Mərasim Beynəlxalq Mətbuat Mərkəzində keçirilib
Pedaqoji elmlər doktoru, Rusiya Pedoqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü Əjdər Ağayevin iki cilddə Seçilmiş Pedaqoji əsərləri çapdan çıxıb.
7GUN.AZ xəbər verir ki, kitabın 1-ci cildi Azərbaycan, ikinci cildi isə rus dilində nəşr edilib. Hər iki cilddə müəllifin təhsil, təlim, tərbiyə tarixi nəzəriyyəsinə, müasir şəraitdə təhsil və pedaqogika elminin inkişaf etdirilməsi məsələsinə dair məqalələri, müsahibələr və publisistik əsərlər yer alıb. Əsərlərdə Əjdər Ağayevin elmi pedaqoji yaradıcılığının bütün dövrləri əhatə olunsa da, təhsil, təlim və tərbiyə məsələlərinə aid məqalələrin demək olar ki, hamısı respublikanın müstəqillik qazandıqdan sonrakı dövrünün problemlərini əks etdirir. Məqalələrin hər birində yeniləşən cəmiyyətin, yeni iqtisadi-siyasi quruluşun, müasir təhsil-təlim texnologiyanın tələbləri nəzərə alınıb, problemlər qaldırılıb və onların həlli yolları göstərilib.
Qeyd edək ki, bu gün Beynəlxalq Mətbuat Mərkəzində Əjdər Ağayevin sözügedən əsərlərinin təqdimat mərasimi olub.
7GUN.AZ