 |
Şrift : |
|
 |
Tarix : | 26-09-2011, 13:23 |
Bölmə : |
Mədəniyyət |
Kömək : |
|
Baxılıb :
| 326 dəfə |
Like : |
|
Like : |
|
|
Bu yaxınlarda əməkdar artist fəxri adını alan müğənni Zöhrə Abdullayeva yeni konsert proqramı ilə çıxış etməyə hazırlaşır. 7GUN.az-a daxil olan məlumata görə, bunun üçün ilk hazırlıqlarını görən Əməkdar artist konserti və yaradıcılığı ilə bağlı yeni şok xəbər də açıqlayıb. O, qeyd edib ki, 2012-ci ildə solo konsert verdikdən sonra bir daha çıxış etməyəcək. Müğənninin bu xəbərindən məyus olan jurnalistlərin “səhnədən həmişəlikmi gedəcəksiniz” sualına, Zöhrə xanım “xeyr, sadəcə bir daha solo konsert verməyəcəm” fikrini bildirib: “Yox getmirəm. Bir daha solo konsertlə çıxış etməyəcəm. Bu mənim həm son konsertim olacaq, həm də hesabat konsertim olacaq. Həm də mənim gələn il yubileyim olacaq. Səhnəyə gəlişimin 30 illik yubileyi. Ona görə də mən ciddi cəhdlə bu konsertin yüksək səviyyədə alınmasına çalışmalıyam ki, tamaşaçılar bu konsertə gələcəklərindən peşiman olmasınlar.
7GUN.AZ
|