 |
Şrift : |
|
 |
Tarix : | 18-10-2011, 15:00 |
Bölmə : |
Mədəniyyət |
Kömək : |
|
Baxılıb :
| 190 dəfə |
Like : |
|
Like : |
|
|
Teatrın səhnəsində beş əsər tamaşaya hazırlanacaq
Dövlət müstəqilliyinin bərpasının 20 illiyi ilə əlaqədar Qusar Dövlət Ləzgi Dram Teatrında yerli yazar Asəf Mehmanın “Sevimli sədəfim” adlı əsəri səhnəyə qoyulub. 7GÜN.AZ Gün.Az portalına istinadən yazır ki, teatrın direktoru Faiq Qardaşov 3 aya hazırlanan tamaşanın böyük tamaşaçı marağına səbəb olduğunu deyib. Direktor onu da qeyd edib ki, cari ildə teatr kollektivi 5 əsəri səhnəyə qoymağı planlaşdırıb. Artıq 3 əsər tamaşaçılara nümayiş etdirilib. “Bu işdə əsas məqsəd teatrda tamaşaçı sayını artırmaqdır” – deyən F.Qardaşov əlavə edib ki, 1992-ci ildən fəaliyyət göstərən Qusar Ləzgi Dram Teatrı bu günə qədər 57 əsərə quruluş verib.
7GÜN.AZ
|