Populyar müğənni İlhamə Qasımova ANS-in "Günəbaxan" verilişində hələ də Azərbaycanda klip çəkdirməməsinin səbəbini açıqlayıb.
Milli.Az xəbər portalının Day.Az saytına istinadən verdiyi məlumata görə, o, Almaniyada müqavilə imzaladığını və məşhur prodüserlə çalışdığını xatırladıb:
"Mən onun dediklərini yerinə yetirirəm. Azərbaycanda nə 70, nə də 7 minə klip çəkdirərəm. Vəsaitim də olub. Amma klip çəkdirmək istəməmişəm. Çünki klipi reklam xətrinə, albomun satılmasına nail olmaq üçün çəkdirirlər. Əgər albom buraxmıramsa, konsertlər vermirəmsə, klip nəyimə gərəkdir? Səhnəyə bunun üçün gəlməmişəm. Çoxları toya gedib vəsait toplayırlar ki, klip çəkdirsinlər. Mən hesab edirəm ki, toy və estrada müğənniləri bir-birlərindən seçilməlidirlər".
İlhamə bildirib ki, onun "Bei Mir Bist Du Schön" mahnısına çəkdirdiyi klipin Almaniyada reklamı noyabrdan başlanacaq.