziv açıqlamasında bildirdi.
O, məhəbbətini bəyan etməkdən çəkindiyini deyir. “Düşünməyin ki, bunu qüruruma sığışdırmıram, yaxud qorxuram ki, "yox" cavabı alım. Düzü, sevgimi qıza deməyə utanıram. Axı biz populyar insanlar da elə adi insanlarıq. Sadəcə bunu deməyə utanıram, ya da qorxuram. Hələ ki, belə yaxşıdır”, - deyə Eldar Qasımov vurğuladı.