 |
Şrift : |
|
 |
Tarix : | 20-10-2011, 12:05 |
Bölmə : |
Mədəniyyət |
Kömək : |
|
Baxılıb :
| 183 dəfə |
Like : |
|
Like : |
|
|
Müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə Florensiyanın “Auditorium al Duomo” sərgi və tamaşa zalında TÜRKSOY-un rəsm sərgisi təşkil edib
İtaliyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Assosiasiyası Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə Florensiyanın “Auditorium al Duomo” sərgi və tamaşa zalında TÜRKSOY-un rəsm sərgisini təşkil edib. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata əsasən, sərginin təşkilində Azərbaycan Mədəniyyət Assosiasiyasına Florensiya bələdiyyəsinin mədəniyyət şöbəsi, “Auditorium al Duomo” Fondunun da köməyi və iştirakı olub. Sərginin açılış mərasimində İtaliyanın Orizo rəqs qrupu Azərbaycan, Qazax, Türk və digər türkdilli xalqların rəqs nömrələri ilə çıxış edib, Türkiyədən gəlmiş musiqiçilərin ifasında türkdilli xalqların musiqisi və mahnıları ifa olunub. Böyük turist axını olan Florensiyanın “Auditorium al Duomo” sərgi və tamaşa zalında keçirilən sərgi bir çox insanın diqqətini cəlb edib. Sərgiyə gələnlər Azərbaycan rəssamlarının rəsm əsərlərini yüksək qiymətləndiriblər. Qeyd edək ki, sərgi 30 oktyabradək davam edəcək.
7GUN.AZ
|