 |
Şrift : |
|
 |
Tarix : | 26-10-2011, 11:44 |
Bölmə : |
Mədəniyyət |
Kömək : |
|
Baxılıb :
| 207 dəfə |
Like : |
|
Like : |
|
|
Bu gün “Şirvanşahlar Saray kompleksi” Muzeyində Nobel mükafatı laureatı, polyak şairi Çeslav Miloşa həs olunmuş tədbir keçirildi.
ANN.Az-ın verdiyi xəbərə görə, tədbir Azərbaycan Yazıçılar Birliyi, Polşanın Bakıdakı səfirliyi və “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoyuq İdarəsinin təşkilatçılığı ilə keçirilirdi. Qeyd edək ki, polyak şairi Çeslav Miloşun (1911- 2004) 100 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak etmək üçün onun şəxsi katibəsi və köməkçisi olmuş Aqnessa Koşinska Bakıda səfərdədir və bu günkü tədbir onunla görüş formatında təşkil olunmuşdu. Görüşün məqsədi barədə qısa məlumat verən “Dünya ədəbiyyatı” jurnalının baş redaktoru Səlim Babulloğlu eyni zamanda A.Koşinska barədə bəzi bilgiləri tədbir iştirakçılarının diqqətinə çatdırdı. O qeyd etdi ki, A.Koşinska Polşanın Yagellon Universitetinin polyak filologiyasının məzunu, miloşoloq, redaktor və ədəbi tənqdiçidir. 1996-cı ildən Miloşun ölümünədək onun şəxsi katibəsi və köməkçisi vəzifəsində çalışıb. Nobel mükfatçısının vəfatından sonra Koşinska onun Krakov şəhərində yerləşən evinin və arxivinin, eləcə də şairin əsərlərinin hüquqlarının sahibidir. 2010-cu ildə A.Koşinskanın “Miloş haqqında söhbətlər” adlı kitabı işıq üzü görüb. Sonra söz Polşanın Azərbaycandakı səfiri Mixail Labendaya verildi. Azərbaycan dilində etdiyi çıxışında səfir Miloşun düyna ədəbiyyatında yerindən danışdı və onun ölkəmizdə tanınmasından məmnunluğunu dilə gətirdi. Görüş iştirakçıları Çeslav Miloşun şeirini müəllifin öz səsindən dinlədilər, onun müxtəlif illərdə çəkdirdiyi fotoşəkillər geniş ekranda nümayiş olundu. A.Koşinska və S.Babullaoğlu şairin şeirlərini (orijinalda və Azərbaycan dilində) səsləndirdilər. Koşinska qısa çıxışında xüsusi vurğuladı ki, Polşa ədəbiyyatının dünyada tanınması istiqamətində xidmətlərin böyük bir hissəsi Miloşun adı ilə bağlıdır. Sonra Polşalı qonaq Nobel mükafatçısının şəxsiyyəti, həyatı və yaradıcılığı ilə bağlı sualları da cavablandırdı. Qeyd edək ki, görüşdə AYB katibi Rəşad Məcid, Azad Yazarlar Ocağının üzvü, “Alatoran” dərgisinin baş redaktoru şair Rasim Qaraca və digər ədəbiyyat adamları iştirak edirdilər.
kultaz.com
|