 |
Şrift : |
|
 |
Tarix : | 20-02-2012, 11:43 |
Bölmə : |
Mədəniyyət |
Kömək : |
|
Baxılıb :
| 114 dəfə |
Like : |
|
Like : |
|
|
Almaniya builki “Eurovision” mahnı müsabiqəsindəki təmsilçisini müəyyənləşdirib
AzərTAc eurovision.az saytına istinadla xəbər verir ki, Almaniyanın “Eurovision-2012” yarışmasında təmsilçisini müəyyənləşdirmək üçün xeyli müddətdir davam edən “Unser Star für Baku” müsabiqəsi Roman Lobun qələbəsi ilə başa çatıb.
Almaniyanın milli finalında Bakıya vəsiqə qazanmaq uğrunda Roman Lob və Ornella de Santis mübarizə aparıblar. Müsabiqədəki çıxışlar peşəkar münsiflər tərəfindən qiymətləndirilib, lakin son qərarı tamaşaçılar verib. Tamaşaçıların səsverməsi nəticəsində 50,7 faiz səs çoxluğu ilə Roman Lob Almaniyanın “Eurovision-2012” təmsilçisi seçilib.
|