 |
Şrift : |
|
 |
Tarix : | 29-09-2011, 16:47 |
Bölmə : |
Mədəniyyət |
Kömək : |
|
Baxılıb :
| 472 dəfə |
Like : |
|
Like : |
|
|
“Hansı 50 mindən söhbət gedə bilər?”
Populyar müğənni Nura Suri ilə keçmiş həyat yoldaşı Əlirza Suri arasında məhkəmə çəkişməsi qızışır. İfaçı keçmiş ərinin ona ünvanlandırdığı ittihamlara cavab verib. "Birincisi, Telman Qasımov mənim yox, keçmiş həyat yoldaşımın vəkilidir. Başa düşmürəm ki, onu necə "mənimki" kimi təqdim edirlər. İkincisi, əminəm ki, keçmiş həyat yoldaşım vəkilinin onun adından hansı özbaşınalıqlar etdiyindən xəbərdardır. Məndən mənəvi zərərə görə 50 min kompensasiya tələb edir. Hansı 50 mindən söhbət gedə bilər?", - deyə Nura Suri bildirib. İfaçının sözlərinə görə, o, guya Əlirza Suri ilə birgə şəkillərini hansısa sosial şəbəkədə yayımlamaqda günahlandırılır: "Həmin sosial şəbəkədə mənim bir profilim var və orada o adamın şəkli yoxdur. Bu məntiqlə mən də haradasa mənimlə çəkdirdiyi şəkli yayımlamış istənilən adamı məhkəməyə verə bilərəm (gülür). Belə olsa, çoxdan milyonçu idim. Vəkil öz işilə məşğul olmaqdansa, mənim hesabıma özünü reklam etməklə məşğuldur. Amma onun buna ixtiyarı yoxdur. Çünki məhkəmənin qərarı ilə bizim çəkişməmiz qapalıdır və qərarın qəbulunadək o, mətbuata çıxarılmamalıdır".
7GUN.AZ
|