"Eurovision-2011"in qalibi Eldar Qasımov indi də özünü aktyorluqda sınamaq fikrinə düşüb.
"Aktyor olmaq mənim çoxdankı arzumdur": - deyən Eldar deyəsən, nənəsinin davamçısı olmaq istəyir. Bu günlərdə gənc ulduz "Qorxma, mən səninləyəm" filminin çəkilişlərinə qatılacaq.
"Eurovision"da arzusuna nail olan E.Qasımov çox güman ki, səhnə aləmində də uğur qazanacaq