Lətifə Çeşməli narazılıq etdi

Şrift : |
Tarix :24-10-2011, 13:36
Bölmə : Mədəniyyət
Kömək :    
Baxılıb : 301 dəfə
Like :
Like :

    “Başa düşə bilmirəm, əgər məni bu yarışmaya dövlət özü göndəribsə, qalibiyyətlə döndüyüm halda niyə pul verib efirə çıxmalıyam?”

    Aşıqlar Birliyinin və Aşıq Pəri məclisinin üzvü aşıq Lətifə Çeşməli etiraz səsini qaldırıb. Türkiyədə keçirilən bütün Türk dünyasının qatıldığı qadın aşıqlarının yarışmasından qalibiyyətlə dönən Lətifə xanım sevincini xalqla bölüşə bilmədiyindən şikayətlənib.
    Lətifə xanım “Qafqazinfo” portalına açıqlamasında KİV-dən əməlli-başlı narazılıq edib: "Narazıçılığım budur ki, Türkiyədə qazandığım uğuru efirə çıxıb, Azərbaycan xalqına çatdıra bilmədim, sevincimi elimlə bölüşə bilmədim. Birinci yerə çıxdım, amma bundan heç kim xəbər tutmadı. Qazaxıstandan, Qırğızıstandan, bir sözlə bütün Türk dünyasından bu yarışmaya 16 qadın aşıq qatılmışdı. Azərbaycandan aşıq Solmaz Kosayeva ilə mən getmişdik. 16 aşığın içində Azərbaycanı birinci yerə çıxartdıq. Azərbaycan adına bizə diplomlar verildi. Amma nə olsun, elimin ki, bundan xəbəri olmadı. Məndən fərqli olaraq Solmaz xanım efirlərə çıxıb öz uğurundan danışdı. Mənim adım isə bir dəfə olsun belə hallanmadı. Mən də istədim çıxım danışım, efirlər məndən pul istədilər. Telekanalların adını çəkmək istəmirəm. Hər halda söhbətin hansı telekanallardan getdiyini hər kəs başa düşəcək. Çünki sırf aşıqların fəaliyyətindən bəhs edən proqram azdır."
    Lətifə Çəşməli sözügedən yarışmaya dövlət xətti ilə göndərildiyini qeyd edib: "Biz bu yarışmaya dövlət xətti ilə getmişdik. Başa düşə bilmirəm, əgər məni bu yarışmaya dövlət özü göndəribsə, qalibiyyətlə döndüyüm halda niyə pul verib efirə çıxmalıyam? Əksinə, özləri məni çağırmalı idilər. Efirlər bunu niyə nəzərə almırlar."
    Sənəti ilə bağlı bu kimi problemlə efirdən kənarda da qarşılaşdığını deyən Lətifə Çeşməli ona qarşı kampaniya aparıldığını düşünür: “Vaxtilə ən tələbatlı xanım aşıq olmuşam. Məni toya çağırmaq istəyəndə ya telefon nömrəmi vermirlər, ya da deyirlər ki, Lətifə Çeşməli daha toylara getmir. Dəfələrlə mənə deyiblər ki, sizi çağırmaq istədik, dedilər ki, mümkün deyil. Guya mən həmin günü başqa tədbirdəyəm. Əslində isə mənim bunların heç birindən xəbərim yoxdur. Daha doğrusu sonradan xəbər tuturam. Xahiş edirəm, mənim yolumu kəsməsinlər!"
    (qafqazinfo.az)


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

19.05.2012 ~ “Eurovision-2009” mahnı müsabiqəsinin qalibi Bakıda

19.05.2012 ~ Mobil telefon alarkən nələrə diqqət yetirmək lazımdır?

19.05.2012 ~ "Facebook"un səhmləri uğurla satılıb

19.05.2012 ~ Bakıda tələbə özünü 5-ci mərtəbədən atdı

18.05.2012 ~ Elgizlə Zaur yeni iş axtarmalı olacaq

18.05.2012 ~ Seksual qalmağın sirrini açıqladı

18.05.2012 ~ Şabranda ata ilə oğul iki qardaşı bıçaqladı

18.05.2012 ~ Fransa prezidentinin təyyarəsini ildırım vurdu

18.05.2012 ~ Avronun düşməsi Azərbaycana nə vəd edir?

18.05.2012 ~ 3 kollec akkreditasiyadan keçirilib

18.05.2012 ~ QMİ-dən gey-parad açıqlaması

18.05.2012 ~ Nazirlik jurnalistlər üçün müsabiqə elan etdi

18.05.2012 ~ Bakı üçüncü dəfə kuboku aldı

18.05.2012 ~ İndi də müğənnilik edəcək

17.05.2012 ~ Deputat Səttar Möhbalıyev kazinolara himayədarlıq edir -FOTO

17.05.2012 ~ MEDİA HÜQUQU İNSTİTUTU DÖVLƏT QURUMLARI BARƏDƏ HESABAT YAYDI - FOTOLAR

17.05.2012 ~ OMBUDSMAN ACLIQ EDƏNLƏRLƏ MARAQLANMIR

17.05.2012 ~ "İntim norma" nədir, onu necə tənzimləyək?

17.05.2012 ~ Məktəblərdə rüşvət necə yığılır?

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Fotoqalereya ~ Foto arxiv...

“Qurdlar vadisi”nin qəhrəmanları “uşaqlıqda”
“Qurdlar vadisi”nin qəhrəmanları “uşaqlıqda” -FOTO