 |
Şrift : |
|
 |
Tarix : | 20-10-2011, 13:22 |
Bölmə : |
Mədəniyyət |
Kömək : |
|
Baxılıb :
| 302 dəfə |
Like : |
|
Like : |
|
|
“Eduard Bağırovu tapan kimi yenidən təcridxanaya yerləşdirəcəklər”
Dörd ay Moldava təcridxanasında saxlanılan azərbaycanlı yazıçı Eduard Bağırov Moskvaya qayıdıb. Bu barədə məşhur bloger Rustam Adaqamov öz “Tvitter” səhifəsində yazıb. Kultaz.com-un lenta.ru-ya istinadən verdiyi xəbərə görə, Adaqamov tvitində bu xəbəri sevinc içində paylaşıb: “Ha-ha, Bağırov zəng vurdu, indi o, Moskvadadır. Onu sərhəddən keçiriblər və o indi təhlükəsizlikdədir. Moldova sərhədçilərinə eşq olsun! -)”. Blogger Bağırovun qaçışı ilə bağlı təfərrüatlara aydınlıq gətirməyib, amma “Live Journal”da qeyd olunur ki, yazıçı “Rusiyaya dostların köməyi ilə göndərilib”. E.Bağırovun azadlığa çıxması ilə bağlı xəbəri İctimai Palatanın Tribunası da təsdiq edir. Tribuna Bağırovun həmkarı – “Litprom” portalının redaktoru Yevgeni Morızevə istinadən xəbər verir ki, “Eduardın təyyarəsi Domodedovaya enib”, Bağırov özü isə, ev dustağılığından qaça bilib, “özünü gümrah hiss edir və bütün ömrünü Rusiyada keçirməyi düşünür”. Moldova Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Mariya Vieru “Komsomolskaya Pravda”ya bildirib ki, Bağırov ev dustlağında saxlandığı yerdən yoxa çıxıb. Yazıçı qeyb olduğu üçün onun barəsində ölçü qiyabi olaraq sərtləşdirilib və “Bağırovu tapan kimi yenidən təcridxanaya yerləşdirəcəklər”. Yazçının qaçdğı oktyabrın 18-də məlum olub. “KP v Moldave”nin yazdığına görə, Bağırov Dnestryanı ərazidən Rusiyaya keçib. Böyük ehtimalla, qaçaq Ukraynada sərnişin təyyarəsinə minərək Moskvaya gəlib.
kultaz.com
|