Filarmoniya çatladı

Şrift : |
Tarix :28-09-2011, 18:19
Bölmə : Mədəniyyət
Kömək :    
Baxılıb : 377 dəfə
Like :
Like :

    Azərbaycan Dövlət Filarmoniyasının filarmoniyanın binasında çatlar əmələ gəlib. ANS TV-nin məlumatına görə, filarmoniyada sonuncu dəfə ötən il əsaslı təmir işləri aparılıb və açılış olub. Bununla da bu binada təmir işlərinə nöqtə qoyulub. Amma deyəsən, yeni əngəllər ortaya çıxıb.
    Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının binasından bu gün təkcə musiqi səsi gəlmirdi. Görülən təmir işlərinin səsi də ətrafdan keçənləri ayaq saxlamağa məcbur edirdi. Təmirə səbəb isə gözlə görülən iri çatlar idi. Əslində musiqi ocağının binasında divar boyu xüsusi dəmir konstruksiyalar da görünür bu zərurətdən quraşdırılmışdı.
    Filarmoniya binasının yerləşdiyi ərazi relyefcə maili olduğundan belə çatlar ilk dəfə deyil ki, müşahidə olunur. Elə binanın tez-tez təmirə dayanması da təsadüfi deyil. Paytaxt sakinləri yaxşı xatırlayır ki, ötən ilin 90-cı illərinin sonlarından ta 2004-cü ilə qədər filarmoniya təmirə dayanıb. 2004-cü ildə istifadəyə veriləndən sonra da ayrı-ayrı vaxtlarda binada cari təmir işləri gedib. Görünür, bu gün də təmir işlərinə ehtiyac yaranıb.
    Çatlar binanın xüsusilə ilk qatında müşahidə olunsa da, üst mərtəbədə də gözlə görünən yarıqlar var. Bir məqamı da xatırlatmaq yerinə düşər ki, sonuncu təmir işləri aparılanda filarmoniya binasının bünövrəsininin su içində olduğuna diqqət çəkən mütəxəssislər belə bir təhlükənin hər zaman təkrarlana biləcəyini istisna etməmişdilər. Filarmoniyadan isə öyrəndik ki, binanın divarındakı çatlar sadəcə suvaq çatlarıdır. Yəni binanın özülündə heç bir problem yoxdur. Çatlar əmələ gələndən sonra da təmir işlərinə start verilib. Hələlik təmir işləri binanın fasad hissəsində aparılır. Filarmoniyanın içərisində isə təmirə ehtiyac yoxdur.
    Xatırladaq ki, neçt milyonçusu Musa Nağıyevin 1910-cu ildə inşa etdirdiyi ictimai toplantılar üçün yay binası sonradan böyük konsertlərin verildiyi məkana çevrilib. 1936-cı il may ayının 25-də dövlət filarmoniyası yaranıb. 1937-ci ildə flarmoniyaya Azərbaycan bəstəkarı Müslüm Maqomayevin adı verilib. 1996-cı ildən 2004-cü ilə qədər filarmoniyada yenidənqurma və təmir işləri aparılıb. Musiqi ocağının son dəfə kamera və orqan musiqisi zalında əsaslı təmir və bərpa işləri görülüb və 2010-cu il dekabrında açılışı olub.

    anspress.com


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

19.05.2012 ~ “Eurovision-2009” mahnı müsabiqəsinin qalibi Bakıda

19.05.2012 ~ Mobil telefon alarkən nələrə diqqət yetirmək lazımdır?

19.05.2012 ~ "Facebook"un səhmləri uğurla satılıb

19.05.2012 ~ Bakıda tələbə özünü 5-ci mərtəbədən atdı

18.05.2012 ~ Elgizlə Zaur yeni iş axtarmalı olacaq

18.05.2012 ~ Seksual qalmağın sirrini açıqladı

18.05.2012 ~ Şabranda ata ilə oğul iki qardaşı bıçaqladı

18.05.2012 ~ Fransa prezidentinin təyyarəsini ildırım vurdu

18.05.2012 ~ Avronun düşməsi Azərbaycana nə vəd edir?

18.05.2012 ~ 3 kollec akkreditasiyadan keçirilib

18.05.2012 ~ QMİ-dən gey-parad açıqlaması

18.05.2012 ~ Nazirlik jurnalistlər üçün müsabiqə elan etdi

18.05.2012 ~ Bakı üçüncü dəfə kuboku aldı

18.05.2012 ~ İndi də müğənnilik edəcək

17.05.2012 ~ Deputat Səttar Möhbalıyev kazinolara himayədarlıq edir -FOTO

17.05.2012 ~ MEDİA HÜQUQU İNSTİTUTU DÖVLƏT QURUMLARI BARƏDƏ HESABAT YAYDI - FOTOLAR

17.05.2012 ~ OMBUDSMAN ACLIQ EDƏNLƏRLƏ MARAQLANMIR

17.05.2012 ~ "İntim norma" nədir, onu necə tənzimləyək?

17.05.2012 ~ Məktəblərdə rüşvət necə yığılır?

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Fotoqalereya ~ Foto arxiv...

“Qurdlar vadisi”nin qəhrəmanları “uşaqlıqda”
“Qurdlar vadisi”nin qəhrəmanları “uşaqlıqda” -FOTO