Qədir Rüstəmov hələ də komadadır

Şrift : |
Tarix :4-11-2011, 16:48
Bölmə : Mədəniyyət
Kömək :    
Baxılıb : 229 dəfə
Like :
Like :

    Xalq artistinin Komaya düşməsinə səbəb şüa müalicəsi olub

    İstanbulun “Acıbadem” xəstəxanasında koma vəziyyətində olan Azərbaycanın görkəmli muğam ifaçısı, xalq artisti Qədir Rüstəmovun səhhətində dəyişiklik yoxdur.
    7GUN.AZ APA-ya istinadən xəbər verir ki, bunu açıqlamasında hazırda İstanbulda sözügedən xəstəxanada Qədir Rüstəmovun yanında olan xanımı Fatma Rüstəmova deyib. F. Rüstəmova bildirib ki, Q. Rüstəmov komaya düşməmişdən əvvəl Vətənə qayıdan kimi Ağdama getməyi arzu edib: “Qədir deyirdi ki, ayılan kimi birinci Ağdama gedəcək. Orada məktəbinə də getmək istəyirdi. Deyirdi ki, qayıdan kimi muğam müsabiqəsinin iştirakçısı Mustafa ilə birgə konsert verəcək. Onun ifası Qədirin ifasına çox oxşayır. İnşallah, komadan ayılar və bütün arzularını reallaşdırar. Gəlməyə çox tələsirdi. Amma gözlənilmədən komaya düşdü. Oktyabrın 18-də müalicəni qurtarıb otelə qayıtmışdıq. Azərbaycana qayıtmağa hazırlaşırdıq, birdən Qədirin halı pisləşdi və təcili yardım çağırdıq, onu “Acıbadem”ə gətirdilər. Elə o gündən komadadır”.
    Fama xanımın sözlərinə görə, Q. Rüstəmov iki aya yaxın “Acıbadem” Xəstəxanasında müalicə olunub: “Komaya düşməsinə şüa müalicəsi səbəb oldu. Beynində şiş aşkarlandı və şüa müalicəsinə başladılar. Bu müalicə nəticəsində də immuniteti tamamilə zəiflədi. Onsuz da immuniteti zəif idi. Bu hal onu daha da əldən saldı. Heç vaxt təzyiq problemi olmamışdı, müalicə ərəfəsində təzyiqində də problemlər yarandı. Hətta temperaturu da qalxdı. Bunun təsirindən beyin damarında tıxanma yaranıb və əsəb sarsıntısı keçirib. Nəticədə komaya düşüb. Buna şüa müalicəsi səbəb oldu”.
    Həyat yoldaşının sözlərinə görə, həkimlər 15 günə yaxındır ki, komada olan Q. Rüstəmovun ayılması üçün əllərindən gələni edirlər: “Ümid Allahadır, ancaq gözləmək lazımdır. Biz də Tanrıya üz tutub, dua edirik. Əlimizdən başqa heç nə gəlmir. Qoy, hamı dua etsin ki, Qədir sağalsın”.

    7GUN.AZ


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

19.05.2012 ~ “Eurovision-2009” mahnı müsabiqəsinin qalibi Bakıda

19.05.2012 ~ Mobil telefon alarkən nələrə diqqət yetirmək lazımdır?

19.05.2012 ~ "Facebook"un səhmləri uğurla satılıb

19.05.2012 ~ Bakıda tələbə özünü 5-ci mərtəbədən atdı

18.05.2012 ~ Elgizlə Zaur yeni iş axtarmalı olacaq

18.05.2012 ~ Seksual qalmağın sirrini açıqladı

18.05.2012 ~ Şabranda ata ilə oğul iki qardaşı bıçaqladı

18.05.2012 ~ Fransa prezidentinin təyyarəsini ildırım vurdu

18.05.2012 ~ Avronun düşməsi Azərbaycana nə vəd edir?

18.05.2012 ~ 3 kollec akkreditasiyadan keçirilib

18.05.2012 ~ QMİ-dən gey-parad açıqlaması

18.05.2012 ~ Nazirlik jurnalistlər üçün müsabiqə elan etdi

18.05.2012 ~ Bakı üçüncü dəfə kuboku aldı

18.05.2012 ~ İndi də müğənnilik edəcək

17.05.2012 ~ Deputat Səttar Möhbalıyev kazinolara himayədarlıq edir -FOTO

17.05.2012 ~ MEDİA HÜQUQU İNSTİTUTU DÖVLƏT QURUMLARI BARƏDƏ HESABAT YAYDI - FOTOLAR

17.05.2012 ~ OMBUDSMAN ACLIQ EDƏNLƏRLƏ MARAQLANMIR

17.05.2012 ~ "İntim norma" nədir, onu necə tənzimləyək?

17.05.2012 ~ Məktəblərdə rüşvət necə yığılır?

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Fotoqalereya ~ Foto arxiv...

“Qurdlar vadisi”nin qəhrəmanları “uşaqlıqda”
“Qurdlar vadisi”nin qəhrəmanları “uşaqlıqda” -FOTO