 |
Şrift : |
|
 |
Tarix : | 19-07-2011, 13:20 |
Bölmə : |
Mədəniyyət |
Kömək : |
|
Baxılıb :
| 973 dəfə |
Like : |
|
Like : |
|
|
Azərbaycan tarixini əks etdirən kompyuter oyunları hazırlanacaq Azərbaycan tarixini əks etdirən kompyuter oyunları hazırlanacaq. Bu məsələ prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında əks olunub. 2015-ci ilədək hazırlanacaq kompyuter oyunları müasir texnologiyalar vasitəsilə Azərbaycan tarixinin gənclər arasında öyrənilməsi üçün virtual imkanların yaradılmasına xidmət edəcək. Dövlət Proqramına əsasən, bu istiqamətdə icra işlərini Gənclər və İdman, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri və Azərbaycan Milli Elmlər Akademiyası yerinə yetirəcək. Gənclərin vətənpərvərlik tərbiyəsinə yönələn tədbirlər çərçivəsində, həmçinin 2012-ci ildə "Virtual Qarabağ" adlı İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi yaradılacaq. Burada Qarabağa dair mərkəzləşdirilmiş internet-resurs bazası yerləşdiriləcək.
|