 |
Şrift : |
|
 |
Tarix : | 26-10-2011, 12:15 |
Bölmə : |
Mədəniyyət |
Kömək : |
|
Baxılıb :
| 801 dəfə |
Like : |
|
Like : |
|
|
“Eurovision-2009” təmsilçimiz pərəstişkarları ilə görüşüb
Milli.Az xəbər portalının məlumatına görə, Azərbaycanın müstəqilliyinin 20 illiyi ilə bağlı Ukraynada keçirilən tədbirlərdə iştirak edən gənc müğənni orada da böyük sevgi ilə qarşılanıb. Aysel Teymurzadə Ukraynadakı Azərbaycanlı Gənclər Təşkilatının (САМУ) da qonağı olub. Belə ki, təşkilatın ilk ofisinin birinci qonağı olan Aysel Ukraynadakı pərəstişkarları ilə görüşüb və onların suallarını cavablandırıb. Qeyd edək ki, Ukraynanın bir neçə televiziya kanalının işıqlandırdığı görüşdə Ayselin “Eurovision 2009”dakı çıxışı və mahnılarından danışılıb. Müğənni isə öz növbəsində Ukraynaya növbəti gəlişindən məmnun olduğunu deyib. Aysel əlavə edib ki, onu bu ölkə ilə bağlayan səbəblər də var. Belə ki, müğənninin nənəsi əslən Ukraynadandır.
|