 |
Şrift : |
|
 |
Tarix : | 26-10-2011, 13:52 |
Bölmə : |
Mədəniyyət |
Kömək : |
|
Baxılıb :
| 205 dəfə |
Like : |
|
Like : |
|
|
Kinoteatr özəlləşdirildikdən sonra gələcəkdə öz profilinə uyğun olaraq fəaliyyətini davam etdirəcək
Bakı şəhərinin mərkəzində yerləşən və ölkənin ən məşhur kinoteatrlarından olan "Azərbaycan" kinoteatrı özəlləşdirilməyə çıxarılıb. 7GUN.AZ portalı APA-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Əmlak Məsələləri Dövlət Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qulu Xəlilov deyib. O, bildirib ki, Azərbaycan Prezidentinin 2006-cı il 23 avqust tarixli "Səhiyyə, təhsil, idman və mədəniyyət sahələrində bir sıra müəssisə və obyektlərin özəlləşdirilməsi haqqında" sərəncamına uyğun olaraq digər obyektlərlə yanaşı, "Azərbaycan" kinoteatrı da özəlləşdirməyə açıq elan edilib. Onun sözlərinə görə, kinoteatr qeyd edilən sərəncama uyğun olaraq özəlləşdirmə haqqında qanunvericiliyə əsasən, özəlləşdirildikdən sonra gələcəkdə öz profilinə uyğun olaraq fəaliyyətini davam etdirəcək. Q.Xəlilov onu da qeyd edib ki, tələblərə görə, gələcəkdə buraya qoyulan investisiyalar nəticəsində "Azərbaycan" kinoteatrı daha müasir təmir olunmuş, müasir avadanlıq və texnologiyalarla təchiz edilmiş, günün tələblərinə cavab verən kinoteatr kimi fəaliyyətini davam etdirəcək.
7GUN.AZ
|